Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Yadplanetlilər havaya suni peyk buraxdı - Elm adamları təsadüfən gördü / VİDEO
  • Bürcləri ağladan AĞLAGƏLMƏZ SƏBƏBLƏR
  • 400 il əvvəlki soyuqlar geri qayıdır: “BUZLAŞMA DÖVRÜ” BAŞLAYIR
  • Rumıniya və Moldova birləşir?
  • Bəla geri qayıdır – Qonşu ölkədə “Quş qripi” aşkarlandı
  • Azərbaycanlı qadınlar niyə əcnəbi kişilərlə evlənir?
  • Saçlarınız heç vaxt AĞARMAYACAQ, ƏGƏR...
  • Cəsur döyüşçü, şəhid dostum Həsənqulu Qasımovun məlahətli səsinə qulaq asın!
  • “3-cü dünya müharibəsi yağışlı bir gecədə başlayacaq və...” -Öz ölüm tarixini bilmiş öngörücü
  • Alimlərdən tövsiyə: ya vegeterian olun, ya da həşərat yeyin
  • BƏDBƏXT HADİSƏ: Kəndir qırıldı və hərbçilər yerə çırpıldı - VİDEO
  • "Ağıllı" küçə işıqları - İzləyir, təhlükəni sezir, çəkir, internet ötürür
  • Ermənilərin olduğu təyyarə Bakıya məcburi eniş etdi
  • PREZIDENT MƏHKƏMƏ HAKIMININ SƏLAHIYYƏTLƏRINƏ VAXTINDAN ƏVVƏL XITAM VERDI - SƏRƏNCAM
  • Bu il üç dəfə Günəş tutulması baş verəcək
  • Bakı Meriyasının milyonçu “məmuru” - “Tender kralı” Ramazan Mirzəyev kimdir?
  • Vanqadan şok proqnoz: Fevral ayında bu bürclər pulun içində üzəcək- CƏMİ 3 BÜRC
  • Polislərin sayı ilə bağlı BÖYÜK MÜƏMMA: Dünyada ikinci yerdə Azərbaycandır?
  • Amerika səfirliyi yaxınlığında ŞÜBHƏLİ ƏŞYA - Bina mühasirəyə alındı
  • Çin müsəlman ölkəsində müharibə meydanı hazırlayır - Nüvə silahları İŞƏ SALINIR
  • Rus qızları niyə bu qədər GÖZƏL OLUR? - SİRLƏR AÇILDI
  • Bəylər diqqət!Hər 6 cütlükdən biri bu problemi yaşayır
  • Dünyanı məhv edəcək partlayış – 150 il başqa planetdə...
  • Rusiya açıqladı: Bu bazalara hücum edildi
  • Orfoqrafiya sözlüyünə yeni sözlər daxil edildi — SİYAHI
  • Qadın zorakılığına yox deyək!

    01 Ock 2018, 19:31   
        183
    Qadın zorakılığına yox deyək!

    BAKI-----XEBERTV.AZ .01 01 2018

    Gender bərabərliyi təkcə inkişaf etməkdə olan cəmiyyətlərdə deyil, inkişaf etmiş ölkələrdə də ciddi məsələlərdən biridir. Hər nə qədər qadın hüquqlarından danışılsa da, bir çox cəmiyyətlər qadını kişidən daha aşağı səviyyədə görür, istər iş, istərsə də məişət həyatında qadınlar bir çox zorakılıqlara, haqsızlıqlara məruz qalırlar.İnkişaf etmiş ölkələrdə iş həyatında qadınlar arxa planda qalaraq hüquqları pozulur.Geridə qalmış ölkələrdə isə qadınların hüquqlarıtəhsildən, iş həyatından uzaq saxlanılmaqla, hətta evlənərkən həyat yoldaşını seçməyə izn verməməklə pozulur.
    Qadın hüquqlarının pozulması deyəndə ilk olaraq ağıla şərq cəmiyyətləri gəlir. Dini bilgilərini Qurandan deyil, xurafatlardan alan insanlar qadınlara nifrət edir, onları evdə saxlamağa, insanlarla ünsiyyətini məhdudlaşdırmağa, təhsildən və s. kimi haqlarından məhrum etməyə çalışırlar. Halbuki Quranda qadınlar təriflənir və qadın-kişi haqlarının eyni olduğu bildirilir.
    Qərb cəmiyyətlərində isə qadın haqlarının pozulması fəqrli ideologiyalar altında özünü göstərir. Darvinizm qadını təkamülünü tamamlamamış varlıq kimi qələmə verir. Darvin “İnsanın mənşəyi” kitabında qadınların geri və aşağı səviyyəli mədəniyyətə sahib olduqlarını yazır.
    Darvinizmdən bəhrələnən nasist Almaniyasında 1929-cu ildə fəaliyyət göstərən 39 nasional-sosialist təhsil qurumundan yalnız ikisi qızlar üçün idi. Nasistlər üçün qadının vəzifəsi çoxalma fermalarında üzünü ilk dəfə gördükləri alman gənclərindən hamilə qalaraq arian irqini ortaya çıxarmaq idi. Kapitalizm isə qadını alınıb-satılan obyektə çevirdi. Bu haqda Beynəlxalq Miqrasiya Təşkilatı qeyd edir ki, hər il iki milyon qadından sərhədlərdən kənar qadın alverində istifadə edilir.
    Qadınlara qarşı tətbiq olunan zorkılığa gəlincə isə Fundamental Hüquqlar üzrə Avropa İttifaqı Agentliyi (FRA) Avropanın 28 ölkəsində 18-72 yaşları arasında 42000 qadın ilə çox geniş tədqiqat aparıb. Əldə edilən nəticəyə görə ən çox zorakılığın törədildiyi ölkə Danimarkadır. Sonrakı yerləri Hollandiya və Fransa tutur.
    2011-ci ildə ABŞ hökumətinin apardığı tədqiqatlara görə hər 4 qadından birinin zorakılığa məruz qaldığı aşkar olub. 29 milyon qadın sevgilisi, ya da əri tərəfindən fiziki zorakılığa məruz qalıb. Dünyadakı qadın cinayətlərinin 40%-də qatil ya qadının əri, ya nişanlısı, ya da sevgilisidir.
    Bu zorakılıqlar qadınların yaşamaq həvəsini söndürür. Qadınlar təzyiq gördüklərindən gözəl və cazibədar olmaqdan çəkinirlər. Qadının ağlı, işgüzarlığı və düşünmə qabiliyyətindən istifadə edilmir. Halbuki qadınlar daima dərin düşünür, onlar sənətə, gözəlliyə daha çox meyl edirlər.
    Əgər cəmiyyət qadına önəm verməz, geridə tutarsa, həmin dövlət güclü ola bilməz. Qadınların hüquqları kişilərlə eyni, hətta daha çox olmalıdır. Kişilərin qadınlardan üstün olması, qadınların ağlının az olması ilə bağlı fikirlər tamamilə aradan qaldırılmalıdır. Təhsildə, siyasətdə, iş həyatında və digər sahələrdə qadınlara üstünlük verilməlidir.
    Aysel Aydın
    loading...