Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Müdafiə naziri yeni təlim mərkəzinin açılışında iştirak edib - VİDEO
  • Ermənilər gecə ilə Ağdama qoşun topladı – Video
  • Fuad Abbasovun səhhəti pisləşdi
  • Azərbaycanda hərbi hissələrdə xüsusi rejim elan edilib
  • Leyla Əliyeva xalqı belə təbrik etdi - Video
  • “WhatsApp”da yeni dələduzluq - Ehtiyatlı olun
  • Azərbaycan xalqının Milli Qurtuluş Günüdür
  • Bu, dünyanın sonunu gətirəcək - DÜNYA ŞOKDA
  • Ehram Məcidovun cinayət işi üzrə məhkəmə iclası keçirilib-Video+Foto
  • Soyuq enerjisi nədir?
  • Kütləvi İnformasiya Vasitələrinin dəyərli əməkdaşları,dəstəyinizə ehtiyacımız var!
  • Ehram Məcidova haqsızlıq və düzgün aparılmayan İstintaq... -Təhlil
  • Maşının “şitində” Avropaya qaçan miqrant - FOTO
  • “ERMƏNİSTANI CƏZALANDIRIB, ZƏNGƏZURU GERİ ALMALIYIQ!” – “Tərədüd etsək, Naxçıvanı itirməmək haqda düşünməyə məcbur edəcəklər”
  • Vanqanın Türkiyə öngörüsü gerçəkləşir? - Video
  • TSQ “Pəncə” ilə bağlı hesabat yaydı: 27 ölü
  • 2020-ci ildə canlı orqanizmlər uzaq kosmosa göndəriləcək
  • Qüdsü azad edən, 3 lideri diz çökdürən azərbaycanlı
  • İnsanın Marsa uçacaq tarix elan edilib
  • Xalqımızın tarixində və taleyində misli görünməmiş Mart faciəsinin əsl mənzərəsi, mahiyyəti on illərlə gizlədilmiş, saxtalaşdırılmışdır.
  • SON DƏQİQƏ: Fuad Abbasov azad edildi - VİDEO
  • Fuad Abbasovun ailəsi müraciət yaydı
  • TÜRKİYƏLİ İŞ ADAMI XOCALIDA UŞAQ BAĞÇASI TİKDİ -FOTO
  • Civəli termometrin sınması niyə qorxulu sayılır?
  • Bu ölkədən xəbərdarlıq: İrana getməyin!
  • 06 May 2019, 02:36   
        133
    Xəbər tv.az senarist Arzuman İlyasoğluyla müsahibəni təqdim edir.
    Arzuman İlyasoğlunu xaraktercə digərləndirən fərqləndirən cəhət nədir?
    -Gözütox adamam,yaradıcı insanam.Hamının uğuruna sevinən biriyəm.
    Sizdən öncə ailənizdə yaradıcılıqla məşğul olan olubmu?
    -Ailəmizdə yazıçılıqla məşğul olan olmayıb amma rəhmətlik atam gənclik vaxtlarında saz çalıb.Onun üçtelli sazı var idi.İndiyə kimi o saz bizdə qalıb.Atamın əmisi oğlu Knyaz Hüseynzadə şair olub,şerləri çap olunub.Sonrada ailədə olan yaradıcılıq irsi olaraq məndə biruzə verib.
    Yaratmaq həvəsi nə vaxtdan sizdə özünü biruzə verdi?
