Xəbər lenti
Axtar
Ən çox oxunan
  • “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi
  • Leyla Əliyeva hindistanlı yoqinin mühazirəsində - Fotolar
  • Bu gün Dövlət Bayrağı Günüdür
  • 7 noyabradək telefon və kompüterdən uzaq durun! - XƏBƏRDARLIQ
  • “100 yaşın mübarək, şanlı Azərbaycanım!”devizi altında ədəbi-bədii gecə keçirilib
  • Dünyanın ən böyük limanının açılışı: ilk uçuş Bakıya... - Video
  • Zəngilanın işğalından 25 il ötür
  • Qoşqar Hacıyev komadan ayıldı - VİDEO
  • Yağş Şimali Qafqazı viran qoyur: 6 ölü, minlərlə ev... - Video
  • Tarixi torpaqlarımız – Göyçə ,Zəngəzur,İrəvan …
  • Onlar məhv olacaq, biz isə cənnətə düşəcəyik - Putin
  • Ermənilər Tərtərdəki futbol stadionunu Avropa çempionatına hazırlayır - FOTOLAR
  • DTX-dan sosial şəbəkələrlə bağlı MÜHÜM ADDIM
  • “Bu yol çox böyük bir yolun davamıdır” Aqil Acalov
  • Millət vəkili Q.Paşayeva AŞPA-da çıxış edərək Ermənistan baş naziri Paşinyanın öz oğlunu hərbi xidmət üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına göndərməsindən danışdı.
  • Görünməyən silah HAZIRLANIR – Hamı yüksək radiasiyaya MƏRUZ QALACAQ
  • Piramidalar haqda şok: 1922-ci ildə araşdırma zamanı...
  • Rəsmi Bakıdan Əliyev-Paşinyan görüşü ilə bağlı açıqlama
  • İnfarkta səbəb olan energetik içkilər - Video
  • SON DƏQİQƏ: Azərbaycan ordusu irəliləyir - Ermənilər Dağlıq Qarabağı boşaldır - VİDEO
  • Ayın bu görüntüsü böyük maraq doğurdu - Foto
  • Millət vəkili Q.Paşayeva Dünya Müsəlman-Türk və Suriya Türkmənləri qurultayında çıxış edib
  • Qadınlar niyə kişilərdən çox yaşayır? Təəccüblü səbəb
  • 7 ilə 58 milyon iş yeri açılacaq - Hesabat
  • İnsan bədənində gələcəyi görən vəzi - Üçüncü göz
  • 04 Mrt 2018, 16:29   
        334
    "Biri bıçağı qarnına soxdu, biri qolunu doğradı..." - “Vosmoy bazarı”na qəfil basqın

    Təxminən üç həftə əvvəl Bakının ən ucuz və eyni zamanda ən kriminallaşmış bazarı hesab edilən, xalq arasında "Vosmoy bazarı" kimi tanınan 8-ci kilometr Ticarət Mərkəzində yüzlərlə ticarətçinin piştaxtaları dağıdılıb.

    XEBERTV.AZ virtualaz.org-a istinadən xəbər verir ki, bu Ticarət Mərkəzi ilə "Ramal" Ticarət Mərkəzini ayıran küçə boyu sağda-solda uzun illərdir fəaliyyət göstərən piştaxtaları dağıdaraq ticarətçiləri küçəyə atıblar. Təxminən 300-ə yaxın piştaxtanın dağıdıldığı, malların küçəyə səpələndiyi, ticarətçilərin isə döyüldüyü bildirilir.

    Bazardan qovulan ticarətçilər bir müddət əvvəl etiraz əlaməti olaraq Nizami Rayon İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirməyə cəhd etsə də, polis aksiyanı dağıdıb.

    Bu bazarda baş verənləri yerində araşdırmaq jurnalist üçün elə də asan məsələ deyil. Əvvəllər də müxtəlif mövzularla bağlı "Vosmoy bazarı"ından reportajlar hazırlamışıq və hər dəfə də özümüzü bazarda yox, sanki hansısa qapalı hərbi bazada hiss etmişik. Əlində mikrofon, diktafon, yaxud fotokamera olan kimsə bazarın ərazisinə daxil oldusa, dərhal kriminal görkəmli mülki geyimlilər tərəfindən təqib başlanır. Bazarda çəkiliş aparmağa, ticarətçilərlə söhbətləşməyə əngəl yaradılır. Ticarətçilər də "başlarının ağrımaması üçün" danışmaq istəmir, adlarını deməkdən imtina edir və fotolarının çəkilməsinə icazə vermir.

