Xəbər lenti
Axtar
Ən çox oxunan
  • GÖYÇAY RAYONU İNKİŞAF YOLUNDA
  • Qiyamət günü insanın əməllərinə şəhadət verən 9 şahid
  • Rusiyada müəllim və şagirdlərə məktəbdə telefon qadağan ediləcək
  • "BİZ ERMƏNİLƏRİN YANINDAYIQ, BİR QARIŞ DA TORPAQ VERMƏYƏCİK!" - Əziz Tonoyan
  • Nümayişçilərə qarşı “dəhşətli nəhəng” silah tapıldı
  • Azərbaycanda yol polisi ləğv edilə bilər – Vilayət Eyvazovdan inqilabi dəyişiklik
  • Gürcüstanın Azərbaycana borcu açıqlandı.
  • Bakıda Milli Qəhrəmana hörmətsizlik edildi - FOTO
  • DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU! – Dövlət Yol Polisində şok dəyişiklik
  • Putin Mehriban Əliyevaya orden verdi
  • Azərbaycan-Gürcüstan sərhədindən Türkiyəyə qədər məsafə 30 kilometr qısalacaq
  • Yeni kiçikölçülü antena “5G” şəbəkələrinin işini 10 dəfələrlə sürətləndirəcək
  • Yer kürəsinə “təhlükəli” asteroid yaxınlaşır
  • Dünyanı cənginə alan “Tik Tok” nədir? – Maraqlı faktlar
  • Tankçılarımız finalın bir addımlığında - Video
  • Günün ulduz falı: 11 avqust, 2019
  • Yağış sürüşmə zonalarını aktivləşdirdi
  • Çavuşoğlu: Azərbaycanın vizaları ləğv etməsi mühüm hadisədir
  • İsmayıllı: Böyük faciənin astanasındayıq – FAKT
  • İnstagram və WhatsApp-ın adı dəyişiləcək
  • Prezident tapşırıq verdi: Bu məsələ təhlil edilməlidir
  • Ərdoğan gizli silahını ortaya çıxardı: “Atom” bombası…
  • Günün ulduz falı: 27 iyul, 2019
  • İşğal olunmuş torpaqlarda ermənilər tərəfindən yeni yolun çəkilməsinə XİN-dən REAKSİYA
  • Dahilər dahisi
  • 14 Ağu 2019, 23:10   
        192
    Bugün ki,müsahibimiz Çində yaşayan həmvətənimiz İsmayıl İsmayılzadədir.

    Çində təhsil almağa necə qərar verdin?
    -Məktəb vaxtlarından etibarən,maddi vəziyyətimin olub olmamasından,yaşadığım şəhərin mənfi və müsbətlərindən aslı olmayaraq xaricdə təhsil almağı arzulayırdım.Bir məqsəd qarşına qoyub,buna inanırsansa,avtomatik olaraq niyə? və ya necə? sualını verməməlisən çünki insan inandığı şeyə şübhə edirsə,onun gerçəkləşmə ehtimalı qat-qat aşağı düşür.Mən o inamın daxilində heç bir halda şübhəni bəsləməmişəm.Məktəb vaxtı 4-cü ixtisas qrupuna hazırlaşmışam çünki tibb ixtisasına marağım olub.

    Neçə ildir Çində oxuyursan?

    -Mən artıq ikinci ilimi tamamladım və növbəti ildən etibarən bakalavr təhsilinə başlayacam.Mən artıq iki ildir ki,Fudan Universitetində çin dilini öyrənirəm.Nəhayət ki lazımi sertifikatlarımı aldım.Gələn ildən Çinin ən yaxşı Top 3 universitetindən biri olan Şanxayın Fudan Universitetində oxuyacam.

    İlk dəfə Çinə gələndə özünü necə hiss edirdin ?

