Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Azərbaycana 33 sm qar yağdı
  • Tıxaclardan necə xilas olmaq mümkündür?
  • Vəkillər Kollegiyasına yeni sədr seçilir
  • Diqqət: Bu yollarda sürət həddi endirildi
  • TƏHLÜKƏ: 50 gün ərzində övladınızı öldürə bilər... - "Mavi balina" bəlası...
  • QƏNIRƏ PAŞAYEVANIN TƏHSİL NAZİRİ OLACAGI XƏBƏRİ YAYILDI - Son Dəqiqə!!!
  • Mikayıl Cabbarov vergilər naziri təyin edilib
  • Mixail Saakaşvili belə həbs edildi — FOTO
  • Azərbaycan 2 gün sonraya hazırlaşır - QAR YAĞACAQ!
  • İran parlamentinin üzvü: “Biz Dağlıq Qarabağı Azərbaycan torpağı sayırıq”
  • Erməni əsirliyində olan bir qızımızın Azərbaycana məktubu
  • Bakıda neçə milyon adam yaşayır? (RƏSMİ)
  • Gözü beynindən böyük dəvəquşu, vurma cədvəlini bilən donuz... - QƏRİBƏ FAKTLAR - FOTO
  • Yuxu ilə bağlı inanılmaz həqiqətlər
  • Astroloji proqnoz - 4 dekabr
  • Erməni Rimma Sarkisova 30 ildən sonra Gəncəyə qayıtdı
  • Evinizdə bu gülü saxlayırsızsa, dərhal ondan qurtulun - FOTO
  • Qatarda oturmaq üçün görün NƏ OYUNDAN ÇIXDI - VİDEO
  • Pedofili yaxaladılar –Rüsvay olduğu üçün başını... (Video)
  • NASA yadplanetlilərə görə məhkəməyə verildi - Sirrin üstü açılır
  • İsrail İranın hərbi bazasını bombaladı — GƏRGİN ANLAR
  • Günün şoku: Səudiyyə kralı erməni imiş – Bakıdakı ən məşhur otel ermənilərə məxsusdur?
  • Turan Birliyi yaranarsa, nə baş verəcək? - Video
  • 2024-cü ildə Marsa ilk insan gedəcək
  • Kompüterinizi bu üsulla format edin - VİDEO
  • İslamda incəsənət

    24 Kas 2017, 16:51   
        210
    İslamda incəsənət


    İslam dini incəsənət, estetika və təmizliyi, həmçinin gözəl sözlü və gözəl əxlaqlı olmağı özü ilə gətirir. Quranda Süleyman peyğəmbərlə bağlı qissələrdə heykəltaraşlıq və memarlığa aid ayələr vardır.Süleyman peyğəmbərin büllurdan hazırlanmış sarayı Səba hökmdarını valeh etmiş, o bu sənətkarlıq və gözəllik qarşısında heyrətini gizləyə bilməmişdir. Ayədə sarayda olan heykəltaraşlıq nümunələri də qeyd edilmişdir:
    Onun (Süleyman) üçün nə istəsə - məbədlər, heykəllər, böyük hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən iri qazanlar düzəldirdilər. (Səba surəsi, 13)
    Müsəlmanların təmizliyə riayət etmələri, təmiz qidalarla qidalanmaları, geyimlərini, evlərini təmiz saxlamaları da Quranın hökmüdür:
    Geyimini təmiz saxla! Pis şeyləri tərk et. (Müdəssir 4-5)
    Qurandakı ayələrdən zinət əşyalarının haram olmadığı məlum olur.Allah məscidlərə gedərkən gözəl geyinməyi buyurur.
    Məscidlərə (gedərkən) gözəl geyimlərinizi geyin. Yeyin-için, lakin israf etməyin.

    'Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti … kim haram etmişdir?' (Əraf surəsi, 31-32)

    Müsəlmanlar xarici görünüşləri, geyim tərzləri ilə də İslamı təbliğ edirlər. Bir hədisdə Peyğəmbərimiz (səv) belə buyurur:

    Sonsuz gözəl Allah gözəlliyi bəyənir. Gözəl geyinmək təkəbbür deyil, təkəbbür (nemətin əsl Sahibini unudub) haqqı inkar etmək, insanlara alçaldıcı, hörmətsiz münasibət bəsləməkdir. (Kütüb-i Sitte, 7-ci cild, səh. 208)

    Yuxarıdakı nümunələrdən görürük ki, İslam hər şeyin ən gözəlini buyurur. İncəsənətdən uzaq olmaq insanların ruhundakı incə düşüncəni və gözəl xüsusiyyətləri öldürür. Bu insanlar danışıq-davranışlarında kobudluq edir, təbiətdəki gözəlliklərə biganə yanaşırlar. Halbuki Allah sözlərin ən gözəlini deməyi, incə düşüncəli olmağı buyurur. Allah ən gözəl sənətkardır. Yerdə, göy üzündə, dənizlərdə yüzlərlə gözəllik var və bunları görməmək böyük itkidir.

    Bunlara rəğmən dinimiz dünyaya “qara çadra”, terror dini, müsəlmanlar isə zəif dünyagörüşlü, təhsildən, incəsənətdən uzaq insanlar kimi tanıdılmışlar. Müsəlmanların bu şəkildə tanınmasına səbəb isə dinə aid olduğu iddia edilən saxta hədislərdir. Din xadimlərinin çoxunun “rəsm çəkmək, heykəltaraşlıqla məşğul olmaq, musiqi dinləmək, gözəl görünmək haramdır”, “qız uşaqlarının təhsili lüzumsuzdur”, “müasir texnologiyalardan, internetdən istifadə edilməsi günahdır” kimi İslama aid olmayan fətvalarını hər kəs eşitmişdir. Namaz qılmayanların öldürülməsi, zina edənlərin rəcm (daş-qalaq) edilməsi, başqa dinlərdən olanların öldürülməsinin günah olmaması kimi dəhşətli hökmlər ehtiva edən hədislər sülh və əmin-amanlıq dininin terror dini kimi tanınmasına səbəb olub.
    Halbuki İslam şəfqət dinidir və “dində məcburiyyət yoxdur” ayəsinin hökmü ilə başqa inanclı insanların haqları qorunmuşdur. Hər kəs düşüncələrində, ibadətlərində, fikrini bildirməkdə azaddır. Allah İslam dininin hökmləri ilə insanlara rahatlıq və asanlıq yaratmışdır.
    Qurandakı İslam modeli fərqli inanclara tolerant yanaşmanı, incəsənəti, təmizliyi, sevgini və mərhəməti təşviq edir. Müsəlmanların bu xüsusiyyətləri özlərində birləşdirməsi bütün dünyada İslam dini haqqında formalaşdırılan qaranlıq fikirləri yox edəcəkdir.

    Aysel Aydın
    loading...