• 22:33 – Vətən sevgisi 
  • 20:50 – Makronun Bakıdakı səfirini bu tərzdə çağırması… - Video 
  • 20:37 – Aprelin 23-dən 26-dək sərbəst və yunan-Roma güləşi üzrə U-17 Azərbaycan çempionatı keçiriləcək. 
  • 16:03 – Lunyev “Qarabağ”dakı maaşından danışdı 

Dollarla bağlı YENİ XƏBƏR: 46,56 faizədək...



 


Dollarla bağlı YENİ XƏBƏR: 46,56 faizədək...

2024-cü ilin fevral ayının sonunda dolların Beynəlxalq Banklararası Məlumat Transferi və Ödəniş Sistemi (SWIFT) vasitəsilə qlobal hesablaşmaların strukturunda xüsusi çəkisi 46,56 faizədək azalıb.

"RİA Novosti" xəbər verir ki, bu rəqəm ötən ilin iyulundan bəri ən aşağı göstərici olub.

Yanvar göstəricisi ilə müqayisədə fevralda əldə olunan nəticə 0,08 faiz bəndi (p.s.) azalıb. Dolların payının azalmasına baxmayaraq, Amerika valyutası qlobal ödəniş sistemində ən populyar olaraq qalıb.

Avro populyarlıq baxımından ikinci yerdə qərarlaşıb. Son qış ayında SWIFT vasitəsilə qlobal ödənişlərin strukturunda Avropa valyutasının payı 0,23 faiz bəndi artıb və 23,25 faiz səviyyəsinə çatıb. Bu müddət ərzində Britaniya funt sterlinqinin beynəlxalq ödəniş sistemindəki payı 0,2 faiz bəndi azalıb və 6,9 faizə düşüb.

Fevralda Çin yuanının payı 0,51 faiz bəndi azalıb və 4 faiz təşkil edib. Bu müddət ərzində Yapon yeninin payı, əksinə, 0,17 faiz bəndi artıb və 3,73 faiz səviyyəsinə çatıb. Ən populyar 10 valyutaya həmçinin Kanada, Avstraliya, Honq-Konq və Sinqapur dollarları, eləcə də Tayland Bahtı daxildir.

SWIFT vasitəsilə qlobal hesablaşmaların strukturunda avronun payı 2023-cü ilin avqust ayından etibarən tarixi minimuma yaxın olmaqda davam edir. Ötən ilin son yay ayının sonunda Avropa valyutasının payı 23,2 faizə düşüb. Belə aşağı göstəricilər bütün müşahidələr tarixində qeydə alınmayıb.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →