Xəbər lenti
Axtar
Ən çox oxunan
  • İsrailə atılan raketləri Dəmir Qübbə məhv etdi
  • Merkel Berlində törədilən qətl hadisəsinə münasibət bildirdi
  • “Uşağıma yemək ala bilmirəm” – Azərbaycanda ana aclıqla üz-üzə qaldıqlarını deyir
  • Nazir: "Ermənistan Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməkdən inadla imtina edir"
  • Alimlər göz üçün elə bir linza yaratdı ki...
  • İran çökür, milyardlarla dollar büdcə kəsiri var – Ekspert ŞOK FAKTLARI açıqladı
  • Çin’de gördüğü işkenceleri anlatan Mihrigül Tursun: Beni öldürmeleri için yalvardım!
  • Ermənilər Kəlbəcər meşələrində diversiya qrupları yaradır – VİDEO
  • “Bütün sevgiləri xatırladan” qosqoca payızsan!
  • İrəvan təşvişdə: Türkiyənin bu planından narahatıq
  • “Azərişıq” hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib
  • Daha bir ölkə nüvə silahı əldə edəcək - QORXUNC İDDİA
  • Prezident həmkarlarına məktub göndərdi
  • Azərbaycan Albaniyaya humanitar yardım göstərib
  • AVTOMOBİL BAZARINI YENİ "QIZDIRMA" GÖZLƏYİR - "7 il təklifi" nə vəd edir?
  • Prezidentin yeni köməkçisi təyin edilən gənc kimdir? - DOSYE
  • Yanvarın 1-dən dövlət tərəfindən hər kəs üçün 90 manat ayrılacaq
  • Günün ulduz falı: 27 noyabr, 2019
  • Yadplanetlilərlə bağlı SENSASİON FAKT: nüvə silahlarını...
  • "Gömrüyün Gürcüstandan gətirilən maşınları buraxmamaq səlahiyyəti yoxdur" - Ekspert "dəhşətli rüsumlar"dan danışdı
  • Sərhəddə atışma: ölən var - Rəsmi-YENİLƏNİB
  • Rusiya iki qitəyə kabus yaşadacaq? - Ekspert
  • Azərbaycana və Ermənistana səfər edən jurnalistlərin adları açıqlandı
  • Bakı-Sumqayıt yolunda "Ekologiya postu" sökülür
  • İranla əlaqə kəsildi: Ölkədə son durum... - Video
  • 04 Ara 2019, 18:39   
        31



    73 yaşlı qadını sifarişlə qətlə yetirməkdə ittiham edilən 6 nəfərlik dəstənin işi - FOTO

    Bakının Nizami rayonunda sifarişlə qətl törətməldə ittiham edilən şəxslər hakim qarşısına çıxarılıb.

    XEBERTV.AZ Musavat.com -a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində sifarişlə qətl törətməkdə ittiham edilən Ziya Dadaşov, Amil Piriyev, Şaiq Pirəliyev, Namiq Niftullayev, Namiq Ibrahimov və Həmidə Nəsibovanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.

    Hakim Fikrət Qəribovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib. Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

    Hadisə bu ilin aprel ayında olub.

    Aprelin 17-də səhər saatlarında Nizami rayonunun Azər Manafov küçəsi ev 15/21 ünvanında yanğın hadisəsi baş verib.

    Hadisə yerinə baxış zamanı mənzilin sahibi və həmin ünvanda tək yaşayan 1946-cı il təvəllüdlü Validə İbrahimovanın yanmış meyiti aşkar olunub.

    Keçirilən ekspertiza zamanı müəyyən edilib ki, həmin şəxs yanğından əvvəl boğularaq qətlə yetirilib.

    Əməliyyat-axtarış tədbirləri nəticəsində baş vermiş hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxslər- Ziya Dadaşov, Amil Piriyev, Şaiq Pirəliyev, Namiq Niftullayev və Namiq İbrahimov saxlanılıblar.

    Araşdırma zamanı saxlanılan şəxslər qətli Həmidə Nəsibovanın sifarişi ilə yerinə yetirdiklərini deyiblər.

    Ziya Dadaşov və Amil Piriyev ifadələrində hadisə günü “Leyla” kimi tanıdıqları şəxsin sifarişi ilə V.İbrahimovanın mənzilinə tamah məqsədi ilə daxil olduqlarını, onu qətlə yetirəndən sonra isə izi itirmək məqsədi ilə mənzili və meyiti yandırdıqlarının bildiriblər. Hadisədən sonra həmin şəxslər V.İbrahimovanın qızıl-zinət əşyalarını, mobil telefonunu və 120 manatını ələ keçiriblər.

    Qeyd edək ki. Z.Dadaşov və A.Piriyev saxlanılan zaman qızıllar onlardan aşkar olunaraq maddi sübut kimi götürülüb.

    İstintaq zamanı Həmidə Nəsibova Z.Dadaşov və A.Piriyevlə tanışı V.İbrahimovanı qətlə yetirtmək üçün əvvəlcədən razılığa gəldiyini etiraf edib.

    O da məlum olub ki, Həmidə Nəsibova daha əvvəl də məhkumluq həyatı yaşayıb.

    İlkin Muradov
    Musavat.com
    loading...