Xəbər lenti
Axtar
04 Oca 2021, 13:17   
    119


"OPEC+ sazişinin imzalanması dünya neft bazarını xilas etdi" - Aleksandr Novak

Ötən il neft hasilatı ilə bağlı OPEC+ sazişinin imzalanması dünya neft bazarını xilas etdi.

XEBERTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.

Nazir müavini bildirib ki, OPEC+ formatı öz aktuallığını itirməyib:

"Bu format neft bazarına inam verir və tələb-təklif balansını qorumağa imkan yaradır. Əgər OPEC+ öz aktuallığını itirsəydi, o, bu gün işləməzdi".

A.Novak əlavə edib ki, neft hasilatının azaldılması ilə bağlı hazırkı OPEC+ sazişi 2022-ci ilin mayınadək qüvvədədir.

Qeyd edək ki, bu gün OPEC+ ölkələrinin növbəti iclası keçiriləcək.
loading...