Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Biləsuvarlı məşhur döyüşçü Qədir Musayev dünyasın dəyişdi...
  • "Başımıza gələn bəlalar günahlarımızı təmizləyir..."
  • Rusiya bu ölkənin vətəndaşları üçün sərhədlərini açdı
  • Gürcü bloger erməni xalqına: Oğrular, həyasızlar... – Video
  • Beş aylıq fasilədən sonra aviabiletlərin satışı başlayır - VİDEO
  • İslam Ələsgərli- Şəhid Generalımızın xatirəsinə. Mahnı həsr etdi
  • Orduya könüllü yazılanlara Səfərbərlik Xidmətindən ZƏNG EDİLMƏYƏ BAŞLADI - RƏSMİ AÇIQLAMA
  • "Paşinyan, istirahət zamanı deyil, Türklər üstümüzə gəlir..."
  • “9336 şəhidimizin, 24 Milli Qəhrəmanımızın məzarı erməni tapdağında qalıbsa…”
  • Ukrayna Təhlükəsizlik Xidməti Azərbaycana könüllü döyüşçülər və zabitlər göndərməyə hazırlaşır – ŞOK İDDİA
  • "Xalqın Qarabağ istəyi lazimi səmtə yönəldilməli, vahid iradə nümayiş etdirilməlidir" - VİDEO
  • Hərirçidən korona haqda şok: Hər gün 200 nəfər öləcək
  • “Onu heç vaxt bezdirmirdim ki...” - Şəhid generalın xanımı - VİDEO
  • Suda həll olan plastik torbalar yaradıldı
  • “Elə ki, evə çatdım məni bərk qucaqla” - 18 yaşlı şəhidimizin son sözləri
  • Orduya Türkiyədən yeni texnikalar gətirildi - VİDEO
  • Vitse- prezident görün nələr dedi- sərt REAKSİYA
  • Əsirlikdə olan qızlarımız zorlanaraq, qanında azərbaycanlı qanı axan “erməni” dünyaya gətirir
  • Şuşa türməsində saxladığımız 530 qatil erməni dustağı hara “yox” etdik ki?.
  • Ağdamlı qadın üç oğlunu və bir nəvəsini şəhid verib - VİDEOREPORTAJ
  • Məşhur alim VACİB MƏQAMLARI açıqladı - Tələsik hazırlanmış peyvəndi vurdurmağa dəyərmi?
  • Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
  • Qərb bölgəsində leysan: Yollarda hərəkət iflic oldu
  • İnanılmaz təklif: Süni yağış YARADILIR
  • Tovuza dəyən zərər tezliklə aradan qaldırılacaq - ŞƏRH
  • 10 Haz 2020, 00:27   
        306
    Azərbaycanın elm və təhsil ictimaiyyətinə ağır itki üz verib.
    Respublikamızın tanınmış riyaziyyat alimi, ADPU-nun
    “Cəbr və həndəsə” kafedrasının müdiri və AMEA
    Riyaziyyat və Mexanika İnstitutunun “Cəbr və riyazi məntiq”
    şöbəsnin aparıcı elmi işçisi, riyaziyyat
    üzrə fəlsəfə doktoru, dosent Şahbazov Aydın İsrafilov iyun ayının 8-də
    qəflətən ürək tutmasından vəfat edib.
    Şahbazov Aydın 5 may 1953-cü ildə Cəlilabad rayonunun Pokrovka
    kəndində anadan olub.
    1970-ci ildə Cəlilabad şəhər 1 nömrəli orta məktəbini, 1977-ci ildə isə M.V.Lomonosov
    adına Moskva Dövlət Universitetinin “mexanika-riyaziyyat” fakültəsini bitirmişdir.
    1978-1980-cı illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin
    “mexanika-riyaziyyat” fakültəsinin riyaziyyat bölməsində elmi-tətqiqat üzrə stajer,
    1980-1984-cü illərdə həmin bölmədə aspirant olmuş, 1984-çü ildə professor
    E.A.Qorinin rəhbərliyi altında “Спектр компактных операторов взвещенной
    композиции в некоторых пространствах аналитических функций “ mövzusunda
    namizədlik dissertasiyası müdafiə etmişdir.
    Rusiya, Azərbaycan, Gürcüstan, Estoniya, Qazaxstan, Türkiyə, İran, İspaniya,
    Fransa və s. ölkələrdə analiz və cəbr üzrə keçirilmiş 30-dan çox beynəlxalq
    seminar, simpozium və konfranslarda iştirak etmişdir.
    1980-cı ildən başlayaraq 80-dən çox çap olunmuş elmi məqalənin (o cümlədən
    30 - dan çoxu ölkədən kənar xarici elmi jurnallarda çap olunmuşdur) müəllifidir.
    Əsas elmi nailiyyətləri Banax cəbrlərində, xüsusi halda, müntəzəm cəbrlərdə
    çəkili endomorfizmlərin kompaktlığının, ümumi halda isə kəsilməz funksiyalar
    cəbrinin qapalı altfəzalarında çəkili kompozisiya operatorların kompaktlığının,
    nüvəliliyinin, obrazının qapalılığının, spektrlərinin öyrənilməsidir. Bundan əlavə
    çəkili kompozisiya operatorların sonlu cəmlərinin kompaktlığı, spektral xassələri
    öyrənilmiş və bu nəticələr operatorların kompakt həyacanlanmalarının spektrlərinin
    araşdırılmasına tətbiq edilmişdir. Eləcə də, disk cəbrləri üzərində modullarda holomorf
    vektorial meydanların yaratdığı çəkili tip inteqral operatorların (cəkili tip endomorfizmlərin)
    kompaktlıq, nüvəlilik xassələri, spektri və digər spektral xassələri araşdırılmışdır.
    4 nəfər riyaziyyat üzrə Fəlsəfə Doktoru (Ph.D) hazırlamışdır.
    90 illərin ikinci yarısından 2000 illərin əvvəllərinə qədər İran İslam Respublikasının
    Təbriz Universitetinə , Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika
    İnstitutu tərəfindən ezam oılunmuş və bu universitetdə professor vəzifəsində çalışmşdır.
    Şahbazov Aydın müəllimin bu ölkədə yetişdirdiyi kadrlar, hal hazırda İran İslam Respublikasını
    görkəmli kadrları sayılır.
    Görkəmli alim, tanınmış pedaqoq və səmimi insan Şahbazov Aydın İsrafil oğluna saytımız
    adından rəhmət,ailəsinə səbr diləyirik.

    loading...