Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Putin leysana baxmayaraq naməlum əsgərin məzarına çiçək qoydu – FOTO
  • Son dəqiqə! Prezident təsdiq etdi: Bundan sonra sim kartlar..
  • Elə şeydən elektrik enerjisi hazırladılar ki...
  • Gürcüstanda benzin və dizel yanacağı daha da ucuzlaşacaq.
  • Azərbaycanda yeni dövlət qurumu yaradıldı – RƏHBƏRİ KİMDİR, HANSI İŞLƏRƏ BAXACAQ?
  • “Türkiyədə evlənmə verilişinə qatılan azərbaycanlılar heç demə….
  • Qarabağa Könüllü yığılır
  • Almaniya qərarını verdi: Ordu Türkiyədən geri çəkilir
  • NASA yaşayış ehtimalı olan 10 planet tapdı
  • "...bütün əraziləri qısa müddət ərzində bərpa edəcəyik" - PREZİDENT
  • Müdafiə Nazirliyindən xəbərdarlıq — Telefonla danışarkən... Müdafiə nazirliyi vətəndaşlarla xəbərdarlıq edib.
  • Müsəlman sərxoş olmadıqca içki içə bilər — FƏTVA
  • Alimlərdən xəbərdarlıq: Planeti ölümcül istilər gözləyir
  • Həmsədrlər Qarabağda savaş ehtimalını artırdı
  • Suşi haqda bilmədiyimiz DƏHŞƏTLİ FAKT
  • İki günə 6 erməni əsgəri məhv edilib - Ölənlərin adları
  • “WhatsApp” internetsiz də işləyir — Telefonunuzda bunu edin
  • Rusiyadan açıqlama: Suriyanın taleyi bu tarixdə həll edilir
  • Rusiya Qərbi silkələdi: ABŞ-dan qisas alınacaq
  • Son dəqiqə! İlham Əliyev FƏRMAN imzaladı
  • “Bu içkiləri içən heyvanlaşır” - Şok iddia
  • DƏHŞƏT: eyni otaqda 42 nəfərin cəsədi bir-birinə sarılmış halda tapıldı
  • III Dünya müharibəsi müzakirə edilir - Türkiyəli ekspert
  • Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
  • Türk ordusu Qətərə girdi
  • Xaçmaz rayon Mərkəzi Kitabxanasının Uşaq Şöbəsində “Xalqımızın Qurtuluş tarixi” adlı səhərcik keçirilmişdir.

    16 Haz 2017, 17:09   
        65
    Xaçmaz rayon Mərkəzi Kitabxanasının Uşaq Şöbəsində “Xalqımızın Qurtuluş tarixi” adlı səhərcik keçirilmişdir.