    -Rusiya,Türkiyə,Gürcüstan,İran barədə müəyyən təəssüratımız var hətta Avropa ölkələrində olmasaq belə bir çoxumuzun ora haqqında fikirlərimiz formalaşıb.Ancaq Çin elə bir ölkədir ki,azərbaycanlıların qəti sürətdə obyektiv fikir daşımadığı bir yerdir.Mən ora müraciət edəndə gedib necə bir mühitə düşəcəyim ağlımın ucundan belə keçmirdi,bu barədə təxmin belə etmək mənim üçün çətin idi sadəcə bir sürpriz kimi özümü hazırlamışdım ki, necə olursa olsun.Mənfi bir şeylə qarşılacağımı düşünmürdüm.Təyyarədən enəndə hava çox isti idi.Çinin havasına öyrəşənə qədər təxminən 2 gün vaxt getdi.İnsanlar başqa dildə danışırlar sən onların nə dediyi haqqında təsəvvürün belə yoxdur,hətta hara müraciət edəcəyin barədə qətiyyən bir fikrin yoxdur.Dünən öz ölkəndə ,evdə aş yeyirsən,bugün dilini belə bilmədiyin bir mühitin içindəsən.Bütün bu nüanslar psixologiyanı qarışdırır,tamamilə sənin şüurunu dalğalandırır.Sənin o mühitə adaptasiyan ,o mühitin elementlərini tam olaraq anlamağın mütləq sürətdə müəyyən qədər zaman alır.Təxminən 6 ay sonra ölkəyə insanlara məxus olan dəyərləri böyük bir qismini dərk eləməyə tam olaraq başlayırsan.
    Bizim gənclərlə çin gəncləri arasında hansı fərqlər var?

    -Ümumiyyətlə azərbaycanlıları hansı millətin nümayəndəsi ilə müqayisə etsən,yenədə öz ölkənin insanın özünəməxsusluğu var.Bu həm tarixən gələn bir fərqlilikdir həm sivilizasiyaların müxtəlif dövrlərdə formalaşmasından irəli gələn fərqlilikdir həm də hazır ki,situasiyanın necə deyərlər hazır ki,elmi analitik ,akademik,sosial,mental dəyərlərin müxtəlifliyindən qaynaqlanır.Çin gəncliyi və yaşlı nəsli azərbaycan insanından təbii ki, fərqlənir.Onlar da türklər demişkən önyargı,mentallıq,insanları qınama onları diqqətlə müşahidə etmək ,insanları yersizcə anlamağa çalışmaq kimi prinsiplər yoxdur.Hər kəs rahat öz işində,öz fəaliyyətindədir,heç kəs bir-birinə başını qaldırıb baxmaz ki,bu insan nə üçün belə geyinib ,hara gedir və ya işlətdiyi aksesuar nə cürdür.Çində sənin sırf şəxsiyyətinə görə qiymət verirlər.Məsələn bizdə belə bir deyim var,insanın geyiminə görə qarşlayıb,ağlına görə yola salarlar.Çində isə insanı elə ağlına görə qarşılayıb,ağlına görə də yola salırlar.Bunu akademik mühitdə,normal yaşantıda, restoranda,kafedə,bankda hər hansı bir yerdə görə bilərsən.Tələbə və müəllim heyyəti olaraq hər iki kateqoriyada bu rahatlığı hiss edə bilərsən.Məsələn mən idman formasında yaxud yay aylarında şortiklə dərsə gələndə qəti şəkildə bir qınanma yaxud sərhədləndirməylə qarşılaşmıram hətta müəllimlərin özləri belə edir.Orada önəmli olan tələbənin dərsə olan marağıdır.Eləcə də müəllimin dərsə olan yanaşma prinsipidir.Çində olan müəllimlər düşünürlər ki, mən nə dərəcə də tələbələrimi məmnun edə bildim,əlimdə olan məlumatı nə dərəcədə onlara çatdıra bildim.Bunu istənilən bir sahədə müşahidə edə bilərik.

    Evdə sənə qarşı təyziq olubmu?

