Xəbər lenti
Axtar
Ən çox oxunan
  • DTX-dan sosial şəbəkələrlə bağlı MÜHÜM ADDIM
  • “Bu yol çox böyük bir yolun davamıdır” Aqil Acalov
  • Millət vəkili Q.Paşayeva AŞPA-da çıxış edərək Ermənistan baş naziri Paşinyanın öz oğlunu hərbi xidmət üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına göndərməsindən danışdı.
  • Görünməyən silah HAZIRLANIR – Hamı yüksək radiasiyaya MƏRUZ QALACAQ
  • Piramidalar haqda şok: 1922-ci ildə araşdırma zamanı...
  • Rəsmi Bakıdan Əliyev-Paşinyan görüşü ilə bağlı açıqlama
  • İnfarkta səbəb olan energetik içkilər - Video
  • SON DƏQİQƏ: Azərbaycan ordusu irəliləyir - Ermənilər Dağlıq Qarabağı boşaldır - VİDEO
  • Ayın bu görüntüsü böyük maraq doğurdu - Foto
  • Millət vəkili Q.Paşayeva Dünya Müsəlman-Türk və Suriya Türkmənləri qurultayında çıxış edib
  • Qadınlar niyə kişilərdən çox yaşayır? Təəccüblü səbəb
  • 7 ilə 58 milyon iş yeri açılacaq - Hesabat
  • İnsan bədənində gələcəyi görən vəzi - Üçüncü göz
  • Ərdoğan: Türkiyə Azərbaycana hər cür dəstəyi göstərməkdə davam edəcək
  • Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənver Bakının işğaldan azad edilməsinin 100-cü ildönümündə iştirak etmək üçün ölkəmizdədir
  • Azərbaycanda Bilik Günüdür
  • Azərbaycan düşməni lərzəyə salan yeni qırıcılar alır
  • "Hər kəs ayıq-sayıq və dövlətin yanında olmalıdır" - Cavid Qurbanov
  • Həsənbəy Zərdabi küşəsi çirkab suları işində
  • Gənc Kikbokscu qadın Gunay Sun Moon Haciyeva niyə qəzəbləndi?
  • Ermənilər Abdal- Gülablıda da qaz yandırdılar... - Bu saatlarda isə Bərdə qaza həsrət qalıb
  • ÖLKƏDƏ TƏLATÜM: Rüşvətxor məmurların HƏBSİ başlayır - Prezidentin yeni proqramının şok sirri
  • Azərbaycan Türkmənistandan "hava hücumuna" məruz qaldı
  • Kastamonu şəhərinin gənc fəalları Bakının gəzməli-görməli yerlərilə tanış oldular
  • Astronomlardan xəbərdarlıq: “Planetimizi qara dəlik uda bilər”
  • 09 Mrt 2018, 04:51   
        279
     Azərbaycanda dəhşət: 3 manata görə qadının başını kəsib...

    Azərbaycanda dəhşət: 3 manata görə qadının başını kəsib...

    Gəncədə baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

    XEBERTV.AZ Lent.az-a istinadən xəbər verir ki, Gəncə şəhəri Nəriman Nərimanov prospektində Natella Katiblini amansızlıqla öldürən Elçin Mustafayevin hadisə vaxtı sərxoş olduğu və qonşusunu pula görə öldürdüyü məlum olub.

    Elçin Mustafayev deyib ki, gecə saatlarında Natelladan 3 manat almaq üçün onun evinə gedib. Qadın pul verməkdən imtina edəndən sonra o, zorakılığa əl atıb.

    Saxlanılan şəxs qadının söyüş söyməsindən sonra daha da hiddətləndiyini deyib:

    “Bir də dedim, 3 manat ver, yenə dedi, yoxudu, söydü məni. Gördüm, vəziyyəti pis oldu, ölümcüldür, başladım boğmağa ki, qoy ölsün”.

    Spirtli içki alüdəçisi olan Elçin Mustafayev qətli törətdikdən sonra evi yandırmaqla iz itirmək istəyib. Gəncə şəhər Prokurorluğunun böyük müstəntiqi Tural Məmmədov E.Mustafayev Natella Katiblini öldürdükdən sonra evdə axtarış aparıb, lakin hər hansı bir qiymətli əşya və pul tapmayıb. Mərhumun “Nokia” markalı mobil telefonunu götürən Elçin Mustafayev mətbəxdən tapdığı neftlə evi yandırıb, mənzili tərk edib.

    Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

    Qeyd edək ki, fevralın 27-də saat 3 radələrində Gəncə şəhəri N.Nərimanov prospektindəki mənzillərdən birində baş vermiş yanğın nəticəsində yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra oradan Natella Katiblinin meyiti aşkarlanıb.

    Məhkəmə tibbi ekspertizasının müayinəsi zamanı N.Katiblinin boğaz nahiyəsində kəsiyin olması, qabırğalarının isə sınması müəyyən edilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində N.Katiblinin tamah məqsədi ilə boğularaq öldürülməsi, sonradan evinin yandırılması müəyyən edilib. Görülmüş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən qətlə yetirilən şəxsin qonşusu, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Mustafayev tutulub.
    loading...