Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Nazirlik əhaliyə bildirişlər göndərməyə başladı
  • Balansını artır, Azercell-dən “Umico”ya ikiqat keşbək qazan!
  • Kasıb ölkələrdəki insanlar öləcək? Dözülməzdir - Prezident
  • AZƏRBAYCANIN CƏSUR OĞULLARI HEÇ VAXT UNUDULMUR
  • Karantin nə qədər davam edəcək?.. - Prezident
  • 2021-də yaşanacaq fəlakətlər göstərildi... - Video
  • Görür: Bu şəhərlərdə güclü zəlzələlər olacaq
  • İyulun 20-dək yalnız bu sahələrin fəaliyyətinə icazə verilir - SİYAHI
  • Yeni seçilən deputatların mobil nömrələri - TAM SİYAHI
  • “Günəşsiz, dənizsiz, meyvəsiz qalan insanlar payızda “çökəcək”” – Həkim xəbərdarlıq edir
  • İlham Əliyev Trampa məktub göndərdi
  • Koronavirusun yayılmasına təsir edən amillər açıqlandı
  • Koronavirusa yoluxanlar bu halda həbs ediləcək - TƏBİB-dən XƏBƏRDARLIQ
  • Rayonlara gediş-gəlişə nə zaman icazə veriləcək? - Prezidentin köməkçisi açıqlayır
  • Bu şəxslərin icazəsi LƏĞV EDİLƏCƏK - RƏSMİ
  • Payızda İKİNCİ DALĞA GƏLİR? - TƏBİB-dən əhaliyə ÇAĞIRIŞ
  • Operativ Qərargahın brifinqi - Canlı
  • Xaçmaz Mərkəzi rayon kitabxanasında Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları dezinfeksiya tədbirləri gördülər.
  • Litva və Almaniya hərbi kontingentlərinin qarşılıqlı olaraq öz ərazilərində yerləşdirilməsinə dair saziş imzalayıblar
  • Şok: Hər ay poçtla 9 min paket narkotik göndərilir
  • DİN: 8103 nömrəsinə əsassız müraciət edən 88 nəfərin kimliyi müəyyənləşdirilib
  • Ölkəmizdə 18 jurnalist koronaya yoluxdu, 1-i öldü - Video
  • Poliklinikaların koronavirusla mübarizədə görəcəyi işlər..
  • Kimlər koronavirusu ağır keçirir? - PROFESSORDAN AÇIQLAMA
  • Arizona ştatı COVID-19 səbəbi ilə yenidən karantinə qayıtdı
  • 15 May 2020, 11:59   
        175


    QAYTAR MƏNI VİRAN OLMUŞ KƏNDİMƏ.

    Dözmək olmur naləsinə ürəyin,
    Çoxdan unutmuşam təndir çörəyin,
    Lazım deyil mənə vallah heç nəyin,
    Qaytar məni viran olmuş kəndimə.

    Səbrim çatmır bu möhnətə dözum məm,
    Hər yuxumu yaxşılığa yozum mən,
    Nə vaxtadək qərib-qərib gəzim mən,
    Qaytar məni viran olmuş kəndimə.

    Burda mənə dəyir hər atılan daş,
    Nə vaxdır qurumur gözlərimdə yaş,
    Yaman sıxır məni bu şəhər qardaş,
    Qaytar məni viran olmuş kəndimə.

    Niyə gəlmir igidlərin nərəsi,
    Pərən-pərən düşüb indi hərəsi,
    Yada düşüb qırxbuğumu, tərəsi,
    Qaytar məni viran olmuş kə dimə.

    Çəkilmir yuxumdan o yerlər bir an,
    Ocaq daşları da qan ağlayır, qan,
    Yeri, göyü, ərşi, kürşü yaradan,
    Qayrar məni viran olmuş kəndimə.

    Talıboğlu, baxan yoxdur bu aha,
    Daha Vətən deyib batma günaha,
    Heç kimə gümanım qalmayıb daha,
    Qaytar məni viran olmuş kəndomə.


    *******************
    MƏNƏ BİR NAĞIL DANIŞ
    Mənə bir nağıl danış,
    Gerçək olsun içində.
    Belə də yalan olar..!
    Bu boyda, bu biçimdə.

    Mənə bir nağıl danış,
    Məlikməmməd olmasın.
    Cıdır düzündə bitən,
    Xarı bülbül solmasın.

    Mənə bir nağıl danış,
    De ki, alınıb Şuşa.
    Qoyma qalan ümidim,
    Birdə toxunsun daşa.

    Mənə bir nağıl danış,
    Sonu yalan olmasın.
    Ürəyində arzusu,
    Kamı qalan olmasın.

    Mənə bir nağıl danış,
    Orda hörmətin olsun.
    Bu qədər yalan olmaz,
    Bəsdir, qeyrətin olsun.

    *************
    AY QUBADLILAR.

    İllər rəhm eləmir, saçımı yolur,
    Rəngim zaman-zaman saralıb solur,
    Mən sizi görəndə gözlərim dolur,
    Sizə qurban olum ay Qubadlılar

    Keçdi günləriniz hədər görürəm,
    Başınızda qəzq, qədər görürəm,
    Baxıb gözünüzdə kədər görürəm,
    Sizə qurban olum ay Qubadlılar.

    Talıboğlu, başın qeyli-qaldadı,
    Görəcəkli günlərimiz daldadı,
    Mirsədi babanın gözü yoldadı,
    Sizə qurban olum ay Qubadlılar.

    *************

    loading...