    Evdə mənə qarşı təyziq yox idi.Əslində mənim ailəm təzyiq edən bir ailədir.Azərbaycanın mental düşüncəli valdeynləri övladları üzərində hakimiyyət qurmağı,onları idarə etməyi sevirlər.Mən valdeynlərimin hakimiyyət dəyərlərini uşaq yaşlarımdan qırdığım üçün heç bir işdə mənə qarışa bilməyiblər.Ailə daxilində sənə qarışan yoxdursa,qohumların və ya ətrafdakıların adını çəkməyə belə ehtiyac yoxdur.Mən kim nə deyər prinsipiylə heç vaxt hərəkət etməmişəm,ona görə də birşeyi istəmişəm,fikirləşmişəm,özüm analiz etmişəm,artıq tətbiq etmək mərhələsinə keçəndə evə xəbər etmişəm ki, mən bu işin arxasınca düşürəm.Məsələn yeni bir paltar aldın,tatu vurdurdun yaxud çox böyük bir planın arxasıyca düşmək istədin etməlisən.

    Camaat nə deyər? prinsipinə münasibətin necədir?

    -Camaat nə deyər? sözünü öz beynində böyüdürsənsə o sənin üçün mahiyyət kəsb etməyə başlayır.Bu sözü eşitəmək üçün valdeynlərində bir güvən hissi yaratmalısan.Bunun ilkin mərhələsi xoşluqla baş vermir, yəni özün azad addımlarını atmaq istəyirsənsə güvən yaratmaq lazımdır.Güvən yaratmaq heç bir halda xoşluqla formalaşmır.Bəzən dava olur, bəzən söz-söhbət olur,insandan insana dəyişir amma mütləqki onun təməlində bir narazılıq dayanır.Sən addımlarını israrla atırsansa və valdeynlərin hər dəfə müşahidə edirlər ki,sənin burada bir yanlışın yoxdu əksinə inamla irəliləyirsən və atdığın addımda heç bir mənfi təsir yoxdur,beləliklə o narazılıq ölür.

    Həyat pəncərəsindən baxanda kənardan bir fərd olaraq özünü necə görürsən?

    -Mən çox zaman özüm haqqında qiymətləndirmə aparmıram.Mənim haqqımda ətrafımdakı insanların dediyi sözlərdir.Bəlkə də onlar da mənim xarakterimə təsir göstərir yaxud tam əksinə mənim xarakterim onların dediyi sözlərə təsir göstərir.Düşünürəm ki,hər ikisi var.

    Ətrafında səni sevməyənlər varmı?

    -Açıq kartla oynayan yoxdur,bağlı kartla oynayanlar mütləq ki, var və mən onları müşahidə edirəm.Bir insane sonsuz xoş niyyət bəsləyirsən.Bir insana nə qədər yaxşılıq edirsənsə,o insanın təməlində duran neqativlər üzə çıxmağa başlayır.İnsanlarda yetərincə yanıqlar çox görmüşəm.Heç bir zaman yaxın və ya uzaq əhatəmdə olsun bu insandan heç vaxt zərbə almaram dediklərimdən zərbələr almışam.Artıq insanlar,cəmiyyət,yaxınlıq gözümdə heçləşir.Bir növ insanlar arasında sərhədlər hörməyə başlayırsan.
    Təbii ki,bu yanlış seçimdir çünki nəticə olaraq hər insan bir ehtimaldır.Biz hər bir insanı sınaya sınaya gedirik.Sınamadığın hal özünü cəmiyyətdən təcrid etdiyin bir vəziyyətdir,bu o deməkdir ki, sən heç bir insanla münasibətdə olmamalısan.Belə bir yaşantı bugünki gündə bugünki sivilzasiyada mümkün deyil.Sadəcə insanları nisbi qiymətləndirməyi bacarmalısan.Biriylə münasibət qurdun yaxşı çıxdı,fikirlərini doğrultdu,sabah başqa insanla münasibət quracaqsan və o sənə həqiqətən böyük zərbələr vuracaq.İlkin mərhələdə bu qaçınılmazdır təbii ki,zərbə alacaqsan.Aldığın zərbə səni yetişdirir və bu mərhələ mütləq ki,ağrıldır.Mən heç bir halda yaşadığım həyatı dramatikləşdirmirəm.Hər kəs öz yaşadığı həyatı ən ağır hesab edir lakin məsələnin tərkibində biraz sentimentallıq olduğu üçün qeyri obyektiv bir yanaşmadır.Lakin obyektiv baxanda deyə bilərəm ki,məndən qat-qat ağır həyat yaşamış insanlar var.Düşünürəm ki,görəsən mən o həyatın içində olsaydım,nə cür davranardım,ayaq üstə qala bilərdimmi?.Hər bir kəsin həyatı biri üçün qibtə digər isə şükur mənbəyidir.

