Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Gözəl və dolğun dodaqlara sahib olmaq üçün bunları edin
  • Portağallı qış çayı - RESEPT
  • 2018-ci il bu telefonların ili olacaq - FOTO
  • Sarkisyan onunla Azərbaycan dilində danışan erməniyə “Deyəsən, keçmiş üçün darıxmısan… Mən də Azərbaycanca bilirəm” dedi – VİDEO
  • “Heç bir normal insan bunun əleyhinə ola bilməz”
  • Bu nəqliyyat vasitələri gömrük idxal rüsumundan azad edildi
  • Güllələnən 8 azərbaycanlı general .
  • Sarı İt ili ən çox kimləri SEVİNDİRƏCƏK? - İllər üzrə 2018-ci ilin PROQNOZU
  • Dilqəmin xilas etdiyi qadın: “Onu Kəlbəcərə biz göndərdik” – VİDEO
  • "Vətəndaşın imkanı yoxdur, krediti dövlət ödəsin" - Millət vəkili
  • Azərbaycanda yaşayan ermənilərin sayı açıqlandı
  • Şok! Azərbaycanlı əsirlərin saxlanıldığı yer tapıldı
  • " Aİ-92" benzin bahalaşıb 1 manat olacaq - Ekspertlərdən xəbərdarlıq
  • Azərbaycanda sürücülər xəbəri olmadan vəsiqəsiz qala bilər
  • Dünyanın ən kiçik həbsxanası - FOTO
  • Elm adamlarından dəhşətli 2018-ci il XƏBƏRDARLIĞI: QARŞISIALINMAZ FƏLAKƏT GƏLİR
  • Rusiya çökəcək? - Tanınmış astroloq gözlənilən nəticəni yazır
  • Qarakənd faciəsindən 26 il ötür
  • Azərbaycana 1 milyon yardım etmiş pakistanlı qadın - Həyat hekayəsi
  • Son günlərdəki zəlzələ silahlarla törədilib- SENSASİON AÇIQLAMA
  • Evimizdəki kiçik BOMBAların dəhşətli fəsadları - Batareyalardan gələn ölüm
  • Zimbabve prezidenti aclıq aksiyasına başladı
  • Benzinin qiyməti nəyə təsir edəcək? - Açıqlama
  • Bu qidaların girdiyi evə xəstəlik girmir
  • "WhatsApp”dan növbəti yenilik
  • Nar festivalı rəngarəngliyi ilə fərqlənib FOTOLAR

    03 Kas 2017, 17:36   
        98
    Nar festivalı rəngarəngliyi ilə fərqlənib FOTOLAR


    XEBERTV.AZ xəbər verir ki, bu gün Mədəniyyət və Turizm Nazirliyinin, Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, “AzNar” QSC-nin maliyyə dəstəyilə keçirilən XII Nar festivalı rəngarəngliyi və tədbirlərin zənginliyi ilə əvvəlkilərdən xeyli fərqlənib.

    Dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, xarici ölkələrin Azərbaycandakı səfirlərinin, beynəlxalq təşkilatların və diaspor nümayəndələrinin, yerli və xarici iş adamlarının, ümumilikdə, 30 minə yaxın insanın iştirak etdiyi möhtəşəm Nar festivalı, həmçinin milli adət-ənənələrimizin əyani nümayişinə çevrilib.

    Əvvəlcə qonaqlar və ictimaiyyət nümayəndələri ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, dahi rəhbərin abidəsi önünə gül dəstələri düzüblər.

    Nar festivalının iştirakçıları Heydər Əliyev prospektində musiqi sədaları altında qarşılanıblar. Qonaqlara yerli müəssisələrin istehsalı olan nar şirələri paylanılıb. Festivalın əsas qəhrəmanı olan Nar şahzadəsi meydanda qonaqları salamlayıb, xalqımıza əmin-amanlıq, bol ruzi-bərəkət arzulayıb. Xanəndələrin ifasında nara həsr olunmuş milli musiqi, muğam və folklor nümunələri təqdim edilib. Tədbir iştirakçıları rayonun 30-dan çox kəndinin sakinləri tərəfindən nardan hazırlanan məhsulların sərgisi ilə tanış olublar.

    İki gün davam edəcək festivalın rəsmi açılış mərasimində Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov çıxış ediblər. Qeyd olunub ki, artıq 12-ci dəfədir təşkil edilən bu məhsul bayramı Göyçayda meyvəçiliyin və turizmin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Həm yerli əhalinin, həm də ölkəmizə gələn qonaqların böyük marağına səbəb olan nar bayramı bir daha sübut edir ki, Azərbaycan öz mədəni irsini, adət-ənənələrini qoruyub saxlamaqdadır. Bu bayram həm də Azərbaycanın dünyada təbliğinə xidmət göstərir. Yerli və xarici medianın işıqlandırdığı nar bayramı vasitəsilə ölkəmiz ildən-ilə daha çox turistin marağını cəlb edir.

