Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
  • Türk dünyası ilə bağlı dərsliklər qəbul edildi - FOTO
  • Xaricdə təhsil almaq istəyənlərin nəzərinə...
  • İlham Əliyev: "Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq"
  • Şok iddia: ölülərlə danışmaq mümkün olacaq
  • Xaricdən idarə olunan feyk hesablarla şantaj halları var - XƏBƏRDARLIQ
  • İlkin Süleymanovun məhkəməsi: Nərmin Quliyevanı sonuncu dəfə görən şahid DANIŞDI
  • Rövşən Əkbərovun səhhətində PROBLEM YARANDI
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • Fitrə zəkatı nə qədər verilməlidir? - Video
  • İlham Əliyev Emmanuel Makronu təbrik etdi
  • “WhatsApp”a yeni funksiya əlavə edilib - Gizli fotolara giriş...
  • Soyqırımdan danışanlar Xocalıya baxsınlar – Hulusi Kılıç
  • "Azərbaycan-Türk Xalqları Qardaşlığı" İctimai Birliyinin fəaliyyətindən bəhs edən jurnalın təqdimatı keçirildi
  • Dünya azərbaycanlılarının Şuşa Zirvəsi: Diasporumuzun tarixi inkişaf yolu
  • Qədr gecələri nə vaxtdır? - QMİ
  • Deputat: "Operativ Qərargahdan xoş xəbərlər veriləcək" - VİDEO
  • Azərbaycanla 10 mühüm saziş imzalandı - Japarov
  • Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad etdilər.
  • Özbəkistanda Azərbaycan şöləni - Foto
  • Ailəsindən gizli döyüşə gedən əsgərimiz ŞƏHİD OLDU-ŞƏHİDİM_01
  • Tanınmış qələm ustadı Nəcibə İlkinin "Şəhidliyin Əli və İslam zirvəsi" adlı kitabının təqdimatı keçirildi
  • Dünyada Ərdoğan kimi siyasətçi azdır - Peskov
  • Türkiyə Müdafiə Nazirliyindən 31 Mart Soyqırımı Günü ilə bağlı PAYLAŞIM
  • 15 May 2022, 07:14   
        107
    Dollar bahalaşır: son 28 ilin ən sərt faiz artımı…

    Dollar bahalaşır: son 28 ilin ən sərt faiz artımı…

    ABŞ mərkəzi bankı funksiyasını həyata keçirən Federal Ehtiyatlar Sistemi (FES) bu həftə növbəti toplantısını keçirərək, son 28 ilin ən sərt faiz artımını edə bilər.

    XEBERTV.AZ Sfera.az-a istinadla xəbər verir ki, bazarlar FES-in uçot dərəcəsini 0,75 bənd artıracağını gözləyir. Fyuçer qiymətləndirmələrinə əsasən FES-in buhəftəki iclası da daxil olmaqla, növbəti üç iclasda 1,75 faiz bəndi faiz artımına gedəcək. İlk iclasda faizlər 0,75 bənd, növbəti hər bir iclasda isə 0,5 bənd artım elan olunacağı proqnozlaşdırılır.

    FES-in bu cür sərt tədbirlərə əl atması ABŞ-da keçən həftə açıqlanan inflyasiya göstəriciləri ilə bağlıdır. Ötən həftə açıqlanan məlumatlara görə, istehlakçı qiymət indeksi mayda illik 8,6 faiz artaraq, 1981-ci ilin dekabrından bəri ən yüksək artım göstərib.

    ABŞ Maliyyə Nazirliyi və FES inflyasiya proqnozunun daha da pisləşməsindən narahatdırlar. Ehtimal edir ki, FES maliyyə siyasətini sərtləşdirməsə illik inflyasiya 9 faizə çata bilər.

    ABŞ-ın maliyyə mütəxəsisləri hesab edir ki, mövcud vəziyyət staqflyasiyanın (bahalaşma və işsizliyin eyni anda baş verməsi – red.) əlamətləridir. Onların qənaətincə, bu hal uzunmüddətli olarsa, ABŞ iqtisadiyyatını tənəzzülə sürükləyəcək.

    Qeyd edək ki, faiz dərəcələrinin sərt şəkildə artırılacağı gözləntisi dolları yenidən bahalaşdırır. İyun ayının əvvəlindən bəri dollar təxminən 3,7 faiz bahalaşıb.
    loading...