• 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 
  • 19:58 – Türkiyənin güclü zəlzələ silkələdi bu Şəhərdə dağıntılar var 
  • 19:53 – Konfrans Liqasında 1/4 finala yekun vurulur 
  • 19:46 – Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb” 

Ermənistanda terrorçuluq maddəsi ilə cinayət işi başlandı


 

Ermənistanda terrorçuluq maddəsi ilə cinayət işi başlandı


Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin İrəvan Polisinin Nor Nork inzibati ərazi dairəsi üzrə şöbəsinə 3 nəfərin basqın etməsi, hədə-qorxu gəlməsi və partlayış törətməsi faktı ilə bağlı dövlət əleyhinə cinayətlərin istintaqı baş idarəsində Cinayət Məcəlləsinin 308-ci maddəsinin 1-ci hissəsinə əsasən (terrorçuluq) cinayət işi başlanıb.

 XEBERTV.AZ  xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, polis bölməsində baş verən partlayış nəticəsində içəri girənlərdən ikisi qəlpə yaraları alıb və xəstəxanaya yerləşdirilib. Daha bir nəfər isə xüsusi təyinatlılar tərəfindən zərərsizləşdirilib. Sonuncu qeyd olunan cinayətin açıq-aşkar törədilməsində əsaslı şübhələr əsasında saxlanılıb.

Hazırda hadisənin baş vermə şəraitinin aydınlaşdırılması istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat və prosessual, o cümlədən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Gələcəkdə Ermənistan İstintaq Komitəsi məqbul həddə araşdırmanın nəticələri barədə ictimaiyyəti məlumatlandıracaq.




Publika.az


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →