Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Millət vəkili Razi Nurullayev söz verdiyi adları açıqladı...Kimlər, kimlər
  • Operativ Qərargahın brifinqi - Canlı
  • Heydər Əliyev Fondu imkansız ailələrə yardım payladı!
  • İsveçrə təsdiqlədi: Elektrik təyyarələri dövrü başlayır
  • İbrahim Məmmədovdan toyların keçirilməsi ilə bağlı AÇIQLAMA
  • Rayona getmək istəyənlərin diqqətinə - Baş nazir qərar verdi
  • Biləsuvarlı məşhur döyüşçü Qədir Musayev dünyasın dəyişdi...
  • "Başımıza gələn bəlalar günahlarımızı təmizləyir..."
  • Rusiya bu ölkənin vətəndaşları üçün sərhədlərini açdı
  • Gürcü bloger erməni xalqına: Oğrular, həyasızlar... – Video
  • Beş aylıq fasilədən sonra aviabiletlərin satışı başlayır - VİDEO
  • İslam Ələsgərli- Şəhid Generalımızın xatirəsinə. Mahnı həsr etdi
  • Orduya könüllü yazılanlara Səfərbərlik Xidmətindən ZƏNG EDİLMƏYƏ BAŞLADI - RƏSMİ AÇIQLAMA
  • "Paşinyan, istirahət zamanı deyil, Türklər üstümüzə gəlir..."
  • “9336 şəhidimizin, 24 Milli Qəhrəmanımızın məzarı erməni tapdağında qalıbsa…”
  • Ukrayna Təhlükəsizlik Xidməti Azərbaycana könüllü döyüşçülər və zabitlər göndərməyə hazırlaşır – ŞOK İDDİA
  • "Xalqın Qarabağ istəyi lazimi səmtə yönəldilməli, vahid iradə nümayiş etdirilməlidir" - VİDEO
  • Hərirçidən korona haqda şok: Hər gün 200 nəfər öləcək
  • “Onu heç vaxt bezdirmirdim ki...” - Şəhid generalın xanımı - VİDEO
  • Suda həll olan plastik torbalar yaradıldı
  • “Elə ki, evə çatdım məni bərk qucaqla” - 18 yaşlı şəhidimizin son sözləri
  • Orduya Türkiyədən yeni texnikalar gətirildi - VİDEO
  • Vitse- prezident görün nələr dedi- sərt REAKSİYA
  • Əsirlikdə olan qızlarımız zorlanaraq, qanında azərbaycanlı qanı axan “erməni” dünyaya gətirir
  • Şuşa türməsində saxladığımız 530 qatil erməni dustağı hara “yox” etdik ki?.
  • 05 Haz 2020, 11:17   
        72

    BAKI-XEBERTV.AZ
    Ər arvadını öldürdü, ögey qızını ağır yaraladı - Naftalandakı DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI (YENİLƏNDİ)

    Ər arvadını öldürdü, ögey qızını ağır yaraladı - Naftalandakı DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
    Naftalan şəhərində törədilən qətlin bəzi təfərrüatları məlum olub.

    Naftalan şəhər sakini, 1979-cu il təvəllüdlü Elnurə Elm qızı Verdiyeva və qızı 2002-ci il təvəllüdlü Aysun Elşad qızı Həsənova ailədaxili münaqişə zəminində bıçaqlanıblar. Hadisəni törətməkdə şübhəli bilinən 1975-ci il təvəllüdlü Zəfər Həsən oğlu Məmmədovdur.

    Qeyd edək ki, Z. Məmmədovun bıçaqlayaraq qətlə yetirdiyi Elnurə Verdiyevə ikinci həyat yoldaşıdır.

    Məlum hadisənin baş vermə səbəbinə gəlincə, Z.Məmmədov sərxoş halda evə gələrək ögey qızını bıçaqlayıb. 18 yaşlı qızı öldürmək istəyən Zəfərin qarşısını həyat yoldaşı kəsir.

    Bu zaman gənc qız evdən küçəyə qaçaraq kömək istəyib və ətrafdakılar məsələdən xəbərdar olduğu üçün hadisə yerinə gəliblər.

    Əsəbi və sərxoş olan Z.Məmmədov qızın anası E.Verdiyevaya da bir neçə bıçaq zərbəsi endirib.

    Ağır halda olan E.Verdiyevanı qonşulardan biri şəxsi avtomobili xəstəxanaya aparmaq istəsələr də, qadın çoxlu qan itirdiyindən və aldığı xəsarətlərdən dünyasını dəyişib.

    Ağır xəsarət alan qızı isə hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobili ilə Goranboy rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Hazırda reanimasiya şöbəsində müalicəsi davam edən A.Həsənovanın vəziyyətinin ağır olduğu bildirilir.

    Hadisəni törətməkdə şübhəli bilinən Z.Məmmədova isə polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunub. Faktla bağlı Naftalan şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

    Goranboy rayon prokurorluğundan “Report”a verilən məlumata görə, iyulun 4-də gecə saat 23 radələrində Naftalan şəhərində yaşadıqları evin yaxınlığında şəhər sakinləri - 1979-cu il təvəllüdlü Elnurə Verdiyevanın bıçaqlanaraq aldığı xəsarətlərdən ölməsi, qızı 2002-ci il təvəllüdlü Aysun Həsənovaya isə bıçaqla xəsarət yetirilməsi barədə məlumat daxil olub.

    Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

    Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

    İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.

    İlkin araşdırmalarla cinayətin zərəçəkmişin əri Zəfər Məmmədov tərəfindən ailə-məişət zəminində yaranan mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

    Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Zəfər Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    xxx

    09:23

    Naftalanda qətl törədilib.

    Hadisə Naftalan şəhərində qeydə alınıb.

    Belə ki, 1979-cu il təvəllüdlü Elnurə Verdiyeva və qızı, 2002-ci il təvəllüdlü Aysun Həsənova bıçaqlanıb.

    Nəticədə E.Verdiyeva ölüb, qızı isə belindən aldığı ağır bıçaq xəsarəti ilə Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır. (report)
    loading...