Xəbər lenti
Axtar
Ən çox oxunan
  • DTX-dan sosial şəbəkələrlə bağlı MÜHÜM ADDIM
  • “Bu yol çox böyük bir yolun davamıdır” Aqil Acalov
  • Millət vəkili Q.Paşayeva AŞPA-da çıxış edərək Ermənistan baş naziri Paşinyanın öz oğlunu hərbi xidmət üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına göndərməsindən danışdı.
  • Görünməyən silah HAZIRLANIR – Hamı yüksək radiasiyaya MƏRUZ QALACAQ
  • Piramidalar haqda şok: 1922-ci ildə araşdırma zamanı...
  • Rəsmi Bakıdan Əliyev-Paşinyan görüşü ilə bağlı açıqlama
  • İnfarkta səbəb olan energetik içkilər - Video
  • SON DƏQİQƏ: Azərbaycan ordusu irəliləyir - Ermənilər Dağlıq Qarabağı boşaldır - VİDEO
  • Ayın bu görüntüsü böyük maraq doğurdu - Foto
  • Millət vəkili Q.Paşayeva Dünya Müsəlman-Türk və Suriya Türkmənləri qurultayında çıxış edib
  • Qadınlar niyə kişilərdən çox yaşayır? Təəccüblü səbəb
  • 7 ilə 58 milyon iş yeri açılacaq - Hesabat
  • İnsan bədənində gələcəyi görən vəzi - Üçüncü göz
  • Ərdoğan: Türkiyə Azərbaycana hər cür dəstəyi göstərməkdə davam edəcək
  • Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənver Bakının işğaldan azad edilməsinin 100-cü ildönümündə iştirak etmək üçün ölkəmizdədir
  • Azərbaycanda Bilik Günüdür
  • Azərbaycan düşməni lərzəyə salan yeni qırıcılar alır
  • "Hər kəs ayıq-sayıq və dövlətin yanında olmalıdır" - Cavid Qurbanov
  • Həsənbəy Zərdabi küşəsi çirkab suları işində
  • Gənc Kikbokscu qadın Gunay Sun Moon Haciyeva niyə qəzəbləndi?
  • Ermənilər Abdal- Gülablıda da qaz yandırdılar... - Bu saatlarda isə Bərdə qaza həsrət qalıb
  • ÖLKƏDƏ TƏLATÜM: Rüşvətxor məmurların HƏBSİ başlayır - Prezidentin yeni proqramının şok sirri
  • Azərbaycan Türkmənistandan "hava hücumuna" məruz qaldı
  • Kastamonu şəhərinin gənc fəalları Bakının gəzməli-görməli yerlərilə tanış oldular
  • Astronomlardan xəbərdarlıq: “Planetimizi qara dəlik uda bilər”
  • 31 Ara 2014, 08:18   
        392
    Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin tikintisi başa çatıb

    Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun Gürcüstan ərazisindəki hissəsinin tikintisi başa çatdırılıb. BTQ layihəsinin Gürcüstan hissəsində heç bir problem yoxdur. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu fikirləri APA-ya açıqlamasında BTQ layihəsinin Gürcüstan tərəfinin tikintisinə rəhbərlik edən "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin Gürcüstan filialının direktoru Qurban Piriyev deyib. Qurban Piriyev qeyd edib ki, yolun bu hissəsində sınaq qatarı xəttə buraxılıb. Axalkalakidən yola çıxan qatar dekabrın 26-da axşam Türkiyə ilə sərhəddəki Karçaxi stansiyasına çatıb.

    Hazırda yolun Türkiyə ərazisindəki hissəsində işlərin cədvəl üzrə getdiyini bildirən Q.Piriyev deyib ki, burada xəttin uzunluğu 74 kilometrdir. Artıq tunellər tikilib və əsas yolda torpaqlama işləri aparılır. İşlərin gələn ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.


    Onun sözlərinə görə, layihə istifadəyə verildikdən sonra bu xətt ilə ildə 5 milyon ton yük daşınacaq və gələcəkdə bu yol ilə 15 milyon ton yük daşınmağı nəzərdə tutulub: “Bununla əlaqədar gələcəkdə yük daşımalarına tələbat artarsa, qoşa dəmir yolu tikiləcək”.

