
Türkiyənin Niğdə şəhərində Yeşilgölcük bələdiyyəsinin sədri Hakkı Şəngül silahlı hücum nəticəsində öldürülüb.
XEBERTV.AZ xəbər verir ki, Şəngül bələdiyyədə mövsümi olaraq çalışan işçilərdən biri tərəfindən güllələnib.
4 güllə yarası alan sədr xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Cinayəti törədən şəxs jandarma təslim olub. Hadisə ilə bağlı istintaq başladılıb.Axar.az