Xəbər lenti
Axtar
Ən çox oxunan
  • “Xocalıya ədalət” kampaniyası çərçivəsində İsraildə soyqırım qurbanlarının anım günü keçirilib
  • ... Amma biz də durmayacağıq
  • Mircəfər Bağırovun bilinməyən məzarı - Gizlədilən həqiqət - VİDEO - FOTOLAR
  • "Xocalıya Ədalət"
  • Minlərlə ailəyə ŞAD XƏBƏR: 400-dək yaşayış kompleksi...
  • Şok: Süni ət yaradıldı, heyvan kəsilməyəcək - Video
  • ŞƏHİDLİYİ FİKİRLƏŞMƏYƏN “QAZİ” OLA BİLMƏZ .
  • Çikaqoda Xocalı faciəsi qurbanlarının xatirəsi anıldı
  • Ombudsman Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat verib
  • 180 restoran fəaliyyətini dayandırdı - Bahalaşmaya görə
  • Qaradağlı faciəsi qurbanlarının xatirəsi anılıb
  • Qar qonşu ölkədə fəsadlar törətdi
  • Leyla Əliyeva “Zima” festivalını izlədi – Fotolar
  • "Dünyada tam müstəqil dövlət yoxdur" - Putindən gözlənilməz bəyanat
  • Prezident İlham Əliyev əsgərlərlə nahar etdi - VİDEO
  • Azərbaycanlı qadın Türkiyədən deport edildi - Əri pulu ödəyə bilmir
  • Robotlarla inanılmaz seks sərgüzəştləri və nikah - AĞLAGƏLMƏZ YENİLİK
  • Xəzər tarixi yerinə qayıdır: su altında qalacaq şəhərlər - Foto
  • 14 yaşlı qız işgəncəyə görə evdən qaçdı
  • Videoçəkilişə görə yol polisi sürücüyə cərimə yaza bilməz- Ekspert
  • Insanlar ayıq olsalar – zalımlar zülm edə bilməz...
  • Xalqı əsarətdən qurtaran, Çini viran qoyan unudulmuş türk
  • İnanılmaz FÜRSƏT: Bu kəndə köçənlərə 10 min dollar veriləcək
  • Rus alim xəritə yaydı: İrəvan Azərbaycan ərazisidir – Video
  • Türkiyə ilə Gürcüstan sərhədi bağlanır - Səbəb
  • 19 Ock 2019, 22:31   
        139
    Sevgilisini maşınında zorladı, sonra... - Azərbaycanda ŞOK HADİSƏ


    Sevgilisini maşınında zorladı, sonra... - Azərbaycanda ŞOK HADİSƏ

    Qazax rayonunda qadına təcavüz etməkdə təqsirli bilinən rayon sakini, 1994-cü il təvəllüdlü Habil Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
    XEBERTV.AZ xəbər verir ki, Habil Məmmədov Qazax rayonunun mərkəzində tanışı Turan Əliyevaya təcavüz edib.

    Cinsi əlaqədə olmaq istəyi

    Hadisə 27 fevral 2015-ci il tarixdə baş verib. Habil Məmmədov həmin gün Turanənin fiziki cəhətdən köməksiz vəziyyətindən istifadə edib və onunla cinsi əlaqədə olmaq istəyib.

    Bu məqsədlə o, həmin vaxt Turanə ilə rayonun mərkəzində olan parkda görüşüb. Habil Həmin vaxt Turanə ilə sərbəst söhbət etmək üçün sahibsiz olan tikiliyə getməyi təklif edib.

    Sahibsiz tikilidə zorakılıq

    Habilin iyrənc əməlindən xəbərsiz olan Turanə onun təklifi ilə razılaşıb. Onlar birlikdə Habilin göstərdiyi sahibsiz yerə gediblər.

    Orada Habil qızla intim münasibət təklif edib və daha sonra onunla cinsi əlaqədə olmaq istədiyini bildirib. Turanə isə Habilin istəyi ilə razılaşmayıb.

    Avtomobildə intim münasibət

    Bu zaman Habil Turanəyə zorakılıq göstərib, onunla zorla cinsi əlaqədə olmaq istəyini reallaşdırıb. O, Turanənin paltarını zorla əynindən çıxarıb və onunla cinsi əlaqədə olub.

    Daha sonra Habil Turanəni həmin gün saat 18.00-da idarə etdiyi "VAZ-2107" markalı avtomobili ilə Qazax rayonunun Ağköynək kəndinə gətirib. Orada maşını su kanalının kənarına sürüb.

    Seksual ittiham

    Su kanalının yanında Habil Turanə ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaq istədıyini bildirib. Yenə də Turanə onun istəyi ilə razılaşmayıb.

    Bu zaman Habil Turanəyə zorakılıq göstərib və onunla avtomobildə qeyri-təbii yolla cinsi əlaqədə olub. Turanənin hüquq-mühafizə orqanlarına şikayətindən sonra Habil Məmmədovun barəsində cinayət işi başlanıb.

    İstintaq orqanı tərəfindən Habil Məmmədovun barəsində Cinayət Məcəlləsinin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham elan edilib.

    Sevgi münasibəti

    Təqsirləndirilən şəxs qismində ifadə verən Habil Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, qeyd edib ki, Turanə ilə bir müddət əvvəl sosial şəbəkədə tanış olub.

    Habil Məmmədovun ifadəsinə görə, Turanə ilə sonradan sevgi münasibəti olub. Amma o, ifadəsində Turanəyə qarşı seksual xarakterli zorakılıq hərəkətləri göstərmədiyini deyib.

    Bəraət hökmü

    Qazax rayon Məhkəməsinin hökmü ilə Habil Məmmədovun əməli sübuta yetirilməyib. Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.

    Bu hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Habil Məmmədovun barəsində olan hökmün ləğv edilməsini, onun barəsində ittihamedici hökmün çıxarılmasını istəyib. Zərərçəkmiş Turanə Əliyeva da eyni tələblə apelyasiya şikayəti verib.

    Prokurordan və zərərçəkmişdən şikayət

    Hər iki tərəfin şikayətinə Gəncə Apelyasiya Məhkəməsində baxılıb. Apelyasiya protesti və şikayətini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, həm prokurorun protesti, həm də zərərçəkmişin şikayəti təmin olunmayıb.

    Bu qərardan narazı qalan prokuror və zərərçəkmiş Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmənin hakimi Əziz Seyidovun sədrliyi ilə baş tutan prosesdə prokurorun kasasiya protesti, zərərçəkmişin kasasiya şikayəti araşdırılıb.

    Hakim heyəti tərəflərin şikayətlərini təmin etməyib.Publika.az
    loading...