    Mental dəyərləri necə qiymətləndirirsən?

    -Mən bunu əvvəla şəxsim əsasımda qiymətləndirirəm.Hər bir şəxs doğulur,yetişir,böyüyür,akademik səviyyəsi artır,həyatda praktiki təcrübəsi artır və bunun əsasında düşüncə səviyyəsində müsbətə yaxud mənfiyə doğru müəyyən dəyişikliklər olur.Mən öz uşaqlığımı xatırlayıram,məsələn qınaq məsələsi var.Bir insanı nəyəsə görə qınayarsan ki,müşahidə edirsən cəmiyyət müəyyən standartları anormal hesab edir çünki qeyri-ənənəvidir.Sən də artıq bilavasitə bir şəxsiyyət olaraq öz fikrini hələ ortaya qoyacaq bir səviyyən olmadığı üçün o düşüncəni mənimsəyirsən.Açığın desəm uşaqlıqdan bəri qınadığım heç birşey yoxdur.Heç bir insanın təbii davranışlarını,hərəkətlərini mən qınaq obyektinə çevirməmişəm.Qınamamaq o demək deyil ki,hərşeyi bəyənirsən bu saxtalıq və sunilik olardı.Mütləq ki,insanların bəyənmədiyi şeylər var.Mənim insanlarda axtardığım bir şey var oda şəxsiyyət anlayışıdır.Bu anlayış o insanın nə geyimindən nə danışmasından nə də ki,danışmasından azadə birşeydir.Şəxiyyət anlayışı insanın ağlını və ruhunu birləşdirən bir qavramdır.Mən o vəhdətdən çıxan insana baxıram.Bugün əhatəmdə elə tip insan yoxdur ki,olmasın.Hər bir insanda nələrisə axtarıram.Bu o deməkdir ki,hamı uzun geyinir,o insanı əhatəmdə saxlamışam.Qısa geyinən də var,uzun geyinən də var.Bu sadəcə geyim kriteriyasıdır.Həyatımdan uzaqlaşdırmaq istədiyim insanları görməzdən gəlirəm.Görməzdən gəlmək bəlkə də bacardığım ən yaxşı şeydir.Bir insanı real və sosial əhatəndən silirsənsə o insan sənin yanında otursa belə sən onu görmürsən bu ən yaxşı şeydir.Birinci növbədə sənin rahatlığındır,ikinci növbədə o insana cavabındır.Mənə olan pisliklərə qarşı əks bir hərəkət etmək üçün özümü yormuram.Mənim boynuma düşən qismi o,insanı həyatımdan səssizcə çıxarmağımdır.Bir də məsələnin karma hissəsi var mən o hissəyə qarışmıram.

    Beynində qurduğun cəmiyyəti necə təsəvvür edirsən?

