Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Polşadan Azərbaycana velosipedlə gəldi – VİDEO
  • Azərbaycan dili Quql səsli axtarış sisteminə daxil edildi
  • NASA mütəxəssisi etiraf etdi: “UFO-lar dünyaya bu yolla gələcəklər”
  • Bu gün Ələkbərov Arifin Şəhadət günüdür
  • Bircə şamla isidilən hamamın SİRRİ
  • Votsap, Viber və Teleqram istifadəçilərinin diqqətinə!
  • Hakimiyyətdən nüvə zərbəsi ilə bağlı xəbərdarlıq: “Hansısa obyektin arxasında gizlənin, dərhal soyunun…”
  • “Rusiya Azərbaycan vətəndaşının öz tarixini öyrənməsinə imkan vermir”
  • “Türkiyə nüvə silahına sahib olmağa çalışacaq...” – Moskvadan qorxunc SSENARİNİN PROQNOZU
  • Dünyada ən böyük OLED displey yaradıldı
  • Xəbərdarlıq: Zərərli proqram təminatlarının sayı artdı
  • Toyuğun kəsib atdığımız bu hissəsi Çinə 50 milyon dollara satılır
  • Sevgilinizi düz seçmisiniz? Bunu öyrənməyin sadə yolu
  • Qəbirdə dirilən qız öz yas mərasiminə gəldi – ŞOK HADİSƏ
  • Şimali Koreya nüvə ölkəsinə nə vaxt çevriləcək? - Rəsmi Seuldan açıqlama
  • Amerikanın nüvə raketləri Azərbaycanda?
  • Rusiya Ermənistana xüsusi təyyarə göndərib
  • Yeni planet kəşf edildi - “Atatürk” adı verilə bilər
  • ABŞ-ın gizli xəritəsi tapıldı: Yeni terror dövləti yaradılır - PKK şimala nəzarət edəcək
  • Azərbaycan bu siyahıda birinci yerdədir
  • Yataqda ideal tərəf müqabiliniz - Bürclərə görə intim həyat
  • Vay-Faydan 100 dəfə sürətli texnologiya kəşf edildi
  • Rusiyadan Azərbaycanla sərhəddə xüsusi rejim
  • Kibrit belə hazırlanır - VİDEO
  • Rusiya 10 ilə elektromobillərə keçəcək
  • VƏTƏN OĞULLARA SİLAHLAN DEYİR!

    07 May 2017, 18:03   
        359
    VƏTƏN OĞULLARA SİLAHLAN DEYİR!


    VƏTƏN OĞULLARA SİLAHLAN DEYİR!

    Çağırıb keşiyə səsləyir yenə,
    Vətən oğullara silahlan deyir.
    Qələbə naminə, zəfər eşqinə,
    Hər biriniz olun bir aslan -deyir,
    Vətən oğullara silahlan deyir.

    Bizimdi sökülən, bizimdi itən,
    Hünər meydanına səsləyir vətən.
    -Sən Babək əslisən, Qorqud nəslisən,
    Hazır ol, döyüşə gəl atlan deyir,
    Vətən oğullara silahlan deyir.

    İz salıb, qoynunda yağılar gəzir,
    Nəbinin yurdunda dığalar gəzir.
    Analar dilində ağılar gəzir,
    Qisasa qisasdı,qana qan deyir,
    Vətən oğullara silahlan deyir.

    Füzuli virandı,izi qalmayıb,
    Ağdamın adı var,özü qalmayıb,
    Yaram var sinəmdə,yox,sağalmayıb,
    Xocalım inləyir,Şuşam can verir,
    Vətən oğullara silahlan deyir.
    Gəl deyir Şirvana, Milə, Muğana,
    Gəl deyir son qoyaq qana, qırğına,
    Bu odlar yurduna, Azərbaycana,
    Xoş xəbər yayılsın Şuşadan, deyir
    Vətən oğullara silahlan deyir!

    ================================


    DÖYÜŞLƏRDƏ UDMALIYIQ BİZ DÖYÜŞÜ.
    -------------------------------------------------------
    Yorulmuşuq usanmışıq dinləməkdən
    Yetər daha kürsüdəki söz döyüşü!
    Qələbəyə zəfərlərə çatmaq üçün
    Gecdi sabah, başlayağın tez döyüşü!

    Sülh gətirməz, yad gətirər xəta bizə,
    Qoya bilməz qarşımızda veto bizə.
    Gərək deyil ATƏT bizə, NATO bizə,
    Ey millətim, meydanlarda çöz döyüşü!

    Ömrümüzü dərd etməsin yurd-yuvasız,
    Yurdumuzu yurd etməsin yurd-yuvasız.
    Ərlərimi pərt etməsin yurd-yuvasız,
    Bu ərlərim görüb qanlı yüz döyüşü.

    Var cürətin, cəsarətin, həm də gücün
    Var qüdrətin düşmənini əzmək üçün
    Bir millət tək başı uca gəzmək üçün
    Döyüşlərdə udmalıyıq biz döyüşü
    Bəsdir daha gözlədiyin, qalx millətim.
    Yetər daha bu həsrətin,bu zillətin.
    Silah götür, səngərində dayan mətin,
    Döyüş, vuruş, qələbəylə üz döyüşü!
    Yetər daha kürsüdəki söz döyüşü.!

    QURD OLMAĞIN VAXTI ÇATIB.
    Talan olmuş yurd yerində,
    Yurd olmağın vaxtı çatıb.
    Bəsdir yatdıq ey igidlər,
    Mərd olmağın vaxtı çatıb.

    Səngərləri yara-yara,
    Gücü verib silahlara.
    Bizdən indi yağılara,
    Dərd olmağın vaxtı çatıb.

    Əyilməzi Türklər əyib,
    Məğlub olmaq Türkə eyib.
    Qarabağ yox,TURAN deyib,
    Qurd olmağın vaxtı çatıb.

    27.7.2015.

    Vətən üçün ağlayıram.
    Öz dərdimi unutmuşam,
    Vətən üçün ağlayıram.
    Qarış-qarış vətənimdən,
    İtən üçün ağlayıram.

    Həsrət nədir aradakı?
    Bir deyilmi Təbriz Bakı?
    Bu taydakı, o taydakı,
    Bu tən üçün ağlayıram.
    Tarixim var, nəs illərlə,
    Güllələndik nəsillərlə.
    Bu millətə əsrlərlə,
    Sitəm üçün ağlayıram.

    Şah babamın taxtı üçün,
    Taxtının xoş baxtı üçün,
    Baxtının şeş vaxtı üçün,
    Ötən üçün ağlayıram.

    Göyçə, Dərbənd, Zəncan üçün,
    Anam, Azərbaycan üçün,
    Ağır keçən bu an üçün,
    Bu dəm üçün ağlayıram,
    Vətən üçün ağlayıram.
    Konuşma Sonu