Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Azərbaycanda insanlara yalnız bu hallarda evdən çıxmağa icazə verildi - RƏSMİ
  • Koronavirusu sürətlə yayan vasitə BƏLLİ OLDU
  • Son məlumat: Koronadan ən çox ölüm bu ölkədə baş verdi
  • Koronavirusa qarşı yeni MÜBARİZƏ üsulu tapdılar - Dünyanın danışdığı görüntülər (VİDEO)
  • Azərbaycanda vətəndaşlara pul yardımı ediləcək? - RƏSMİ
  • Dünyanı ayağa qaldıran 20 trilyon dollarlıq İDDİA - Koronavirus kütləvi ölümlərə yol açmaq üçün yaradılıb
  • Koronavirusun regionlarda aşkarlanması ciddi həyəcan siqnalıdır - AÇIQLAMA
  • Azərbaycanda xüsusi karantin rejimi başladı
  • Azərbaycanlı məşhurlara örnək: Kirayə haqqı...
  • Türkiyəli həkim: Koronavirus 3-4 aya...
  • ABŞ koronavirusa görə Azərbaycana pul ayırdı
  • Əsgərlər ehtiyata buraxılacaq? - Açıqlama
  • Korona nə qədər davam edəcək? – Harvard İnstitutu
  • Dünyanı koronadan o ölkə xilas edəcək – Öngörü
  • "Çox qısa bir zamanda yaramaz erməni snayperi düz alnından vuruldu..."
  • "Karantinə əməl etməsək, 1 həftəyə Bakıda 600 min insan koronavirusa yoluxar" – Tanınmış transplantoloq
  • “Genişmiqyaslı epidemiya olsa, bunun altından çıxa bilməyəcəyik” - İbrahim Məmmədov
  • Orqanizm korona ilə bu cür savaşır - Video
  • Yadplanetlilərin qaçırdığı azərbaycanlı nələr danışdı?
  • 23-45 yaşlı insanlarda bu əlamətlər varsa... - KORONAVİRUSUN YENİ SİMPTOMLARI
  • ÜST-dən ölkələrə çağırış: Hücuma keçin!
  • Ermənistan ordusunda koronavirus yayıldı
  • 10 minə qədər vətəndaşımız müxtəlif ölkələrdən Azərbaycana gətirilib - Operativ Qərargah
  • Yol polisi: Karantin rejimini pozanlar məsuliyyətə cəlb ediləcəklər
  • Azərbaycanda daha bir nəfər koronavirusdan öldü - RƏSMİ
  • 16 Mar 2020, 07:40   
        113



    Əgər neft uzun müddət bu qiymətdə qalarsa... – Rüstəmov

    Azərbaycan iqtisadiyyatı neftin düşməsinə kifayət qədər dayanıqlıdır.

    XEBERTV.AZ xəbər verir ki, bu sözləri Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov Real TV-nin “Mir Şahin vaxtı” verilişinə müsahibəsində deyib.

    O bildirib ki, 2015-ci ildə ölkə iqtisadiyyatı ilə bağlı bir sıra tədbirlər görülüb:

    “Biz iqtisadiyyatı yeni neft qiymətlərində tarazlaşdırmağa nail olduq. Neftin qiymətlərini həm sosial-iqtisadi inkişaf proznozlarımızda, həm də büdcəmizdə azaltmağa doğru getdik. 2015-ci ildə büdcədə neftin qiyməti 90 dollardan götürülmüşdü. Amma hazırkı büdcəmizdə neftin qiyməti 55 dollardan götürülüb”.

    E.Rüstəmov deyib ki, dollar 1,7 manatla stabilləşib:

    “Biz 2018-19-cu illərdə müşahidə etdik ki, manatın məzənnəsində ucuzlaşma yox, bahalaşma təzyiqləri vardı. Həmin dövrdə kifayət qədər valyuta ehtiyatları da yaratdıq”.

    Baş bankirin sözlərinə görə, büdcədə neftin 55 dollardan götürülməsi sosial layihələri yüksək səviyyədə icra etməyə imkan verib:

    “Lakin bu gün neftin qiyməti düşüb. Amma Azərbaycan iqtisadiyyatı üçün təhlikəli zonada deyil. Makroiqtisadi fundamentallara baxsaq, bu, bizim ilk növbədə strateji valyuta ehtiyatlarımızdır ki, ÜDM-nin 110 fazinə çatır. Xarici borcumuz ÜDM-dən dəfələrlə aşağıdır. Bütövlükdə bütün bunlar bizə imkan verir ki, indiki situasiyaya optimist baxaq”.

    Onun sözlərinə görə, neft hazırda çox ucuzlaşsa da, ilin əvvəlindən indiyə qədər orta qiymət hələ ki, 58 dollardır:

    “Buna iki istiqamətdən baxmalıyıq. Əgər bu qiymətlərin enməsi qısamüddətlidirsə və bir həftə, 10 gün müddətinə məcrasına qayıdırsa, cüzi bir şey itirəcəyik. İkinci ssenari isə neftin qiyməti 60 dollar səviyyəsinə qalxmırsa və uzun müddət 30-40 dollar civarında olursa, Azərbaycan iqtisadiyyatında kifayət qədər makroiqtisadi dayanıqlıq var ki, bu intervalda iqtisadiyyatın tarazlığını təmin etsin. Bunun üçün olduqca ciddi əsaslar yaradılıb”.Axar.az
    loading...