    -Bir cəmiyyət üçün akademik olmasa belə ümumi savad önəmlidir lakin mən öz daxilimdə savadsızlıqla cəhaləti ayırıram.Mənim cəhalət dediyim şey savadsızlıq deyil.Xalqımıza problem yaradan ən böyük əngəl cəhalətdir.Cəhalət psixoloji bir problemdir.Azərbaycan xalqı akademik cəhətdən çox savadlıdır amma onunla bərabər cəhalət yeriyirsə avtomatik olaraq sosial yaşama böyük problem yaradır.Cəhalət elə mühittir ki,sən o mühitə düşdüyün halda özünə verdiyin zərərin fəqində deyilsən.Mənim Azərbaycan xalqında görmək istədiyim şey cəhalətin məhv olmasıdır.

    Bəs yaşıdlarında nələri görmək istərdin?

    -Əslində insan uşaq yaşından bir fərd kimi yetişir və formalaşır lakin o şəxsiyyətin yetişməsində mühit böyük rol oynayır.Birinci mühit mütləqdir ki,ailədən başlasın.Ailə təməli nə cür yönləndirirsə,sən o fundament əsasında irəliləyirsən.Bizim valdeynlərimiz düşüncəsində köhnə sovet təfəkkürünü şəxslərdir necə ki,onların da valdeynləri o təfəkkürü beyinlərinə aşılayıb.İnsanlarda çatışmayan ən böyük cəhət empatiyasızlıqdır.Dünyanı nə gözəllik xilas edir nə də sevgi,dünyanı xilas edən ən böyük hiss empatiyadır.Qarşındakı insanın hisslərinə,seçiminə ,istəklərinə,davranışlarına,hərəkətlərinə qarışmamaq,onun anlamağa çalışmaq başlca şərtdir.Hər bir hadisəni iki formada qiymətləndirmək olar yəni vitrin hissə və onun arxasındakı hissə,əsas oranı analiz etmək lazımdır.Azərbaycan insanı çox vaxt özünü yormaq istəmir,ilk növbədə başlayır vitrin hissəsindən qiymətləndirməyə və o qiymətləndirmə əsasında bir nəticə çıxarır.Əgər bir hekayənin tamamını bilmirsənsə o hekayə haqqında heç bir halda fikir bildirməyə haqqın yoxdur.
    Son zamanlar gənclərin bir qismində intahar halları baş verir.Səncə bunun səbəbi nədir?

    -İntahar haqqında fikirlərim əslində biraz qarışıdır,standart olaraq qiymətləndirə bilmirəm.İntaharı hamımız qınayırıq,təbii ki,müsbət bir hal deyil.Heç bir halda bir fərdin şəxsi seçimiylə öz həyatına son qoymasını normal qiymətləndirə bilmərik lakin bunun təməlində yatan çox şeylər var.Bu fərdin psixoloji sağlamlığından asılı olaraq dəyişən bir prosesdir.Həm fərdi həm də kütləvi xarakter daşıyr.Kütləvi xarakter dediyimiz artıq hər hansı bir məsləylə bağlı olaraq cəmiyyətin birşeyi bilmədən mühakiməsi türklər demişkən önyarğısı, diskirimantiv tərkibli davranışlar hansı ki,bu istər-istəməz insan üzərində sosial bir təzyiq yaradır və buna hərkəs dözə biləcək qədər sağlam düşüncəli deyil.Bu sağlamlığı gözləmək də əslində normal deyil,nəticə olaraq sən bir fərdsən.Hər bir gənc yetişərkən büdrəyir.Hər bir yeniyetmə psixoloji bir boşluğa düşür bu çox normal bir şeydir.

    Heç özündə psixoloji boşluq yaşayıbsan?