    -Bizim dövrümüzdə Hindistan istehsalı filmlər dəbdə idi.Həmin dövrdə də ürəyimdən keçirdim ki,məndə kino çəkim.Bu məqsədlə İncəsənət İnstitutuna sənəd vermişəm,o vaxtı 15 yaşım vardı,məktəbi təzəcə bitirmişdim.İmtahan vaxtı rəhmətlik kino rejissor Adil İsgəndərov qəlbimi qırmadı mənə dediki pasportunu alanda gəl. İncəsənət İnstituna qəbul ola bilmədim amma mədən maarif texnikomununun kütləvi səhnələr üzrərejissorluq ixtisasına qəbul oldum.Texnikomu bitirdikdən sonra o vaxtlar diplom işi kimi öz işini müdafiə etməliydin.Məndə klubların birinə direktor qəbul olundum.Lakin klubda böyük əsər tamaşaya qoymaq mümkün olmadı.Ona görə də özümün yazdığım bir pərdəli iki kiçik pysesi tamaşaya qoydum və qəbul komissiyası tərəfindən bu pyeslər yüksək qiymətləndirildi.Mənim işimi yüksək balla qiymətləndirdilər və mənə qırmızı diplom verdilər.Bundan əlavə senari yazmaqla da məşğul idim.O vaxtı Molla Nəsrəddin lətifələri əsasında senari yazmışam.Düzdür yarımçıq qalıb.Sonradan taleh elə gətirdi ki,ixtisasımı dəyişməli oldum.Həmdə o vaxt hamı müəllim yanına getmədən evdə hazırlaşıb Ali məktəblərə sənəd verirdilər.O cümlədən məndə humanitar elimləri yaxşı bildiyimə görə sənəd verdim.Eyni ildə həm İncəsənət İnstitutuna həm də iqtisadiyyat institutuna imtahan vermişdim.Sonradan qərarımı dəyişib iqtisadiyyat insitutunu seçdim.Bacı və qardaşlarım çox istəyirdi incəsənət institunu seçim lakin atam iqtisadiyyata qəbul olunmağıma sevinmişdi.40 il müddətində yaradıcılıq fəaliyyətimi dayandırdım.
    Necə oldu ki,siz 40 ildən sonra sevdiyiniz işə qayıtdınız?
    -Mürəkkəblə yazılmış iki əlyazmalarımı uzun müddət,mürəkkəbi Solana kimi əziz xatirə olaraq saxlayırdım.Təəssüflər olsun ki,o vaxtlar indiki kimi texniki şərait yox idi.Daha doğrusu,yazdığımı nüsxələmək problem idi.2015-ci ildə,artıq oxunması mümkün olmayan hər iki pyesi və senarini bərpa etmək fikrinə düşdüm.Açığı sovet ideologiyasına söykənmiş mövzu ürəyimcə olmadığından yarımçıq saxladım.Amma yazıb-yaratmaq həvəsim qalırdı.Telejurnalist qadının həyatından bəhs edən “ Qarpız kababı”, “Fred və beş qadın” və nitq qüsurlu uşaqların həyatından bəhs edən “Lal olmuş məhəbbət”adlı senarilər üzərində işləməyə başadım. “Fred və beş qadın” senarisi üzərində işimi davam etdirsəm də,o biri iki senarim yarımçıq qaldı.
    Yaradıcılığınızı davam etdirməyə nə təkan verdi?
    -Bu arada sevimli sənətkarımız,rejissor İlham Yaşaroğlu serialların birində mənə müəllim rolunda oynamağı təklif etdi.Mən bunu qəbul etdim və çəkildim.İlham Yaşaroğlu hər dəfə mənə növbəti serialın senarisini təqdim etdikcə yaralı yerimə toxunurdu.Daha doğrusu yazıb-yaratmaq həvəsimi özümə qaytardı.Tezliklə “Qarpız kababı” senarisini yekunlaşdırdım.Amma “lal olmuş məhəbbət”senarisini yazmaqda çətinliklərlə üzləşdim.
    Hansı çətinliklərlə qarşılaşdınız?
    -Məsələ orasındadır ki,telejurnalist qadının həyatından bəhs edən senaridə öz fantaziyamdan yararlandım.Düşüncəmi real vəziyyətə yaxınlaşdırmağı bacardım.Hər halda ətrafımda olan imkanlı şəxslər,yaradıcı insanlar olduğundan istədiyim vəziyyəti reallığa uyğunlaşdırmağa çətinlik çəkmirdim.Lakin nitq qüsurlu şəxslər haqqında yazmaq fərqli bir aləmə baş vurmaq idi.Bu senarini yazmaq üçün həmin şəxslərin psixologiyasını yaxından öyrənmək vacib idi.Çünki bu mövzuda senari yazmaq üçün yaradıcılıq fantaziyası kifayət etmirdi.Onların daxili aləmini öyrənmədən yazmağən mənası yox idi.Jest dili deyilən bir məfhum var,nitq qüsurlu insanların istifadə etdiyi təmas-ünsiyyət formasıdır.Dostlarımın məsləhəti ilə üz tutdum Bakıdakı 1 saylı Bahar müəllimənin məktəbi kimi tanınan nitq qüsurlu uşaqların təhsil aldığı məktəbə.Məlum oldu ki,,nəinki dərslərdə iştirak etmək hətta onları müşahidə etmək üçün Təhsil Nazirliyindən icazə alınmalıdır.Təhsil Nazirliyinə yazılı qaydada müraciət etdim.Sağ olsunlar ,hərəsi 1 həftə olmaq şərti ilə iki məktəbdə dərslərdə iştirakıma rəsmi qaydada icazə verdilər.