    Çıxışlarda narçılığın iqtisadi cəhətdən gəlirli sahə olduğu vurğulanıb, narın insan sağlamlığı üçün böyük əhəmiyyətindən söz açılıb. Qeyd edilib ki, narın şirəsindən və qabığından 20-dək xəstəliyin müalicəsində istifadə olunur. Bu il Göyçayın nar bağlarında bol məhsul yetişdirilib. İlkin hesablamalara görə, 50 min tona yaxın nar istehsal olunacaq. Keçənilki məhsulun 60 faizi Rusiya, Ukrayna və Gürcüstan bazarlarına çıxarılıb. Rayonda yeni və məhsuldar nar sortlarının yetişdirilməsi, təzə bağların salınması istiqamətində tədbirlər görülür. Son 4 ildə 250 hektar sahədə yeni nar bağı salınıb. Bağlarda əsasən “Gülövşə”, “Vələs”, “Şəndi”, “Şirin”, “Bala Mürsəl” sortları əkilib. İstehsal müəssisələri də imkanlarını ilbəil genişləndirirlər.

    Meydanda təşkil olunan kitab sərgisi, nümayiş etdirilən əl işləri, qədim sənət nümunələri maraqla izlənilib, idmançıların, rəqs və musiqi qruplarının, xor kollektivinin bir-birini əvəz edən çıxışları alqışlarla qarşılanıb.

    Festival çərçivəsində “AzNar” QSC-nin dəstəyi ilə yaradılan “Nar” abidəsinin açılış mərasimi olub, “Ən gözəl nar qızı” respublika müsabiqəsi keçirilib. Podiuma milli geyimdə çıxan qızlar arasında birinci yeri Şövkət Əsədullayeva tutub. Ona “AzNar” QSC-nin sahibi Fərhad Əhmədov tərəfindən 5000 manat mükafat verilib. Müsabiqədə ikinci və üçüncü yeri tutan iştirakçılara da pul mükafatları təqdim olunub.

    Yerli və xarici qonaqların bir qrupunun “AzNar” QSC-yə səfəri təşkil edilib, onlara zavodun istehsal prosesi və qazandığı uğurlar barədə məlumat verilib.

    Bayram tədbirində qonaqlar sərgi masalarına yaxınlaşaraq nardan hazırlanan məhsulların, o cümlədən nardançanın, nar şərabın, nar şirəsinin, nar mürəbbəsinin, həmçinin milli mətbəximizin bənzərsiz nümunələri olan döşəməli plovun, təndir çörəyinin, yuxanın, kətənin, motal pendirin və müxtəlif şirniyyatların dadına baxıblar. Festivalda nara həsr olunan şeir və mahnılar səsləndirilib, rayon bədii özfəaliyyət kollektivlərinin, aşıqların, meyxanaçıların, kəndirbazların, musiqi məktəbi şagirdlərinin çıxışları alqışlarla qarşılanıb. Heydər Əliyev prospektində idmançıların, mahnı-rəqs qruplarının çıxışları olub, müxtəlif mədəni-əyləncəli proqramlar təşkil edilib.

    Sonda Azərbaycanın tanınmış incəsənət ustalarının iştirakı ilə bayram konserti keçirilib, atəşfəşanlıq olub.

    Qeyd edək ki, festival noyabrın 4-də davam edəcək. Həmin gün Heydər Əliyev parkında nar və nar məhsullarının satış yarmarkaları təşkil olunacaq, nar dənələrindən hazırlanan müxtəlif fiqurlar nümayiş etdiriləcək, eləcə də Göyçay şəhər stadionunda “AzNar” və “Neftçi” futbol komandaları arasında “Nar kuboku” uğrunda oyun keçiriləcək.


    Nar festivalı rəngarəngliyi ilə fərqlənib FOTOLAR
    Nar festivalı rəngarəngliyi ilə fərqlənib FOTOLAR
    Nar festivalı rəngarəngliyi ilə fərqlənib FOTOLAR
    Nar festivalı rəngarəngliyi ilə fərqlənib FOTOLAR
    Nar festivalı rəngarəngliyi ilə fərqlənib FOTOLAR
    Nar festivalı rəngarəngliyi ilə fərqlənib FOTOLAR
    Nar festivalı rəngarəngliyi ilə fərqlənib FOTOLAR
    Nar festivalı rəngarəngliyi ilə fərqlənib FOTOLAR
    Nar festivalı rəngarəngliyi ilə fərqlənib FOTOLAR
    Nar festivalı rəngarəngliyi ilə fərqlənib FOTOLAR
    Nar festivalı rəngarəngliyi ilə fərqlənib FOTOLAR

    mənbə /sia.az
    loading...