Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • Yerli məmurlardan əli üzülən Gəncə sakini Ukrayna prezidentindən imdad diləyir - VİDEO
  • Adı korrupsiyada hallanan məmur başqa bölgəyə "transver" edilib ?... - VİDEO
  • Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO
  • Deputatın qohumları vətəndaşı ölümcül döyüblər
  • TEMPERATUR ENİR: külək, yağış, dolu olacaq - BU GÜNÜN HAVASI
  • 02 Şub 2018, 23:44   
        836
     Ata azyaşlı qızını zorladı, hamilə qoydu, sonra... - Xaçmazda tükləri BİZ-BİZ EDƏN OLAY

    Ata azyaşlı qızını zorladı, hamilə qoydu, sonra... - Xaçmazda tükləri BİZ-BİZ EDƏN OLAY
    Xaçmaz rayonunda yetkinlik yaşına çatmayan qızına qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən 1970-ci il təvəllüdlü Ağacamal Məmmədseyidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    XEBERTV.AZ publika.az-a istinadən məlumat verir ki, Ağacamal Məmmədseydiov 2015-ci ilin may ayında yaşadığı Xaçmaz rayonundakı evində 2000-ci ildə anadan olan qızı Samirə (ad şərti verilib – red.) ilə cinsi əlaqədə olub.

    Atası zorladı, ölü uşağı oldu

    Nəticədə Samirə 4 dekabr 2015-ci il tarixdə “30 həftəlik hamiləlik, hidrosefal döl, azyaşlı hamilə” diaqnozu ilə Bakı şəhəri, akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının pataloji Hamiləlik Şöbəsinə daxil olub. O, dekabrın 8-də orada qadın cinsindən olan ölü döl doğub.

    Cinayət işi

    İstintaq orqanı tərəfindən Ağacamal Məmmədseyidova qarşı Cinayət Məcəlləsinin 152.3-cü (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə, yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.

    “Qızımla cinsi əlaqədə olmamışam”

    Ağacamal Məmmədseyidovun barəsində olan cinayət işi baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Fizuli Mirzəquliyevin icraatında araşdırılıb.

    Təqsirləndirilən şəxs qismində ifadə verən Ağacamal Məmmədseyidov ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib. O bildirib ki, qızı ilə heç vaxt cinsi əlaqədə olmayıb.

    Təqsirləndirilən şəxs iş üzrə keçirilmiş məhkəmə-genetik ekspertizasının rəylərinə tənqidi yanaşaraq onların həqiqəti əks etdirməyini göstərib. O, həmçinin polis orqanlarında döyüldüyünə görə məcburiyyət qarşısında qalaraq etirafedici məzmunda ifadə verdiyini vurğulayıb.

    “İntim hərəkətlər etməyim yuxu kimi yadıma düşür”

    Ağacamal Məmmədseyidov ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərib ki, içkili vəziyyətdə olanda öz hərəkətlərini tənzimləyə bilmir, etdiyi hərəkətləri xatırlamır və bunu evdə ailə üzvləri də bilirlər: “Evə içkili vəziyyətdə gələndə dəfələrlə olub ki, ailə üzvlərimdən kimsə, o cümlədən həm qızım, həm də oğlum soyundurmuşam və yatağına salmışam. Qızım ilə hansısa intim hərəkətlər etməyim arada yuxu kimi yadıma düşüb”.

    “Qızımın istəyi ilə intim əlaqədə olmuşam”

    Təqsirləndirilən şəxsin ifadəsinə görə, hətta bir dəfə içkili vəziyyətində qızı ilə intim əlaqədə olub: “Bunu yuxu kimi xatrılayıram, qızım özü mənimlə intim əlaqədə olub. Hiss etdim ki, qızımla intim əlaqədə olmuşam. Qızımın içkili olmağımdan istifadə edərək mənimlə intim əlaqədə olmasından şübhələnsəm də, sonradan qızımın özünü sərbəst aparması məni çaşdırdı. Yuxu kimi xatırladığım əməlimin real olmasına inanmaq belə istəmədim. Əgər belə bir hərəkət olubsa da, bu qızımın istəyi ilə mənim tərəfimdən edilib. Çünki içkili olarkən özümdən xəbərim olmur və heç nə yadına gəlmir”.

    “Əmim oğlu mənimlə cinsi əlaqədə oldu”

    Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Samirə qeyd edib ki, 2015-ci ilin mayında qonşuluqda yaşayan əmisi oğlu televizora baxmaq üçün onların evinə gəlib: “Əmim oğlu evdə tək olmağımdan istifadə edərək, mənimlə cinsi əlaqədə olub. Qorxduğum üçün baş vermiş hadisə barədə heç kimə xəbər vermədim. Həmin vaxtdan etibarən əmim oğli ilə bir daha qarşılaşmadım”.

    “Atamla cinsi əlaqədə olmamışam”

    Samirənin sözlərinə görə, 29 noyabr 2015-ci ildə səhhəti ilə bağlı narahatçılıqları olduğundan anası onu qadın xəstəxanasına gətirib, həkim məsləhəti ilə USM müayinəsindən keçib və hamilə olduğu müəyyən edilib: “Bakı şəhərində yerləşən Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında yenidən müayinə edildim. Həmin vaxt təbii yolla doğuş etdirilərək bətnimdəki uşaq götürüldü. Mən atamla heç vaxt cinsi əlaqədə olmamışam”.

    Hökm

    Xaçmaz rayon Məhkəməsinin hökmü ilə Ağacamal Məmmədseyidov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

    Hökmdən narazı qalan Ağacamal Məmmədseyidov apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

    Cəzadan 2 il çıxıldı

    Onun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elman Əhmədovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəilləri araşdırılıb.

    Hakim heyəti təqsirləndirilən şəxsin barəsində bəraət istəməsi ilə bağlı şikayətini təmin etməyib. Onun barəsində Xaçmaz rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

    Məhkəmə Ağacamal Məmmədseydovun cəzasını 3 ilə endirilməsi barədə qərar çıxarıb.
    loading...