Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Qiyamət günü insanın əməllərinə şəhadət verən 9 şahid
  • Rusiyada müəllim və şagirdlərə məktəbdə telefon qadağan ediləcək
  • "BİZ ERMƏNİLƏRİN YANINDAYIQ, BİR QARIŞ DA TORPAQ VERMƏYƏCİK!" - Əziz Tonoyan
  • Nümayişçilərə qarşı “dəhşətli nəhəng” silah tapıldı
  • Azərbaycanda yol polisi ləğv edilə bilər – Vilayət Eyvazovdan inqilabi dəyişiklik
  • Gürcüstanın Azərbaycana borcu açıqlandı.
  • Bakıda Milli Qəhrəmana hörmətsizlik edildi - FOTO
  • DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU! – Dövlət Yol Polisində şok dəyişiklik
  • Putin Mehriban Əliyevaya orden verdi
  • Azərbaycan-Gürcüstan sərhədindən Türkiyəyə qədər məsafə 30 kilometr qısalacaq
  • Yeni kiçikölçülü antena “5G” şəbəkələrinin işini 10 dəfələrlə sürətləndirəcək
  • Yer kürəsinə “təhlükəli” asteroid yaxınlaşır
  • Dünyanı cənginə alan “Tik Tok” nədir? – Maraqlı faktlar
  • Tankçılarımız finalın bir addımlığında - Video
  • Günün ulduz falı: 11 avqust, 2019
  • Yağış sürüşmə zonalarını aktivləşdirdi
  • Çavuşoğlu: Azərbaycanın vizaları ləğv etməsi mühüm hadisədir
  • İsmayıllı: Böyük faciənin astanasındayıq – FAKT
  • İnstagram və WhatsApp-ın adı dəyişiləcək
  • Prezident tapşırıq verdi: Bu məsələ təhlil edilməlidir
  • Ərdoğan gizli silahını ortaya çıxardı: “Atom” bombası…
  • Günün ulduz falı: 27 iyul, 2019
  • İşğal olunmuş torpaqlarda ermənilər tərəfindən yeni yolun çəkilməsinə XİN-dən REAKSİYA
  • Dahilər dahisi
  • Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
  • 10 Ağu 2019, 19:54   
        126
    Bu dəfəki müsahibimiz Nicat Teymurovdur.
    Ədəbiyyat sənin üçün nə ifadə edir?
    -Mən ədəbiyyatı sevən adamam,daha çox hekayələr oxumağı sevirəm.Özüm də arada kiçik hekayələr yazıram.Əlimdə bir romanlıq material olmasına baxmayaraq uzun uzadı yazmağa səbrim çatmır ona görə də kiçik hekayələr yazmağa üstünlük verirəm.Ədəbiyyat deyəndə mənim ağlıma daha çox qəzəllər gəlir.Füzulidən tutmuş Əliağa Vahid,Nəsimi,Məşədi Babayadək bir çoxlarının qəzəllərini çox sevirəm.
    Mikayıl Müşfiqin şerlərini sevmirəm.
    Gənc yazarlar vəşairlər haqqında nə düşünürsən?
    -Körpücük sümüyündən,şərabdan, qadından yazan özünə yazıçı şair deməsin.Gənc şairlər “qadın bədəni”ndən əl çəksin.Bezmişəm artıq sosial şəbəkələrdə dostluğumda olan adamları yazdıqlarını görürəm.Hansısa birinin qadınla problem olur,körpücük sümüyündən yazır,onu tənqid edirlər.Belə mövzudan yazmaq qadağan deyil sadəcə bəziləri elə düşünür ki,filankəs yazır mən də yazmalıyam.Ələsgər yazdı,Orxan Safari də belə yazsın.Niyə Azərbaycan şeir deyərkən ağıla ana,vətən,sevgi kimi mövzular gəlir.Bunlardan başqa mövzu yoxdur?Nazim Hikmətin yazdıqlarına baxın,oxuyun və onun kimi yazın.