    Müşahidələrinizin senari yazmağa köməyi oldumu?
    -Bilirsiz,nitq qüsurlu insanlar,mən məktəb yaşlıları nəzərdə tuturam,dostluğa başqalarına nisbətən daha etibarlıdır.Bir-birilərinə mənəvi dayaq olmaq xüsusiyyətləri daha çox özünü biruzə verir.Onların həyatı haqqında yazmaq daha çətindir,bu işdə reallığa söykənməyən vəziyyəti qələmə alsan belə,müvəffəqiyyətdən söz gedə bilməz.
    “Fred və beş qadın”-nı nəzərə almasaq,siz iki ayrı-ayrılıqda senari haqqında danışdınız.Kitab isə bir dənədir.”Qarpız kababı-Lal Məhəbbət” adlı kinohekayə kitabı.Həm “qarpız kababı”,həm də “lal məhəbbət” sözlərinə bizim leksikonumuzda rast gəlinmir.Qəribədir,qarpız hara,məhəbbət hara ?
    Necə oldu ki,bir-birinə uyğun olmayan iki məhvum bir adda birləşdi?
    -Doğrudur,nə “qarpız kababı” nə də “lal məhəbbət” sözbirləşmələrinə leksikonumuzda rast gəlmək mümkün deyil.Hər iki sözbirləşməsi başqa dillərdə istifadə olunur.Amma kinohekayə nəinki bizim leksikonumuzda,dünyanın heç dilində ədəbi janr kimi istifadə olunmur.
    O ki,qaldı,senarinin iki,kitabın isə bir olmasına ,senaridə bir dənədir.Etiraf edim ki,nitq qüsurlu uşaqlar haqqında senari yazmağa risk etmedim.Açığı ,prototip tapa bilmədim.Bu səbəbdən də iki senarini birləşdirdim.”Qarpız kababı –Lal məhəhəbət”adı da beləcə yarandı.
    Kinohekayə sözü yeni kəşf olunub yəni siz tərəfindən ilkdəfə işlənib?
    -Bəli, kinohekayə məfhumunu ədəbi janr kimi ilk dəfə mən işlətmişəm.Xahiş edirəm ki,kino sənətindəki “kinohekay” məfhumu ilə qarışıq salmayısız.Bəsti Bağırova və İsrafil Hüseynov haqqında çəkilmiş kinohekayə janr deyil,film formasıdır.
    Senaridə hansısa prototipdən istifadə olunub,yoxsa,sırf yaradıcılıq məhsuludur?
    -Prototipsiz əsərlər yazmaq çox çətindir.Odur ki,yazmağı düşünərkən ilk növbədə prototip axtarmalı olursan ki,işin asan alınsın. “Qarpız kababı-lal məhəbbət” senarisindəki əksər obrazların prototipləri var.Məsələn çəkiliş qrupu üzvləri.Yaqub Azəri,Şahin əmi,Ceyhun ,Rəşad,Emin obrazları.
    Sürücü Mübariz isə prototip deyil,həyatda olduğu kimi obrazda da eynidir.Məhz prototip olmadığından iki senarini birləşdirmək məcburiyyətində qaldım.
    Prototiplərdən söz düşmüşkən,hekayədə müsbətli,mənfili neçə obraz var?
    Hansı kinohekayəni nəzərdə tutursuz?
    Fərq etməz.Hansını dəqiq bilirsiniz?
    -“Fred və beş qadın”da 16, “Qarpız kababı-Lal məhəbbət” də 67 obraz var.
    Maraqlıdır bu qədər obrazların hərəsinin öz xasiyyəti ,dünya görüşü var,yoxsa ,bütün obrazlar bir məqsəd ətrafında özünü biruzə verir?
    -Doğrudur,ayrı-ayrılıqda hər bir obraz əsərin ümumi ideyasının qavranılmasına xidmət edir.Amma hər bir obrazın özünəməxsus dünyagörüşü var.
