Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Alim erməni yalanını ifşa etdi: Həmin xalçalar Bakıdadır
  • Şamil Sabiroğlu: Azərbaycanın hakimiyyət orqanları “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinə qarşı çox biganəlik göstərdilər...
  • HAVA KƏSKİN DƏYİŞİR: Nazirlik gücləndirilmiş iş rejiminə keçdi
  • Bölgələrə turist axını başladı - Ekspert açıqladı
  • Havalar isindikcə yoluxma artacaq - Alimlər
  • Atası azərbaycanlı olan erməni nazirin Azərbaycandakı restoranı - Video
  • 4 ay komada olan əsgərimiz şəhid oldu - FOTO
  • Ermənilər Xocalıda yeni qəsəbə salır?
  • Can, Azərbaycan !- İslam Ələsgərli
  • Erməni polkovnikin qulağına "Poladın qısasını aldım!" deyərək MƏHV ETDİ
  • Onlar başları əzilməli olan zəhərli ilanlardır - Baxçalı
  • Çiplənək ya yox?
  • COVİD-19-a qarşı Azərbaycan modeli və İlham Əliyevdən bəşəriyyətin xilası üçün yeni təklif
  • Azərbaycanın əməliyyat sistemi bazarında "Android" liderdir
  • Xiaomi Mi11 Pro-nun yeni görüntüləri yayımlandı
  • Şəhidlərin 80 faizdən çoxu ali təhsilsiz, orta məktəbi doğru düzgün oxumayanlardır Səxavət Məmməd yazır.......
  • Şuşa və Hadrutun topoqrafik xəritəsi hazırlanır
  • Zəngilan: düşmən Məmmədbəyli kəndini də viran qoyub
  • Gürcüstan sakinləri II Qarabağ müharibəsi barədə nə düşünür? - SORĞU
  • Ermənilərin Horadizdə dağıtdığı evlər bərpa edilir
  • Qələbənin "Zəfər nəğməsi" - VİDEO
  • Baxçalı Şuşadakı məktəbin layihəsini təqdim etdi - Video
  • General Həzi Aslanov necə qətlə yetirilib... - Erməni izi
  • “6G” texnologiyası nə vəd edir?
  • İSLAM ƏLƏSGƏRLİ- TÜRKİYƏ AZƏRBAYCAN DOSTLUĞUNA
  • 25 Oca 2021, 17:09   
        125

    2020-ci ildə 254 cinayətkar qrup zərərsizləşdirilib

    Ötən il Azərbaycanda 254 cinayətkar qrup zərərsizləşdirilib.

    XEBERTV.AZ Trend-ə istinadən bildirir ki, bunu yanvarın 23-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib.

    2020-ci ilin prokurorluq orqanları üçün də əlamətdar olmasının diqqətə çatdıran Baş prokuror, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 1 may 2020-ci il tarixdə Baş prokuror vəzifəsinə təyinatla əlaqədar qəbul edilərkən verilən göstəriş və tapşırıqların prokurorluq orqanlarında genişmiqyaslı islahatların aparılmasını labüd etdiyini, bununla əlaqədar qısa müddətdə prokurorluğun cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması, işin çevikliyinin və səmərəliliyinin artırılması istiqamətində struktur və kadr islahatlarının aparıldığını, prokurorluğun fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın yeniləndiyini bildirib: "Hesabat dövründə digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyətin nəticəsi olaraq əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə qeydə alınmış 26.004 cinayətin 84,3%-nin açılması təmin olunub, bu cinayətlərin 94,5%-i prokurorluq və daxili işlər orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil edib ki, onların da açılma faizi 85,5% olub.

    2019-cu illə müqayisədə daxili işlər və prokurorluq orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa az ağır zərər vurma, oğurluq, soyğunçuluq, quldurluq, dələduzluq, mənimsəmə və israf etmə, eləcə də yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin, vəzifə cinayətlərinin sayı azalmış, ötən illərdən bağlı qalmış 310 cinayətin açılması təmin edilərək, 254 cinayətkar qrup zərərsizləşdirilib.

    Hesabat dövründə prokurorluq orqanları tərəfindən 1045 şəxs barəsində 795 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq məhkəmələrə göndərilmişdir. 2019-cu illə müqayisədə 34 hadisə artmaqla 193 qəsdən adam öldürmə cinayətləri qeydə alınmışdır ki, onların 94 faizinin açılması təmin edilb".
    loading...