Xəbər lenti
Axtar
Ən çox oxunan
  • SON DƏQİQƏ: Türkiyə prezidentinin halı pisləşdi
  • "Olmazmı çağırışı 18 deyil, 20 yaşından həyata keçirək və özünüz də görəcəksiniz ki..."
  • Türkiyə, Qətər və Pakistan birləşərsə... - Video
  • Nəhəng canlıların inanılmaz görüntüləri - Video
  • 98 illik su anbarı belə partladıldı - Video
  • Azərbaycan Ordusu regionun ən qüdrətli Silahlı Qüvvələri səviyyəsinə yüksəlib
  • Ramazan ayı hansı gün sona çatır?
  • Qəbirdə ilk gecə nələr olur?
  • Xaçmaz Rayon Mərkəzi kitabxanasının qarşısında “26 İyun silahlı qüvvələr günü” ilə əlaqədar “Hünər ölmür, mərdlik ölmür, əsgər ölmür” mövzusunda informasiya günü keçirildi.
  • İnsanların 74 faizi... - Öldürücü istilər GƏLİR
  • Putin leysana baxmayaraq naməlum əsgərin məzarına çiçək qoydu – FOTO
  • Son dəqiqə! Prezident təsdiq etdi: Bundan sonra sim kartlar..
  • Elə şeydən elektrik enerjisi hazırladılar ki...
  • Gürcüstanda benzin və dizel yanacağı daha da ucuzlaşacaq.
  • Azərbaycanda yeni dövlət qurumu yaradıldı – RƏHBƏRİ KİMDİR, HANSI İŞLƏRƏ BAXACAQ?
  • “Türkiyədə evlənmə verilişinə qatılan azərbaycanlılar heç demə….
  • Qarabağa Könüllü yığılır
  • Almaniya qərarını verdi: Ordu Türkiyədən geri çəkilir
  • NASA yaşayış ehtimalı olan 10 planet tapdı
  • "...bütün əraziləri qısa müddət ərzində bərpa edəcəyik" - PREZİDENT
  • Müdafiə Nazirliyindən xəbərdarlıq — Telefonla danışarkən... Müdafiə nazirliyi vətəndaşlarla xəbərdarlıq edib.
  • Müsəlman sərxoş olmadıqca içki içə bilər — FƏTVA
  • Alimlərdən xəbərdarlıq: Planeti ölümcül istilər gözləyir
  • Həmsədrlər Qarabağda savaş ehtimalını artırdı
  • Suşi haqda bilmədiyimiz DƏHŞƏTLİ FAKT
  • Mənzil oğruları təxirəsalınmaz tədbirlər nəticəsində tutulublar

    28 Nis 2017, 14:35   
        60
    Mənzil oğruları təxirəsalınmaz tədbirlər nəticəsində tutulublar

    Daxili işlər orqanları mülkiyyət və şəxsiyyət əleyhinə olan, xüsusən quldurluq cinayətlərinin qarşısının alınması və açılması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, aprelin 26-da saat 04 radələrində Nəsimi rayonu ərazisində yaşayan Səyyad Cəbiyevin mənzilinə aldatma yolu ilə girən naməlum şəxslər onun başına dəmir parçası ilə xəsarət yetirərək oradan içərisində 200 manat pul və sənədlər olan pulqabısını aparıblar.
    Nəsimi Rayon Polis İdarəsi və 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər - Bakı şəhər sakini Murad Səfərov, Tərtər rayon sakini Gülər Bəxtiyarzadə və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Elvin Salahov tutulublar.
    Qeyd edək ki, cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri – Murad Səfərov zərərçəkən şəxsin bacısının nəvəsidir. Hadisədən əvvəl M.Səfərov digər dəstə üzvlərinə qohumunun bir neçə gün əvvəl bağ evini satdığını və mənzildə külli miqdarda pulun olduğu barədə məlumat verib.
    Mənzilin qapısını isə əvvəlcə özünü qonşu kimi təqdim edən Gülər Bəxtiyarzadə döyüb. Ahıl yaşlı kişi qapını açandan sonra digər dəstə üzvləri evə basqın ediblər.
    Qeyd edilən faktla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
    Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən bu şəxslərin digər analoji cinayətlərdə iştiraklarının olmasını da istisna etmir. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nəsimi RPİ-nə müraciət edə bilərlər.