Xəbər lenti
18 Ağu 2017, 20:27
...
Axtar
Ən çox oxunan
  • Bürclər – 19 AVQUST
  • Yaddaşı gücləndirmək üçün - 9 QAYDA
  • Polşadan Azərbaycana velosipedlə gəldi – VİDEO
  • Azərbaycan dili Quql səsli axtarış sisteminə daxil edildi
  • NASA mütəxəssisi etiraf etdi: “UFO-lar dünyaya bu yolla gələcəklər”
  • Bu gün Ələkbərov Arifin Şəhadət günüdür
  • Bircə şamla isidilən hamamın SİRRİ
  • Votsap, Viber və Teleqram istifadəçilərinin diqqətinə!
  • Hakimiyyətdən nüvə zərbəsi ilə bağlı xəbərdarlıq: “Hansısa obyektin arxasında gizlənin, dərhal soyunun…”
  • “Rusiya Azərbaycan vətəndaşının öz tarixini öyrənməsinə imkan vermir”
  • “Türkiyə nüvə silahına sahib olmağa çalışacaq...” – Moskvadan qorxunc SSENARİNİN PROQNOZU
  • Dünyada ən böyük OLED displey yaradıldı
  • Xəbərdarlıq: Zərərli proqram təminatlarının sayı artdı
  • Toyuğun kəsib atdığımız bu hissəsi Çinə 50 milyon dollara satılır
  • Sevgilinizi düz seçmisiniz? Bunu öyrənməyin sadə yolu
  • Qəbirdə dirilən qız öz yas mərasiminə gəldi – ŞOK HADİSƏ
  • Şimali Koreya nüvə ölkəsinə nə vaxt çevriləcək? - Rəsmi Seuldan açıqlama
  • Amerikanın nüvə raketləri Azərbaycanda?
  • Rusiya Ermənistana xüsusi təyyarə göndərib
  • Yeni planet kəşf edildi - “Atatürk” adı verilə bilər
  • ABŞ-ın gizli xəritəsi tapıldı: Yeni terror dövləti yaradılır - PKK şimala nəzarət edəcək
  • Azərbaycan bu siyahıda birinci yerdədir
  • Yataqda ideal tərəf müqabiliniz - Bürclərə görə intim həyat
  • Vay-Faydan 100 dəfə sürətli texnologiya kəşf edildi
  • Rusiyadan Azərbaycanla sərhəddə xüsusi rejim
  • IX Qəbələ Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi olub

    30 Tem 2017, 18:40   
        86
    IX Qəbələ Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi olub




    ix qebele beynelxalq musiqi festivalinin resmi acilis merasimi olub

    Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən IX Qəbələ Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi olub.

    APA-nın yerli bürosunun xəbərinə görə, Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısında quraşdırılan açıq səhnədə keçirilən mərasimdə əvvəlcə Azərbaycanda musiqi mədəniyyətinin inkişafı və təbliğində müstəsna rol oynayan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.

    Sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin konserti başlayıb. Konsertdə dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ifa olunub. Orkestri Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi, Xalq Artisti, dirijor Cavanşir Cəfərov müşaiyyət edib. Xorun təqdim etdiyi əsər əməkdar incəsənət xadimi, rejissor Hafiz Quliyevin quruluşunda səhnələşdirilib. Orkestrin solistləri isə tanınmış xanəndələr-Elnur Zeynalov, Arzu Əliyeva, Afaq Ağayeva, Mütəllim Dəmirov, Təyyar Bayramov, Nəzər Bəylərov, Taleh Yəhyayev (bariton) və Cahangir Qurbanov (bariton) olub. İllərin süsgəcindən keçərək öz aktuallığını qoruyub saxlayan “Leyli və Məcnun” operası bu gün də tamaşaçıların alqışları ilə qarşılanıb.

    Qeyd edək ki, musiqisevərlərin çoxdan gözlədiyi Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq iki gündür ki, öz qapılarını yenidən sənətsevərlərin üzünə açıb. Qəbələ Beynəlxalq Musiqi Festivalının builki proqramı da hər il olduğu kimi çox zəngindir. Festivalın proqramına uyğun olaraq Qəbələ səhnəsində Azərbaycanın və dünyanın dahi bəstəkarlarının əsərləri səsləndirilir. Gənc ifaçılarla yanaşı, dünya şöhrətli musiqiçilər də səhnəyə çıxırlar. Burada klassik və kamera musiqisi, muğamlarımız ifa olunur.

    Avqustun 3-dək davam edəcək Qəbələ Beynəlxalq Musiqi Festivalında Rusiya, İsrail, ABŞ, İtaliya, Litva, Sloveniyadan dünya şöhrətli dirijorlar, görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər-Oksana Yablonskaya, Dmitri Yablonski, Janna Qandelman, Mixael Slatkin, Moyka Zlobko Vayql, Massimo Merçelli, Stefen Deitz, Anna Serova, Roberto Molinelli, Nomeda Kazlaus və başqaları iştirak edəcək. Festival günlərində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” Kamera Orkestri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestri, “Femusa” kamera orkestri, “Clarte” klarnet kvarteti, “Furioso” kvartetinin konsertləri olacaq.