Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Əlvida kapitalizm! - Yeni sistem yaradılır
  • Şok iddia: Yadplanetlilər burnumuzun ucundadır
  • Tramp kütləvi etirazlar zamanı BUNKERDƏ GİZLƏNİB
  • Azərbaycanda tikinti zamanı qədim əşyalar tapıldı
  • Koronavirus Uhan bazarından yayılmayıb - İDDİA
  • Bu gün Uhud döyüşü və həzrət Həmzənin şəhadət günüdür
  • Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
  • İranda silahlı qruplaşma üzvləri ilə sərhədçilər arasında atışma olub, ölənlər var
  • Osmanlı dövləti haqda mobil oyun avstraliyalı qızı müsəlman etdi...-İBRƏTAMİZ-VİDEO
  • Azərbaycanda Respublika Günü qeyd edilir
  • İran şokda: Pulların üzərində "Yaşasın Azərbaycan" şüarı - FOTO
  • Ermənilərin atdığı ehtimal edilən top mərmisi tapıldı
  • Pakistanda baş verən “A-320” qəzasının şok sirləri – Elmi-lədun
  • Bakıda mağazalara girdi, hamının borcunu ödədi - Video
  • "Ermənilər Şuşada törətdikləri təxribatla xalqımızın əsəblərini tarıma çəkmək istədilər"
  • Ermənistanı yerlə-yeksan edəcək sistem: Azərbaycanın elə gizli silahları var ki... - General SİRLƏRİ AÇDI
  • Ramazanda fitrə nə vaxtadək verilməlidir? - VİDEO
  • Deputat: Əhali təkidlə müharibə istəyir... – Video
  • Azərbaycan əsgəri, Şuşanı Vur, Xankəndini Vur!
  • Araikdən yeni provokasiya: “məclis”i Şuşaya köçürür
  • Mumiyalarla bağlı yeni kəşf
  • DTX Elçin Quliyevin müavinini belə saxladı - Əməliyyatın VİDEOSU
  • "Qeyrəti olan hər vətəndaş bu gün Ali Baş Komandanın Şuşa ilə bağlı əmrini gözləyir…"
  • Şəhidlər məzarının istinad divarı uçuruldu.
  • Koronavirusu bir saniyədə tapan lazer icad olundu
  • 16 Mayıs 2020, 21:37   
        119

    BAKI-XEBERTV.AZ
    "Laçın" tankeri Aralıq dənizinə gedir? - Rəsmi

    Ötən ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə istismara verilən və ilk milli istehsalımız olan tanker tipli “Laçın” gəmisinin Azərbaycan bayrağı ilə xarici sularda fəaliyyət göstərməsinə qərar verilib.

    XEBERTV.AZ xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) Axar.az-a verilən məlumata görə, dizel yanacağı ilə yüklənmiş “Laçın” tankeri artıq ilk səfərinə hazırdır. Gəmi Bakı Limanından üzü Gürcüstanın Kulevi limanı istiqamətində səfərə yollanacaq. Volqa-Don kanalı ilə Rusiyanın daxili sularından keçərək Kulevidə də əlavə yüklənmə olduqdan sonra Türkiyəyə doğru istiqamət alacaq. “Laçın”ın apardığı yükün Türkiyənin Gebze limanına çatdırılması planlaşdırılır.

    Daimi heyəti 11 nəfərdən ibarət gəmi bundan sonra Qara və Aralıq dənizləri hövzələrində maye yükdaşımaları həyata keçirəcək. Uzunluğu 141 metr, eni 16,9 metr olan yeni nəsil “Laçın” tankeri təkcə Azərbaycanın beynəlxalq yükdaşımalarda mövqeyinin möhkəmlənməsində deyil, xarici sularda ölkəmizin təmsil və təbliğində də mühüm rol oynayacaq.

    Xatırladaq ki, ASCO-nun Xəzərdənkənar beynəlxalq sularda fəaliyyəti uzun fasilədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə 2014-cü ildə “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə bərpa olunub. “Laçın” gəmisinin istismarına başlanması ilə Gəmiçiliyin Xəzərdən kənarda üzən gəmilərinin sayı 15-ə çatıb. Onlardan 12-si quru yük, 3-ü tankerdir.
    loading...