Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
  • Pivə alkoqollu içkilər siyahısından çıxarılır – Bu qərarı heç kim gözləmirdi
  • Gürcüstanda 146 nəfər itkin düşdü
  • 3500-cü ildən gəldiyini iddia edən qadından ŞOK SÖZLƏR: yadplanetlilər...
  • Azərbaycan Respublikası Milli mətbuat və Jurnalistika günü
  • “Bu, dövlət sərhəddidir, yoxsa karvansara qapısı?!” - POLİTOLOQ SUAL EDİR
  • Adnan Oktarla bağlı yeni dəhşətli FAKTLAR ÜZƏ ÇIXDI: 6 yaşlı qızları alt paltar olmadan... - VİDEO
  • Fotolarımız sosial şəbəkələrdən bu yolla oğurlanır - SOS
  • Hamımız yaşın və yaşananların təsiri ilə dəyişirik. Bu dəyişikliklər hər insanda özünü fərqli şəkildə büruzə verir.
  • Merkeli titrədən xəstəlik nədir? - Açıqlama
  • Müəmmalı ölümlərlə bağlı maraqlı faktlar - Yavaş-yavaş zəhərləyirlər, istintaq da tapa bilmir
  • Şok: Bu yazar Trampın prezident olacağını 40 il öncə bilib
  • Geomaqnit qasırğası ilə bağlı rəsədxanadan AÇIQLAMA
  • Tanınmış jurnalist Şamil Sabiroğlu mühüm dövlət mükafatına layiq görüldü
  • Azərbaycan səmasında UNO görünüb.
  • Azərbaycan-Ermənistan sərhədində divar çəkilir - Foto
  • Azərbaycan zəvvarlarını daşıyan avtobus yandı
  • Elçin Quliyev: Ermənistanla sərhəddə yeni infrastrukturlar yaradılır
  • Ermənilər bu gün Tərtər rayonunda bayram etdi - FOTOLAR
  • Azərbaycanlıdan oğurlanan saatla bağlı - Yeni xəbər
  • Bəhramla Tahir məmurları hədəfə aldı: "70-100 milyon oğurlayırlar" (VİDEO)
  • 2003-cü ildən sonra ən kəskin istilərin olacaq - XƏBƏRDARLIQ
  • Xanımlar, diqqət: qarşınızdakı kişi bunları edirsə..
  • Azərbaycana 5 milyarda başa gələn tədbiri Belarus 150 milyon dollara keçirir
  • Gecə düşən kimi ölüb, səhər dirilən qardaşlar - Həkimlər naəlacdır
  • 10 Haz 2019, 23:00   
        75


    Qadın paltarı geyindirib alçaltdılar, indi kənddən qovurlar… – Zərdabda NAMUS DAVASI

    BAKI-XEBERTV.AZ
    10 İyul 2019 12:55

    Bir müddət əvvəl Zərdab rayon Körpükənd kəndində iki qonşu arasında yaranan “namus davası”nda yeni detallar ortaya çıxıb.
    70-ə yaxın kənd sakini imza toplayaraq Müşfiq Kərimovun ailəsi ilə birgə kənddən çıxarılmasını tələb edir. Buna səbəb isə M. Kərimovun oğlu Fərid Kərimovun qonşuları Mübariz adlı şəxsin gəlini A.H-nın nömrəsini başqa kənd sakinlərinə paylaması iddiasıdır.
    Hətta bu hadisəyə görə bir müddət əvvəl Müşfiq Kərimova qadın paltarı da geyindiriblər. Belə ki, Mübarizlə birgə bir neçə nəfər F. Kərimovun atası M. Kərimova qadın paltarı geyindirərək icra nümayəndəliyinin qarşısında təhqir edib.
    Hüquq-mühafizə orqanlarının əməkdaşları M. Kərimovu təhqir edən R.Babayev, Z.Əhmədov, T.Babayev və H.Həsənzadəni bir müddət əvvəl saxlayıb, sonra isə onlar məhkəmənin qərarı ilə azadlığa buraxılıb. Döyülən tərəfi narazı edən məqam isə həmin şəxslərin hələ də azadlıqda qalması və kənd sakinlərinin onlarla bağlı topladığı imzadır. Eyni zamanda, A.H-nın nömrəsini Fərid Kərimovun kiməsə verməsi faktının təsdiqinin tapmadığını əlavə ediblər.
    Zərdab rayon Polis Şöbəsinin baş müstəntiqi Anar Süleymanov 70 nəfərin ərizə yazması faktını təsdiqləyib. O bildirib ki, ərizələrin heç bir hüquqi əsası yoxdur: “Azərbaycan qanunvericiliyində ərizə yazmaqla kiminsə kənddən çıxarılması halı yoxdur. Buna görə də, heç kim kənddən çıxarıla bilməz”.
    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional Qrupunun baş inspektoru Aslan Qiyaslı bildirib ki, M.Kərimovun döyülməsi faktı ilə bağlı cinayət işi başlanılıb:
    “Bu işlə bağlı istintaqın ilkin mərhələsində 4 nəfər saxlanılaraq həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilib. Məhkəmə bundan imtina edib, daha sonra prokurorluq apelyasiya protesti verib. Apelyasiya instansiyası da protesti təmin etməyib. Həmin şəxslər bu səbəbdən azadlıqda qalıb. Hazırda istintaq davam etdirilir, yekunda iş tamamlanaraq məhkəməyə göndəriləcək. İttiham olunan şəxslərin əməlinə məhkəmə tərəfindən hüquqi qiymət veriləcək”.
    Qeyd edək ki, hadisədə adı hallanan xanım 6 ildir ki, evlidir. Həyat yoldaşı isə hazırda həbsdədir. (qafqazinfo)
    loading...