    İndi də belə oldu və bazarda təxminən üç həftə əvvəl baş verənlər barədə ticarətçilərdən bir-ikisini danışmağa razı sala bilmək üçün çox dilə tutmalı olduq.

    Obyekti sökülən şəxslərin virtualaz.org-a bildirdiklərinə görə, hələ də bazarda gərgin ab-hava var. Ticarət mərkəzi polis əməkdaşlarının xüsusi nəzarəti altındadır. Onlara obyekti sökülən ticarətçiləri bazara buraxmamaq tapşırığı verilib.

    "Təxminən 20 gün öncə 300-ə yaxın adamı bazardan qovub çıxarıblar. Qəfil hücum çəkdilər. Deyirdilər yolu genişləndiririk, təmizləyirik, çıxın. Vəd verirlər ki, guya "Neftçilər" metrosundan bazara qədər ərazidə yaşıllığı qırıb tikdikləri yeni ticarət obyektində bizə yer verəcəklər. Hələ orada tikinti gedir, neçə ilə başa gələcəyi də bəlli deyil. Biz bilirik ki, bu yalandır, heç kimə orada obyekt verilməyəcək. Əsl məqsədləri nədir bilmirik. Bilmirik yuxarıda - bazar rəhbərliyində kimə pul çatmır. Burada camaata zülm edirlər, 1 manat çörək puluna görə süründürürlər. Hətta həyatından bezib canına qıyanlar da olub. Bir nəfər qollarının damarlarını doğrayıb, biri də bıçağı qarnına soxub intihar etmək istəyib", - deyə ticarətçilərdən biri adının çəkilməməsi şərtilə bildirir.

    Mənbəmiz bildirir ki, bazarın digər tərəfində küçə boyu cərgələnmiş piştaxtaların, dükanların da söküləcəyi haqda xəbərlər gəzir. Ticarətçilər deyirlər ki, onlar hər an küçəyə atılmaq qorxusu ilə yaşayırlar.

    Bu bazarın çölündə ötən ilin oktyabrında da bir neçə piştaxta sökülmüşdü. Onlardan bəziləri bazarda özlərinə yer tapa bilsə də, onların ödədikləri icarə haqqı qaldırılıb: "Bəzilərimiz yer tapmışıq, amma "yer pulu"nu qaldırıblar. Əvvəl yerimiz böyük idi, 15 manat icarə pulu verirdik. İndi gətirib bizi balaca bir yerə yerləşdiriblər. Gündə 20 manat pul veririk. Dərdimizi heç kimə deyə bilmirik, eşidən yoxdur. Pulumuzu da alırlar, canımızı da alırlar...", - piştaxtası sökülən şəxs bildirir.

    Həmsöhbətimiz, həmçinin bildirir ki, piştaxtaları dağıdanda ticarətçilərə qarşı qadın-kişi demədən zorakılıq edilib.

    "Təpiklə camaatın malını vurub dağıtdılar. Bir qadın yalvarırdı ki, dəyməsin, yığışıb getmək üçün bir-iki gün vaxt versin. Nə yaşına hörmət qoydular, nə vəziyyətini nəzərə aldılar. Təpiyi vurub bütün satdığı malları tökdülər palçığın içərisinə. Yazıq ağlaya-ağlaya palçıqdan geyimləri yığıb getdi..." - həmsöhbətimiz danışır.

    Hazırda bazardan çıxarılanlar işsizdir, ailələrinə gündəlik çörək pulu aparmaq imkanından məhrum olublar. Onlar ölkə rəhbərliyinə müraciət edib kömək istəməyə hazırlaşırlar.

    Xatırladaq ki, ötən il oktyabrında da bazarda ticarətçilərlə rəhbərlik arasında böyük qarşıdurma olmuşdu. Xırdavat və geyim alveri ilə məşğul olan 350-yə yaxın ticarətçini zorla işlədikləri yerdən çıxararaq mallarını bazarın arxasındakı boş əraziyə daşımışdılar. Sonra obyekti sökülən şəxslərin təxminən yarısı öz yerlərinə qaytarılsa da, qalanlar bazarı tərk etməli oldu.
    loading...