    Gənc şairlərdən Orxan Bahadırsoyu bəyənirəm.Orxan Bahadırsoyun şerlərini oxuyanda körpə uşaq kimi sakitləşirəm.Ətrafımdakı bir çox adamlar Kəramət Böyükçöldən nifrət etsə belə mən onun yazdıqlarını sevirəm.Kəramət hekayə baxımdan möhtəşəm yazır.Həm də onunla ortaq cəhətimiz də var.O,demək istədiyini birbaşa yazmır,sətiraltı oxucularına çatdırır.Gənc yazıçılardan Nicat Həşimzadənin üslubunu çox bəyənirəm.Demirəm ki,Nicat Həşimzadə mükəmməl bir yazıçıdır,heçkim Viktor Hüqo,Tolstoy ola bilməz.Hərkəsin öz dəsti-xətti var,kimisə onlarla müqayisə etmək düzgün deyil.Mənim ən nifrət etdiyim şey müqayisədir.Eyni olmayan birşeyi müqayisə etmək olmaz. Xarakter olaraq Ələsgər Əhmədi bəyənmirəm.Şerləri pis deyil lakin xarakter olaraq “kiçik balıq”dır.O,yaxşı üzməyi bacarmır deyə bəzən səhv yollara girir.
    Hal-hazırda gənc yazıçılar arasında bir soyuq müharibə və konfliktlər var.Bu vəziyyəti necə dəyərləndirirsən?
    -Bəziləri özünü sosial şəbəkələrdə “gənc yazıçı , “gənc şair” adlandırırlar lakin mən belə insanların yazdıqlarını belə oxumamışam.Onlardan bəziləri sosial şəbəkələrdə gündəmə gəlmək üçün qara piara əl atır,özlərini reklam edirlər.Sosial şəbəkələrdə bir-biriylə düşmən olurlar sözdə bəlkə də məsələni öncədən planlaşdırırlar. 10 gündən sonra “barışıq”adıyla hansısa bir kafedə bir yerdə oturub guya məsələni aydınlaşdırıblar,problem bunlarda deyilmiş.Beş altı gündən sonra bir yerdə şəkilləri çıxır, pivə içirlər ,hər şey bitdi,bunlar qardaşdılar.Gənc yazıçılar,şairlər arasında qruplaşma var.Nemət Mətin,Nicat Həşimzadə,Ələsgər Əhməd bunlar bir qruplaşmadı,ətrafında olan insanlar çoxdur.Görəsən Tolstoyla kimsə qrup olub?Yazıçı,şairləri tənqid etdikləri kimi,oxucuları da tənqid etmək lazımdır.Oxucuların bəziləri elə düşünür ki,bu yazıçı yeni başlayıb bunun kitabını oxumayım.Günah bəlkə də yeni başlayanların özündədir,reklamları yoxdur.Hərşey oxucunu cəlb etməkdən asılıdır.Fərqi yoxdur sən yaxşı yazsan da,pis yazsan da oxucu kitabını oxuyacaq.Məsələn Ələsgər Əhmədin “Bir Ovuc Suda”kitabı ən çox oxunanlar arasındadır.Ələsgər Əhməd çox yaxşı reklam etdi və satıldı.Ondan gəlir əldə edəcək ,etməyəcək bu məni maraqlandırmır.Mən hər yerdə onun reklamını görürəm,hətta yarmarkalarda məni cəlb edən onun şerlər kitabı olub.Bunu da qeyd edim ki,faiz baxımından ölkəmizdə oxucu sayı ABŞ-dan çoxdur.Bir çoxu düşünür ki,qaqalar kitab oxumur.Bu fikir tamamilə yanlışdır.Maraqlı kitablar oxunur.Çox adam görmüşəm ki,kitabı üz qabığına görə alır.Məsələn mağazada görmüşəm Viktor Hüqonun kitabının üz qabağı qırmızı rəngdə yazılıb.Belə şeylərə ehtiyac yoxdu onsuz da adamın kitabı olduqca populyardı və oxunur.Sosial şəbəkələrdə hansısa bir xanıma kitab lazım olur.Kişi istifadəçilərin bəziləri qadına yaxınlaşmaq üçün o kitabı hardan olursa olsun əldə edir.Təkcə kitab yox bir qadına “qumbara” belə lazım olsa oğlanlar onu tapıb verəcək.
    loading...