Abşeronda kişidən arvadına qarşı DƏHŞƏTLİ ƏMƏL: 22 yerdən bıçaqladı

Abşeronda kişidən arvadına qarşı DƏHŞƏTLİ ƏMƏL: 22 yerdən bıçaqladı
Abşeronda bıçaqlanma hadisəsi baş verib.
XEBERTV.AZ xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Ailə münaqişəsi zəmnində həyat yoldaşı tərəfindən çoxsayli bıçaq zərbələri alan 1992-ci il təvəllüdlü Məmmədova Şəhanə Sahib qızı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı onun döş qəfəsində və qarın boşluğunda 22 kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.
Ş.Məmmədovanın vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır. (Report)