    Q.Piriyev bildirib ki, tikintisinə 2007-ci ildə başlanılan yolun yardımçı hissələr də daxil olmaqla Gürcüstan ərazisindəki ümumi uzunluğu 245 kilometrdən çoxdur. Bunun yalnız 185 kilometri birbaşa istifadə üçündür və baş yol hesab olunur.

    “Buradan Türkiyə sərhədinə - Karçaxi stansiyasına qədər olan hissə Avropa standartlarına uyğun inşa olunub. Bu yola uyğun olaraq Almaniyadan yeni lokomotiv də alınıb.
    Biz mənfi 12 dərəcədə, çöl şəraitində 2000-2500 hündürlükdə dəmir yolu xəttində təkərlərin dəyişməsini həyata keçirəcəyik. Avropada belə relyef şəraitli yük daşınma üçün nəzərdə tutulan dəmir yolu yoxdur. Cavaxetiya bölgəsində havaların sərt keçməsinə baxmayaraq çətin işləri yerinə yetirmişik. Kartsaxidə Avropa infrastrukturlarına uyğun obyektlər tikilib. Gürcüstan ərazisində BTQ layihəsinin tikintisinə 775 milyon dollar güzəştli şərtlərlə kredit ayrılıb", deyə Piriyev qeyd edib.

    Qurban Piriyev açıqlamasında gələcək layihələr barədə də məlumat verib. "2014-cü ildə sınaq qatarı üçün yol hazırlanıb, 2015-ci ildə isə layihədə nəzərdə tutulan ümumi işlərimiz sona çatdırılacaq: "BTQ dəmir yolu layihəsi Qarsa çatan kimi, Qarsdan Naxçıvana da 224 kilometr uzunluğunda yeni dəmir yolu çəkilməsi layihəsi var. Onun başlanma müddəti isə Azərbaycan və Türkiyə dövlətləri arasında aparılacaq danışıqlardan sonra məlum olacaq".

    Q. Piriyev Almaniyanın "Ştadler" firmasından sərnişin qatarları alacaqlarını və vaqon tikintisinin Gəncədə də həyata keçiriləcəyini bildirib: "Bu yol 3 dövləti və Avropa ilə Asiyanı birləşdirir. Bu yol ilə yalnız yük deyil, eyni zamanda dostluq, qardaşlıq, ənənələr, xeyirxah işlər daşınacaq. BTQ xalqlarla əlaqələr yaradır və onları birləşdirir".

    Qurban Piriyev dəmir yolunun keçdiyi ərazilərdə yaşayan insanların bu layihəyə olan münasibətindən də danışıb və BTQ-nin 185 kilometr sahəsindən sonra olan 100 kilometr hissəsində qeyri-gürcü əhalisi yaşadığını bildirib: “Ən ciddi problem dəmir yolunun Gürcüstanın Cavaxetiya bölgəsində, ermənilərin yığcam yaşadıqları ərazilərdən keçən hissəsində yaranıb. Ermənilər müxtəlif üsullarla yolu bağlamağa, təxribatlar törətməyə cəhd göstəriblər. Azərbaycanın və Gürcüstanın dövlət başçılarının səyi nəticəsində bu problem həllini tapdı. Bu problemin həllində biz prezident İlham Əliyevin qətiyyətinin, dəstəyinin və əzmkarlığının bir daha şahidi olduq. Məhz dövlətimizin başçısının səyi və qətiyyəti nəticəsində problem öz həllini tapdı. Buna görə, gürcü xalqı da Azərbaycan prezidentinə minnətdardır. Biz Azərbaycan dövlətinin söz sahibi olduğunu hər saniyə burada hiss etmişik. Güclü dövlətin vətəndaşı olmaq şərəfdir", deyə Qurban Piriyev vurğulayıb.

    Q. Piriyev bildirib ki, BTQ layihəsinin Gürcüstan hissəsində ilk qatarın rəsmi sınaq mərasimi yaxın günlərdə Azərbaycan və Gürcüstan dövlətlərinin rəsmilərinin iştirakı ilə baş tutacaq.

    XEBERTV.AZ
    loading...