Xəbər lenti
Axtar
Ən çox oxunan
  • DTX-dan sosial şəbəkələrlə bağlı MÜHÜM ADDIM
  • “Bu yol çox böyük bir yolun davamıdır” Aqil Acalov
  • Millət vəkili Q.Paşayeva AŞPA-da çıxış edərək Ermənistan baş naziri Paşinyanın öz oğlunu hərbi xidmət üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına göndərməsindən danışdı.
  • Görünməyən silah HAZIRLANIR – Hamı yüksək radiasiyaya MƏRUZ QALACAQ
  • Piramidalar haqda şok: 1922-ci ildə araşdırma zamanı...
  • Rəsmi Bakıdan Əliyev-Paşinyan görüşü ilə bağlı açıqlama
  • İnfarkta səbəb olan energetik içkilər - Video
  • SON DƏQİQƏ: Azərbaycan ordusu irəliləyir - Ermənilər Dağlıq Qarabağı boşaldır - VİDEO
  • Ayın bu görüntüsü böyük maraq doğurdu - Foto
  • Millət vəkili Q.Paşayeva Dünya Müsəlman-Türk və Suriya Türkmənləri qurultayında çıxış edib
  • Qadınlar niyə kişilərdən çox yaşayır? Təəccüblü səbəb
  • 7 ilə 58 milyon iş yeri açılacaq - Hesabat
  • İnsan bədənində gələcəyi görən vəzi - Üçüncü göz
  • Ərdoğan: Türkiyə Azərbaycana hər cür dəstəyi göstərməkdə davam edəcək
  • Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənver Bakının işğaldan azad edilməsinin 100-cü ildönümündə iştirak etmək üçün ölkəmizdədir
  • Azərbaycanda Bilik Günüdür
  • Azərbaycan düşməni lərzəyə salan yeni qırıcılar alır
  • "Hər kəs ayıq-sayıq və dövlətin yanında olmalıdır" - Cavid Qurbanov
  • Həsənbəy Zərdabi küşəsi çirkab suları işində
  • Gənc Kikbokscu qadın Gunay Sun Moon Haciyeva niyə qəzəbləndi?
  • Ermənilər Abdal- Gülablıda da qaz yandırdılar... - Bu saatlarda isə Bərdə qaza həsrət qalıb
  • ÖLKƏDƏ TƏLATÜM: Rüşvətxor məmurların HƏBSİ başlayır - Prezidentin yeni proqramının şok sirri
  • Azərbaycan Türkmənistandan "hava hücumuna" məruz qaldı
  • Kastamonu şəhərinin gənc fəalları Bakının gəzməli-görməli yerlərilə tanış oldular
  • Astronomlardan xəbərdarlıq: “Planetimizi qara dəlik uda bilər”
  • 11 Ekm 2017, 14:38   
        334
    İnsanı sevdirən gözəl əxlaqıdır

    İnsanı sevdirən gözəl əxlaqıdır
    Hər birimiz gözəl əxlaq ifadəsini eşitmişik, hər insana görə də bu anlayışın fərqli mənaları var. Ancaq ortaq nöqtə odur ki, hər kəs özü ilə gözəl davranılmasını, yəni onunla gözəl rəftar edilməsini istəyir. Ümumi olaraq gözəl əxlaq deyildikdə “nəzakətli, mehriban, gülərüz, əliaçıq, səmimi, etibarlı, ailəcənab, şəfqətli kimi davranışlar” nəzərdə tutulur. Bu cür davranışları görmək hər birimizin arzusudur və biz hər zaman bunu istəyirik. İnsanlar gözəl kimi təsvir etiyimiz davranışların əksini (məsələn, yalan danışmaq, xəsislik etmək, vəfasız, qəddar olmaq, kobud rəftar etmək və s.) görəndə isə çox məyus olurlar.
    Allah hər birimizin fitrəni elə yaradıb ki, biz gözəl əxlaqdan zövq alırıq. İnsanı sevdirən də göstərdiyi gözəl əxlaq və etdiyi yaxşılıqlardır. Siz də mənimlə razılaşarsınız, elə deyilmi? Fikirləşin, bir insan fiziki olaraq çox gözəldir, paltarları, evi, maşını, işi də çox gözəldir, ancaq o insanın davranışları yaxşı deyilsə, insan istər-istəməz onu çox dərin sevgi ilə sevə, onunla dost və sirdaş ola bilməz. Bu vəziyyətin əksini də fikirləşə bilərik, bir insan kasıb olar, fiziki görüşü çox da gözəl olmaya bilər, ancaq yaxşılıqlarına görə onu çox sevər, hörmət edər, onunla candan dost olarsan. Sizə son zamanın ən məşhur filimlərindən olan “Gözəl və Çirkin” (The beauty and the beast) kinosundan bu mövzu ilə əlaqədar nümunə vermək istəyirəm. Baş roldakı Belle adlı qızı Qastron adlı keçmiş əsgər oğlan istəyir. Baxmayaraq ki, bu oğlan Çirkindən (the Beast) fiziki olaraq çox yaraşıqlıdır, ancaq qız gözəl əxlaqına görə Çirkini sevir. İlk dəfə Çirkini görəndə çox qorxan qız sonra onun fədakarlığını, sevgisini, şəfqətini, cəsarətini görür və ona aşiq olur.
    Bəs necə olur ki, biz gözəl əxlaqı sevirik, gözəl olmayan davranışları görəndə isə bu bizə xoş gəlmir? Çünki bizi yaradan Allah bizim fitrətimizi də Qurana görə müəyyən edib, gözəl əxlaq dediyimiz bütün anlayışlar, əslində, Quranda izah edilib. Gözəl əxlaq Allahın Quranda bildirdiyi davranışlardır, yəni Allahın bizdən istədiyi əxlaqdır, Qurana tabe olmaqdır. İnsan gözəl davranışlar göstərəndə hər şeydən öncə Allah onu sevər, həyatını gözəl edər, eləcə də ətrafındakı insanlara da sevdirər. İnsanı da xoşbəxt edən, mənəvi rahatlıq bəxş edən Allah üçün göstərdiyi gözəl əxlaqdır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu:
    «Tərəziyə qoyulacaq ən ağır şey gözəl əxlaqdır»
    Hər nə çətinliklə rastlaşsanız da, hər zaman Allah üçün gözəl əxlaqlı olun, gözəl əxlaqda, Quranı həyata keçirməkdə, yaxşılıq etməkdə, sevgi göstərməkdə nümunə olun. Ola bilər ki, gözəl əxlaqlı olmaq çətindir, insan vicdanına tabe olanda bəzi çətinliklər yaşaya bilər, məğlub kimi görünə bilər, ancaq hər zaman yaxşı insanlar xoşbəxt və qalib olacaqlar inşaAllah.
    Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar. (İsra surəsi, 19)
    Nəzakət Bədirova
    loading...