Xəbər lenti
Axtar
Ən çox oxunan
  • İradə Mehrinin efirdə halı pisləşdi.
  • Bu ölkələr razılaşdı: Vahid bazar yaradılır
  • Proqnoz: NATO Kalininqradı iki günə ələ keçirə bilər – Moskvanın cavabı ağır olacaq
  • Rusiya, Türkiyə və Çinin dollara qarşı planı BAŞ TUTDU: bundan sonra...
  • "Gör, nə günə qalmışıq ki, ərəblər ölkəmizdə xoruzlanırlar!" - Tanınmış yazıçı
  • Bu müharibə 125 milyon insanın ölümünə səbəb olacaq
  • Bayraq günü: BDU tələbələri yürüş keçirdi - Foto
  • Köçəryan Paşinyanı Azərbaycanın ovcuna qoydu - Dağlıq Qarabağ və Rusiya...
  • 42 il əvvəl kosmosa göndərilən gəmidən SİQNAL GƏLDİ - 2030-cu ildə...
  • Qadınlar Şurası müharibə çağırışı edib - Bəyanat
  • İran televiziyasında yayımlanan serialda Azərbaycan türkləri təhqir olunub – VİDEO
  • “Yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcək”
  • Bakıda çəkilən və möhtəşəm döyüş səhnələri olan bu HİND FİLMİ REKORD QIRIR - VİDEO
  • İlham Əliyevdən məmurlara SƏRT XƏBƏRDARLIQ: “Kabinetdə oturub...”
  • 80 min azarkeş "Azərbaycan" deyərək stadionu inlətdi - MÖHTƏŞƏM GÖRÜNTÜLƏR
  • Rus tədqiqatçıdan İrəvanın Azərbaycan ərazisi olmasına etiraf
  • Sperma sayı və aktivliyini artıran maddə tapıldı
  • Azərbaycanlılardan Türkiyəyə möhtəşəm dəstək - Video
  • ABŞ nəşri Ermənistanın hərbi cinayətlərindən yazdı
  • Adil Komutan! - Aygün Attar yazır
  • Yaxın 10 il ərzində dünyada... - QORXUNC PROQNOZLAR
  • Zəngilanın işğalından 26 il ötür
  • Tovuzda dağlar partladılır - Video
  • “Pakistan əsl qardaşdır” – İlham Əliyev
  • Ermənilərdən Azərbaycana qarşı növbəti təxribat
  • 29 Eki 2019, 21:31   
        98


    İki dostdan yeyib-içdikləri qadına iyrənc əməl: “Gəl otur maşına...” – Şamaxıda şok olay
    İki dostdan yeyib-içdikləri qadına iyrənc əməl: “Gəl otur maşına...” –

    Seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Şamaxı şəhər sakini Rasim Təhməzov və 1991-ci il təvəllüdlü Qobustan rayon sakini Əhməd Qəribovun cinayət işinə baxılıb.
    Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan prosesdə hər iki təqsirləndirilən şəxsin kasasiya şikayətinin dəlilləri araşdırılıb.

    İttihama görə, Rasim Təhməzov 25 iyul 2018-ci il tarixdə Əhməd Qəribov, Əjdər Abdullayev, Faiq Şıxəliyev və sonuncunun vasitəsilə həmin gün tanış olduğu Şamaxı rayon sakin, Məlahət Vəliyeva (ad və soyad şərtidir - red.) ilə birlikdə İsmayıllı rayonu ərazisində yerləşən yeməkxanaya gəliblər.

    Rasim Təhməzov orada şam yeməyindən sonra Məlahət Vəliyevaya qarşı zor tətbiq etməklə cinsi əlaqədə olmaq qərarına gəlib. O, Əhməd Qəribovla əlbir olub.

    Rasim Təhməzov özünün "VAZ-21011" markalı avtomobilində Əhməd Qəribovla birlikdə Məlahəti yaşadığı kəndə aparıblar.

    Gecə yarı saat 2 radələrində Rasim avtomobili kəndarası yolda, kəndin giriş hissəsindən 700 metr məsafədə saxlayıb və Məlahətin onlarla cinsi əlaqəyə girməyəcəyi halda gecə vaxtı avtomobildən düşürəcəyini bildirib.

    Məlahət onların intim əlaqədə olmaq barədə təkliflərini rədd edib. Bu səbəbdən avtomobildən düşüb, yaşadığı kəndin içərisinə doğru yollanıb.

    Həmin vaxt Rasim qadının arxasınca gedib, zorla onu avtomobilə qaytarıb. Orada onunla cinsi əlaqədə olmaq istəyib.

    Bu zaman Faiq Şıxəliyev Rasimin bu hərəkətlərinin qarşısını almaq üçün mübahisə edib, Əjdər Abdullayev və Əhməd Qəribov onların mübahisəsinə imkan verməyib.

    Bu ərəfədə Məlahət mobil telefon vasitəsilə Daxili İşlər Nazirliyinin "102" məlumat mərkəzinə zəng edib, Əjdər Abdullayev və Faiq Şıxəliyev oradan qaçıblar.

    Rasim və Əhməd Məlahətin qolundan tutaraq zor tətbiq etməklə, onu avtomobilin arxa oturacağına uzandırıblar.

    Daha sonra Əhməd Cəmilənin əllərindən tutaraq saxlayıb. Rasim isə arxası üstə avtomobilin oturacağına uzanıqlı vəziyyətdə olan Məlahəti döyərək soyundurub.

    Məlahətin daha öncədən Daxili İşlər Nazirliyinin "102" məlumat mərkəzinə etmiş olduğu şikayəti əsasında Şamaxı rayon polis şöbəsinin əməliyyat qrupunun üzvlərinin xidməti avtomobillə hadisə yerinə gəliblər. Polislər gəldiyi üçün Rasim niyyətini başa çatdıra bilməyib.

    İstintaq orqanı tərəfindən Rasim Təhməzov və Əhməd Qəribovun barəsində Cinayət Məcəlləsinin 29, 149.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən zorlama törədilkidə) maddəsilə ittiham elan edilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

    Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

    Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsin şikayətini qismən təmin edib. Onların cəzaları 6 ildən 5 ilə endirilib.

    Bu qərardan narazı qalan hər iki təqsirləndirilən kasasiya şikayəti verib.

    Ali Məhkəmənin hakimi şikayəti araşdırıb və sonda təmin olunmaması barədə qərar elan edib.

    Bia.az
    loading...