Xəbər lenti
Axtar
Ən çox oxunan
  • SON DƏQİQƏ: türk ordusu Suriyadan çıxmayacaq, Ərdoğan Putinin qarşısına ŞƏRT qoydu (YENİLƏNİR)
  • Misirdə Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı müsabiqə keçirilib
  • Azərbaycan Müstəqillik Gününü qeyd edir
  • Qaçqınlar Suriyaya qayıdır
  • Ərdoğanın Pakistan səfəri təxirə salındı
  • Daha bir Avropa ölkəsi Türkiyəni dəstəklədiyini bəyan etdi
  • Ərdoğandan UEFA-nın Türkiyə millisinə intizam işi açmasına münasibət
  • Xəbərlər – Hava ilə bağlı əhaliyə VACİB XƏBƏRDARLIQ - Diqqətli olun!-Yağış, qar, güclü külək...
  • Baş Qazi Etimat Əsədovun xatirəsi yad edildi.
  • İlham Əliyev: Sizin tövsiyəniz, təlimatınız olmadan...
  • Xocalı şəhər əhalisinin dünya dövlətlərinə, xalqlarına və beynəlxalq təşkilatlara M Ü R A C İ Ə T İ
  • Ərdoğandan Merkelə sərt sözlər: Tərəfinizi seçin, ya biz, ya terrorçular!
  • Alimdən inanılmaz: Marsda həyat izləri 40 il əvvəl tapılıb
  • SON DƏQİQƏ: sayı 500-ə yaxınlaşır, strateji şəhər və ABŞ silahları ələ keçirildi... (YENİLƏNİR)
  • FÜZULİ SAKİNİ PREZİDENTDƏN KÖMƏK İSTƏDİ
  • Türkiyə ordusu terrorçulara divan tutmaqda davam edir
  • Cins şalvarlar planeti necə məhv edir
  • Prezident İlham Əliyev “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib - VİDEO
  • Alimlerin cavab vere bilmediyi sirli suallar hansilardir
  • SON DƏQİQƏ: Rusiya qırıcıları azərbaycanlıların da olduğu BAZANI VURDU
  • Qaçqınlar üzrə Ali Komissardan xəbərdarlıq
  • Bu Avropa ölkələrində 14 yaşında sekslə məşğul olmaq qanunidir - FOTO
  • Qardaş Türkiyədə Qazilərə verilən imtiyazlar
  • Rus vertolyotu Kəlbəcərdə 8 nəfər uşağı parçaparça edib – ÇOXLARININ BİLMƏDİYİ DƏHŞƏTLİ FAKT
  • Erməni işğalının daha bir üzü: 10 kənddə... - 27 il
  • 26 Eyl 2019, 18:50   
        102



    Bakıda dəhşətli hadisə: Gəlin telefonuna kontur yükləyərkən Hacı nömrəsini götürdü Və...


    Bakıda "məhəbbət üçbucağı” zəminində baş vermiş növbəti cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    XEBERTV.AZ Virtualaz.org-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses zamanı müttəhimlər kürsüsündə 49 yaşlı İntiqam Abbasov dayanmışdı. Ona qarşı qəsdən adam öldürməyə cəhd və xuliqanlıq ittihamı irəli sürülüb.

    ...Hadisə ötən il avqustun 20-də Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən "Araz” restoranın qarşısında baş verib. Həyat yoldaşının Hacı Cavadovla yaxın münasibətdə olub-olmadığını dəqiqləşdirmək istəyən İ.Abbasov həmin ünvana yollanıb. H.Cavadov ona deyib ki, belə münasibət olub, amma Lətifə Abbasovanın (ad və soyad dəyişdirilib-red.) evli olduğunu öyrəndikdən sonra ondan ayrılıb.

    Ailə şərəfinin ləkələnməsindən hiddətlənən İ.Abbasov Hacını öldürmək qərarına gəlib və bıçaqla H.Cavadova zərbə endirib. Hacının hadisə yerində olan tanışları – Şərafəddin Kərimov və Azər İbrahimov ona yardım etmək istədikdə İntiqam əlindəki bıçaqla onların üstünə sarı gedib. Yaralının çoxlu qan itirdiyini görən Şərafəddin Hacıdan əl çəkməsini tələb edib. İntiqam isə bu dəfə bıçaqla Şərafəddinə zərbələr endirib.

    Törətdiyi cinayət əməlinə görə Nizami rayon məhkəməsi tərəfindən İ.Abbasovun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

    "Arvadımın şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyirdi”

    Təqsirləndirilən şəxs qismində dindirilən İntiqam Abbasov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. İfadəsində Hacının onun həyat yoldaşına zəng vuraraq narahat etdiyini deyib: "Arvadım dedi ki, marketdə "Million” ödəmə terminalı ilə öz nömrəsimə pul yükləyəndə Hacı terminalın ekranından nömrəsini görüb, ona zəng vurub. Hacıya zəng vurub, Lətifənin əri olduğumu dedim, görüşmək istədiyimi söylədim. Görüşməkdən imtina etdi və bir daha zəng vurmayacağını bildirdi”.

    Təqsirləndirilən şəxsin ifadəsinə inansaq, bu söhbətdən dörd ay keçdikdən sonra H.Cavadov onların ev telefonuna yenidən zəng vuraraq arvadının şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib və 1000 manat pul tələb edib. Nəticədə o, Hacıya bir daha görüşməyi təklif edib. Hacı isə İ.Abbasovun nömrəsini bloka atıb. Bu dəfə İntiqam onun işlədiyi marketin yerini öyrənib, oraya yollanıb. Amma ona Hacının daha burada işləmədiyini bildiriblər. İntiqam Hacını axtarmağa başlasa da tapa bilməyib. Yaşadığı ünvanı öyrənib, lakin həmin ünvana getməyib.

    Hacı zəng vurur, Keşlədəki "Araz” restoranına çağırır...

    Ötən il avqustun 20-də isə Hacı ona zəng vuraraq Keşlə qəsəbəsindəki "Araz” restoranında olduğunu deyib. İntiqam arvadını da özüylə götürərək birbaş həmin ünvana yollanıb:

    "Lətifə maşında oturdu. Özüm düşüb restorana sarı getdim. Hacıya zəng vurub dedim ki, burdayam. Bu vaxt dörd nəfər mənə yaxınlaşdı, içkili idilər. Hacıya dedim ki, gəl otur maşına, məsələni özümüz həll edək. Kənara çəkilib təklikdə söhbət edərkən Hacı Lətifə haqda yalan söylədi. Mübahisə etdik, bir-birimizi itələdik. Lətifə maşından düşüb yanımıza gəldi. Hacının yalan söylədiyini, yalnız zəng etdiyini dedi. Hacı ilə yanındakı şəxslər üstümə hücum çəkib döydülər. Məni bıçaqla vurmaq istəyərkən özümü müdafiə etdim, Hacı ayağıyla vurub məni yerə yıxdı. Özü də yıxılıb üstümə düşdü. Lətifə qışqırıb köməyə adam çağırdı. Məni döyüb təpikləməyə başladılar. Yerdə olanda Hacının bədənindən qan axdığını gördüm. Tanımadığım adamlar məni yerdən qaldırdılar. Hacıgil qaçıb getdilər”.

    İ.Abbasov deyir ki, gecə saatlarında zəng vurub onu polis bölməsinə çağırıblar. Bölmədə olarkən Hacının xəstəxanaya yerləşdirildiyini öyrənib.
    loading...