Xəbər lenti
Axtar
Ən çox oxunan
  • GÖYÇAY RAYONU İNKİŞAF YOLUNDA
  • Qiyamət günü insanın əməllərinə şəhadət verən 9 şahid
  • Rusiyada müəllim və şagirdlərə məktəbdə telefon qadağan ediləcək
  • "BİZ ERMƏNİLƏRİN YANINDAYIQ, BİR QARIŞ DA TORPAQ VERMƏYƏCİK!" - Əziz Tonoyan
  • Nümayişçilərə qarşı “dəhşətli nəhəng” silah tapıldı
  • Azərbaycanda yol polisi ləğv edilə bilər – Vilayət Eyvazovdan inqilabi dəyişiklik
  • Gürcüstanın Azərbaycana borcu açıqlandı.
  • Bakıda Milli Qəhrəmana hörmətsizlik edildi - FOTO
  • DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU! – Dövlət Yol Polisində şok dəyişiklik
  • Putin Mehriban Əliyevaya orden verdi
  • Azərbaycan-Gürcüstan sərhədindən Türkiyəyə qədər məsafə 30 kilometr qısalacaq
  • Yeni kiçikölçülü antena “5G” şəbəkələrinin işini 10 dəfələrlə sürətləndirəcək
  • Yer kürəsinə “təhlükəli” asteroid yaxınlaşır
  • Dünyanı cənginə alan “Tik Tok” nədir? – Maraqlı faktlar
  • Tankçılarımız finalın bir addımlığında - Video
  • Günün ulduz falı: 11 avqust, 2019
  • Yağış sürüşmə zonalarını aktivləşdirdi
  • Çavuşoğlu: Azərbaycanın vizaları ləğv etməsi mühüm hadisədir
  • İsmayıllı: Böyük faciənin astanasındayıq – FAKT
  • İnstagram və WhatsApp-ın adı dəyişiləcək
  • Prezident tapşırıq verdi: Bu məsələ təhlil edilməlidir
  • Ərdoğan gizli silahını ortaya çıxardı: “Atom” bombası…
  • Günün ulduz falı: 27 iyul, 2019
  • İşğal olunmuş torpaqlarda ermənilər tərəfindən yeni yolun çəkilməsinə XİN-dən REAKSİYA
  • Dahilər dahisi
  • 06 Kas 2018, 07:31   
        363
    Kişidən qonşu qadına BİABIRÇI TƏKLİF - Azərbaycanda RÜSVAYÇILIQKişidən qonşu qadına BİABIRÇI TƏKLİF - Azərbaycanda RÜSVAYÇILIQ

    Bakı sakini qonşusu tərəfindən üzləşdiyi əməllərlə bağlı polisə müraciət edib.

    XEBERTV.AZ Publika.az-a istinadən xəbər verir ki, Suraxanı rayonu Hövsan qəsəbəsi Bağlar yaşayış massivində nömrəsiz evdə yaşayan Elmira Əliyeva (ad şərtidir) müraciətində qonşuluqda ev tikdirən İsrail adlı şəxsin ona məxsus olan qaz sayğacını sındıraraq yararsız hala saldığını bildirib. E.Əliyeva ərizəsində qeyd edib: “2018-ci ilin fevral ayında qonşum İsrail adlı şəxs fərdi yaşayış evini tikdiyi zaman mənim qaz sayğacımı yararsız hala salıb. Bununla bağlı mən həmin şəxsi çağıraraq sayğacı ona göstərdim. O da mənə narahat olmamağımı, bir problem yaranarsa, özünün həll edəcəyini bildirdi. Mən də onun sözünə inanıb heç bir yerə şikayət etmədim. Bir müddət sonra “Azəriqaz”ın laboratoriyası sayğacın zədəli olduğunu aşkarlayıb və mənim smart kartımı bloklayıb. Bununla bağlı mən yenidən qonşuma müraciət etdim. Bildirdim ki, “Azəriqaz” sayğacın dəyərini tələb edir - 236 manat. Bu zaman o, heç bir pul ödəməyəcəyini dedi, bununla yanaşı, həmin şəxs təxminən iki il müddətində həm üz-üzə gələrkən, həm də “whatsapp” vasitəsilə əxlaqsız təkliflər edərək, narahat edir. Mənə yazırdı ki, bu məsələni heç kim bilməyəcək, ikimizin arasında qalacaq. Mən bu iki məsələ ilə əlaqədar təxminən bir ay əvvəl Suraxanı rayon 30-cu polis bölməsinə ərizə ilə müraciət etdim. Ərizəmə sahə müvəkkili Tural baxır. Bu müddət ərzində Tural həmin vətəndaşı polis bölməsinə dəvət edib gətirə bilmir. Özü da etiraf etdi ki, həmin İsrail adlı vətəndaşdan qorxur. Mənə məsləhət görürlər ki, o adamdan şikayət etməyim, həmin adamı “işverən” kimi təqdim edib, məni qorxudurlar. Hətta qızımın evdə tək olduğunu, ona İsrail tərəfindən bir zərər toxunacağı ilə mənə təzyiq edirlər. Qeyd etmək istəyirəm ki, mən qızımla tək yaşayıram. 29 oktyabrda İsrailin həyat yoldaşı tərəfindən küçədə təhqirə, söyüşə məruz qalmışam. Məni zorlatdıracağı ilə hədələyib. Bu barədə 102 xidmətinə məlumat vermişəm. Həmin vaxt dərhal polis bölməsinə dəvət edildim, izahatım alındı. Bundan sonra isə İsrail 102-yə zəng edərək məndən şikayət edib ki, guya onu təhqir etmişəm, pul tələb etmişəm”.

    Məsələ ilə bağlı 30-cu Polis Bölməsindən bildirilib ki, Elmira Əliyevanın şikayəti araşdırılarkən onun sayğacının İsrail adlı şəxs tərəfindən sındırılması sübuta yetirilməyib. Belə ki, adları qeyd edilən şəxslərin evləri arasında başqa 2 nəfərin evi var və təmir vaxtı E.Əliyevanın sayğacının sındırılması mümkün deyil. Qadının qonşusu tərəfindən təhqirə məruz qalması, ona əxlaqsız təkliflərin edilməsi də araşdırma zamanı sübuta yetirilməyib. Belə ki, E.Əliyeva yazışmaları polisə təqdim etməyib. Bu səbəbdən də araşdırmalar dayandırılıb və şikayətçiyə məhkəməyə müraciət etməsi məsləhət görülüb.
    loading...