    -Dəfələrlə olur.Yaşadığım keçmiş həyatım,onun fonunda rastlaşdığım mənfi hadisələr bunlar mənə neqativ təsir göstərib.O,mənfi təsirin axarına bəzən çox qapılımışam və bəzən ağlıma qara düşüncələr gəlib lakin elə öz iradəmin köməliyi nəticəsində bu vəziyyətdən çıxmağı bacarmışam.Kimisi bu vəziyyətdən çıxmaq üçün yardım alır,lakin mən almamışam daha doğrusu mənə o vaxtı kömək edəcək qüvvədə olan bir insan belə yox idi.Hər bir insan öz stimulunu özü yaradır,mütləq ki,yaşadığın həyatdan ayrılıb,kənardan özünə və öz həyatına müşahidəçi kimi baxıb analiz etməyi bacarmalısan.
    İnsanın bir məqsədi tutub irəliləməsi və zirvəyə yüksəlməsi üçün ona lazım olan üç amil var.Birincisi inamdır,ikincisi ehtiras və üçünüsü çalışmaqdır.İnam təməldən gələn birşeydir.Əgər sənin bugünki vəziyyətin inanığın şeyə çatmağa əlverişli deyilsə belə yenədə inadla,əzimkarlıqla inancını qorumalısan çünki o inam özünün özünə və ətrafına verdiyin enerjidir.İkincisi ehtirasdır.Ehtiras fərdi birşeydir,ğz-özünə də formalaşa bilər yaxud da həyatında yaşadığın pis və yaxşı təcrübələrdən, intriqalardan, intiqamdan da yarana bilər.Sağlam şəkildə formalaşan ehtiras hər zaman müsbət enerji verir və ehtiras inamla bağlı olan komponentdir. Bu ikisi işin hissi,psixolji qismidir.Çalışqanlıq isə bunun faktiki hissəsini tamamlayan komponentdir.Bu üç amil birləşəndə çata bilməyəcəyin bir nöqtə yoxdur.

    Bəziləri xırda problemləri qloballaşdırmağı sevir.Məsələn götürək şortik geyinməyi,buna görə şəhərdə səni qınayanlar olubmu?

    -Məsələn mən indiyənəcən bununla bağlı faktiki problem yaşamamışam.Nəzərə alsaq ki,mən Sumqayıtda yaşayıram,bura insanın düşüncəsi daha mental dəyərlərə söykənib.Mentallıq onsuz da Azərbaycanın hər nöqtəsində mövcuddur.Sumqayıt Bakıdan sonra üçüncü ən böyük şəhərdir,buna baxmayaraq belə tərzdə problemlərin olması həqiqətən məyus edicidir.Amma azərbaycan insanın bu cür düşüncələri atması üçün zamana ehtiyacı var.Anormal və yaxud normal hesab etdiyimiz şeylər ənənəvi və ya qeyri ənənəvi şeylərdir.Azərbaycan insanın əqli və akademik balansı həqiqətən də yüksəkdir.Mən bunu dünya xalqlarıyla müqayisədə deyə bilərəm.Bizdə bu potensial yetərincə yüksəkdir lakin potensialın yüksək olması hər zaman müsbət effekt vermir,sırf məna onda deyil.Əsas olan potensialını nə cür istifadə edirsən və nəyə sərf edirsən ? önəmli olan budur.Səndən əqli cəhətdən qat-qat aşağı potensial daşıyan nümayəndəsi səndən qat-qat verimli bir işdə yer ala bilər.Bizim praktiki təcrübəmiz yetərincə yüksəkdir.
    Cəmiyyət daxilində normal bir yaşantını təmin etmək üçün təməli təşkil edən biliklər var.Bilik tərkibli olmayan şeylərdə var.Empatiya olduğu halda qarşındakı insanı qınamaqdan öncə anlamağa çalışırsan,sən ona diqqət ayırırsan,həqiqətən anlamağa çalışırsan ki, bu insan elədiklərinin təməlində nə yatır.Etdiyi şey yanlışdır deyək bəs yanlışlığın təməlində nə yatır?

    Gələcək üçün arzuların nələrdir?

    -Arzuların həm rəngi, həm istiqaməti həm də forması çoxdur.Bunların hamısını inanmıram ki,sığışdıra bilim.Həyatımda yaşamalı olduqlarım bir çoxusu elə yaşatmalı olduqlarımdan ibarətdir.O yaşatmalı olduqlarımı yaşada bilim,səhərisi gün dünyadan köçsəm belə zərəri yoxdur.

    loading...