    XEBERTV.AZ xəbər verir ki, “15 iyun Milli Qurtuluş günü “ ilə əlaqədar iyun ayının 13 də Xaçmaz rayon Mərkəzi Kitabxanasının Uşaq Şöbəsi Əzizəddin Tahirov adına Köhnə Xaçmaz tam orta məktəbində, məktəbin 3-cü sinif şagirdlərinin iştirakı ilə “Xalqımızın Qurtuluş tarixi” adlı səhərcik keçirmişdir. Tədbirdə Uşaq şöbəsinin müdüri Rəhimə Hətəmova “15 iyun Milli Qurtuluş günü” nün yaranması tarixi haqqında, uşaqlara ətraflı məlumat vermişdir. O demişdir: “Azərbaycan xalqı müstəqillik əldə etdikdən sonra, rəsmi dövlət bayramlarından biri kimi də, “Milli Qurtuluş günü”nü bayram edir. Əziz balalar, siz öz valideyinlərinizdən, müəllimlərinizdən eşitmisiniz və televizorda görmüsünüz ki, dünyanın bir sıra ölkələrində, məs:-İraqda, Fələstində, Suriyada vətəndaş müharibələri gedir, orada uşaqlar sakit həyat sürmür, məktəblərdə təhsil ala bilmir, gözləri yaşlı uşaqlar vətənlərindən didərgin, qaçqın düşərək, müharibənin qurbanlarına cevrilir və cinayətkarların toruna düşürlər. Amma bizim ölkəmizdə, balalarımız sakit, xoşbəxt, əmin-amanlıq şəraitındə yaşayaraq, təhsil alırlar. Bu əmin-amanlıq və sakit həyat yaşamağımız üçün, biz məhz Ümummilli lider, uşaqların sevimli babası H.Əliyevə borcluyuq. Ulu öndər H.Əliyev o vaxt vətəndaş müharibəsi ilə üz-üzə qalan respublikamızda xalqın təkid və tələbi ilə hakimiyyətə gəldi. 1993-cü il iyun ayının 15 də Azərbaycan parlamentinə sədr seçildikdən sonra, ulu öndər H.Əliyev dövləti idarə edərək, ölkəni parçalanmaqdan və məhv olmaq təhlükəsindən xilas etdi. Həmin gün tarixə “Milli Qurtuluş günü”kimi daxil oldu və rəsmi dövlət bayramı kimi 1997-ci ildən qeyd olunmağa başlandı. Əziz uşaqlar, mən sizə vətəninizi sevməyi və qorumağı Heydər babadan öyrənməyə, onun kimi vətənpərvər, savadlı, bilikli, vətənə layiq bir övlad kimi yetişməyi arzu edirəm.Sonra tədbirdə uşaqlar şeirlər və mahnılarla cıxış etmişlər. Uşaq şöbəsinin oxucularından olan Həsənli Çinarə, Əmirov Əli, Mustafayeva Könül, Ələsgərov İslam, Nəsirova Arzu, Məmmədova Könül, Məmmədov Seymur və başqaları “Mənim babam”, ”Vətən oğlu”, “Ölməz insana”, ”O qalib yaşadı”, “Yaşayır Heydər ata”, “Əbədiyyət yolu”, ”Dünyanın Heydər oğlu” və s. şeirlərini söyləmişlər.Həmin məktəbin dərs hissə müdiri Məmmədova Sevil belə tədbirlərin keçirilməsinin uşaqların dünyagörüşünün artmasında böyük əhəmiyyət daşıdığını qeyd etmiş və Uşaq şöbəsinin işçiləinə öz təşəkkürünü bildirmişdir. Uşaqlar mövzuya həsr olunmuş sərgi ilə tanış olmuşlar.

    Xaçmaz rayon Mərkəzi Kitabxanasının Uşaq Şöbəsində “Xalqımızın Qurtuluş tarixi” adlı səhərcik keçirilmişdir.
    Xaçmaz rayon Mərkəzi Kitabxanasının Uşaq Şöbəsində “Xalqımızın Qurtuluş tarixi” adlı səhərcik keçirilmişdir.
    Xaçmaz rayon Mərkəzi Kitabxanasının Uşaq Şöbəsində “Xalqımızın Qurtuluş tarixi” adlı səhərcik keçirilmişdir.
    Xaçmaz rayon Mərkəzi Kitabxanasının Uşaq Şöbəsində “Xalqımızın Qurtuluş tarixi” adlı səhərcik keçirilmişdir.
    Xaçmaz rayon Mərkəzi Kitabxanasının Uşaq Şöbəsində “Xalqımızın Qurtuluş tarixi” adlı səhərcik keçirilmişdir.
    Xaçmaz rayon Mərkəzi Kitabxanasının Uşaq Şöbəsində “Xalqımızın Qurtuluş tarixi” adlı səhərcik keçirilmişdir.
    Xaçmaz rayon Mərkəzi Kitabxanasının Uşaq Şöbəsində “Xalqımızın Qurtuluş tarixi” adlı səhərcik keçirilmişdir.

    Sevda İsmayilova
    Xaçmaz Rayon Mərkəzi Kitabxanası,İnformasiya Resurs şöbəsi