    Həcm etibarı ilə povest,novella, yaxud dram əsəri kimi də təqdim edə bilərdiz.Niyə məhz kinohekayə?
    -Ədəbiyyatı və incəsənəti özündə birləşdirən senari sənəti,başqa yaradıcılıq sahələri kimi mürəkkəb bir prosesdir.Yazılmış senarilər başqa ədəbi və incəsənət növlərindən fərqli olaraq nəinki ,geniş oxucu kütləsinə,bəzən hətta bu sahə üzrə mütəxəssislərə də maraqlı ,oxunaqlı olmaya bilər.
    Böyük zəhmət nəticəsində qələmə alınmış senari,ekranlaşdırılmasa yaxud səhnələşdirilməsə toxunulmuş mövzu eləcə də,müəllifin əməyi,özününün layiqli qiymətini tapa bilmir.Senari çap olunsa belə,rejissor və mütəxəssislərdən başqa,bütün oxucular üçün quru söz yığını təsəvvürü bağışlayır,müəllifin toxunduğu mövzü lazımınca qavranıla bilmir.
    Aydın məsələdir ki,yazılmış hər bir əsərlə ilk növbədə ailə üzvləri tanış olurlar.Məndə istisna deyiləm.Yazdığım senarini qızım oxudu,çox xoşuna gəldi.Onun təkidi ilə birlikdə eyni adlı kitab yazdıq.
    Bəzi “ağzıgöyçəklər” “Mühəndis və beş qadın” kinohekayəsini plaqiat hesab edirlər.Onlara sözünüz nədir?
    -Sizin “ağzıgöyçəklər” hansı əsəri nəzərdə tuturlar?
    Götürək “Rabinzon Kruzonu”
    -Məni Daniel Defodan ancaq yaş plaqiatı götürməkdə günahlandıra bilərlər.
    Maraqlıdır nəyi nəzərdə tutursuz?
    -Bu bir həqiqətdir ki,biz eyni yaş həddində öz əsərlərimizi yazmışıq.Daniel Defo 1719-cu ildə,yəni 59 yaşında Rabinzon Kruzonu təqdim edib.Mən də 60 yaşımda Fred ve beş qadını yazmışam.İki əsər arasında başqa heç bir eynilikdən söz gedə bilməz.
    Məni plaqiatda günahlandıranlar,çox güman ki,romanı oxumayıblar,sadəcə olaraq roman əsasında çəkilmiş filmə baxmaqla özlərində belə bir təsəvvür formalaşdırıblar.
    Defonun qəhrəmanı qazanc arxasınca gedərkən,mənim qəhrəmanım isə dosta dayaq olmaq üçün,təmənnasız gedərkən məcaraya düçar olublar.
    Defo yaradıcılığına kölgə salmaq fikrindən uzağam.Defonun “Kruzosu” yaşamaq üçün mübarizə aparıb,mənim “Fredim” mübarizə aparmaq üçün yaşayıb.Defonun “Kruzosunda” çatışmayan mənəvi dəyərlər,sevgi,mənim “Fredimdə” bariz şəkildə özünü biruzə verir.
    Son zamanlar hansı seriala baxırsız ?
    -Arada türk serialı Hərcaiyə baxıram.Bu serial ümumiyyətlə mənim gənclik vaxtında baxdığım italyan kinosuna oxşayır,ancaq o demək deyil ki,plaqiatdır.Roman kimi yaxşıdır,serial kimi də yaxşı çəkilib baxımlıdır.
    Son olaraq Necə fikirləşirsiz,kinohekayələrinizi ekranlaşdıra biləcəksinizmi?Senarilərin büdcəsi nə qədər olacaq
    -Birincisi,ekranlaşdırmaq ümid olmasa,heç kəs belə bir çətin işə-yəni senari yazmağa vaxtını sərf etməz.İkincisi,ekranlaşdırmaq təkcə yaradıcılıqla bağlı deyil,işin maliyyə tərəfi də əsas amillərdən biridir.Deyək ki,50-nin 50-yə.Açığını deyim ki,hər iki senari beynəlxalq festivallara iddialıdır.
    "Hərcai serialı italyan filminin oxşarıdır"-senarist Arzuman İlyasoğlu
    "Hərcai serialı italyan filminin oxşarıdır"-senarist Arzuman İlyasoğlu
    "Hərcai serialı italyan filminin oxşarıdır"-senarist Arzuman İlyasoğlu
    loading...