Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Rüşvət alan 6 rayonun təhsil şöbəsinin müdiri işdən qovulub - Ceyhun Bayramov
  • “Yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcək”
  • 4 min nəfər Şəhid verdiyimiz Murovdağ Əməliyyatı. Kəlbəcər 1994. Videp ermənilər tərəfindən çəkilib.
  • SON DƏQİQƏ: Ölümcül virus həyəcanı Türkiyəni bürüdü - 12 nəfər nəzarətə götürüldü
  • SƏSİMƏ SƏS VERİN Kİ,SƏSİNİZ OLUM!
  • Dünya ayağa qalxdı - İrəvan və Zəngəzur Azərbaycana qaytarılacaq - Müqavilə QÜVVƏSİNİ İTİRİB
  • Tehranı "Azərbaycan-Türkiyə" şüarları bürüdü - Video
  • Alimlər koronavirusa qarşı peyvənd hazırlayırlar
  • Sadiq Qurbanovun Adamlarının Siyəzəndə Təxribat Xarakterli Çıxışları-YAP-In Şöbə Sədri Digər Namizədlərin Qovulmağını Tələb Edir-VİDEO
  • YAP dan olan Namizəd özünü Deputat kimi Qələmə Verdi.
  • Daşaltı əməliyyatından 28 il ötür
  • Dünyanı fəlakət gözləyir - Professordan qorxunc proqnoz/Video
  • Xocalıda neçə neçə əsgərlər tərəfindən zorlanan 12 yaşlı Azərbaycanlı qız: "Dizlərimi qarnıma çəkib oturdum. Başımı əllərimin arasında sıxıb ağladım"
  • Səfirlik: Türkiyədən təxliyyə edilən azərbaycanlı tələbələr Bakıya gətiriləcək - YENİLƏNİB
  • Elazığ zəlzələsini öncədən deyən professordan yeni - Şok
  • Türkiyədə 3 dəhşətli zəlzələ: 554 yaralı, 18 ölü... - Video
  • Kosmosda sərvət tapıldı - İnsanların həyatı dəyişəcək (FOTOLAR)
  • Vilayət Eyvazovun dəyişdiyi DYP: Bunlarla rastlaşmayacaqsınız! – RƏSMİ AÇIQLAMA
  • Sudan tullanan balıq oğlanın boynunu deşdi - FOTO
  • Azərbaycanlıları belə qırdılar: Rus TV-sində şok - Video
  • Şəhidlərin hansı günahları bağışlanır? - VİDEO
  • Əfsanəli Milli Qəhrəman Fred Asifin qardaşı seçicilərə müraciət etdi
  • 02.02.2020 tarixində nələr BAŞ VERƏCƏK və NƏLƏR ETMƏLİYİK?
  • Azərbaycanda işsizlərin sayı da açıqlandı
  • Qarabağ əlilinin gülsatan qızı: “Məktəbdən çıxdım ki, atamın dərmanlarını alım”
  • 05 Ara 2019, 08:37   
        170


    BAKI-XEBERTV.AZ
    DİQQƏT! Azərbaycanda bu maşınların qiyməti kəskin artacaq
    Gömrük Komitəsinin yaydığı məlumata gör, ölkəyə idxal olunan istehsal tarixi 7 ildən yuxarı avtomobillərə yüksək rüsum qoyulacaq. Artıq bununla bağlı hökumətə müraciət edilib. İrəli sürülən təklifin ekologiyanın təmiz saxlanmasına xidmət edəcəyi qeyd olunur. Bundan əlavə, xarici dövlətlərdə qeydiyyatda olan maşınların da Azərbaycanda 90 gündən artıq sürülməsinə məhdudiyyətlər qoyulub.

    Bəs görək, yeniliklər ölkənin avtomobil bazarına necə təsir edəcək?

    Mövzu ilə əlaqədar avtomobil eksperti Elməddin Muradlı Lent.az -a münasibət bildirib. Ekspert Gömrük Komitəsi tərəfindən atılan addımların avtomobil parkının yenilənməsinə imkan vermədiyini vurğulayıb:

    “Gömrük rüsumlarının artırılması ilə bağlı məsələ 2017-ci ildən qüvvəyə minən kimi qiymət artımı başladı. Bundan əvvəl isə 2015-ci ildə məlum devalvasiya ilə əlaqədar avtomobillərin qiymətində fantastik dərəcədə artım oldu. 2017-ci ildən isə hər il qiymətlər artaraq kəskin bahalaşıb. Ona görə də təklif etmişik ki, rüsumlar heç olmasa 2017-ci ildəki vəziyyətə qayıtsın. Həmçinin elektromobil və hibrid avtomobillər üçün də, əksər ölkələrdə olduğu kimi güzəşt tətbiq olunsun. Ancaq Gömrük Komitəsi bütün cəmiyyətin tam əksinə addımlar atır, avtomobil parkının yenilənməsinə imkan vermir”.

    Elməddin Muradlı görülən işlərin avtomobil bazarına ziyan vuracağını və qiymətlərin artacağını bildirib:



    “Keçirilən son mətbuat konfransı və tədbirlər də bunu deməyə əsas verir. Komitə özü də görür ki, rüsumlar baha olduğundan insanlar Gürcüstan və Rusiyadan işlənmiş maşınlar gətirir. Onları da qeydiyyatdan keçirmədən ölkədə sürürlər. Buna görə də komitə 1 il ölkədə qala bilməzsiniz, 3 aydan artıq qalmaq olmaz, qalırsınızsa vizanın müddətini göstərin və.s kimi yollarla mane olmağa çalışır. Bu açıqlamalardan belə başa düşdüm ki, onlar hər üsulla insanları məcbur edir ki, gəlib qeydiyyatdan keçsinlər. Səmimi olaraq deyirəm ki, komitənin əsas istəyi ekologiyanın, insan sağlamlığının qorunması deyil, rüsumların artması və insanların daha çox müraciət etməsidir. Əgər komitə ekologiyanın qayğısına qalan olsaydı Gürcüstan və İran kimi hibrid və elektromobillərin idxalına güzəştlər edərdi. Ancaq görülən bütün işlər əksinədir. Məhz bunlara görə də sözsüz ki, gələn ildən avtomobillərin qiyməti artacaq. Artıq indidən bu istiqamətdə müəyyən addımlar atılmasının da şahidi oluruq”.

    Həmsöhbətimiz, insanların xeyrinə təkliflər verilməsinin vacibliyini qeyd edib:

    “Komitə rəhbərliyi deyir ki, biz qərar qəbul etmirik, ancaq hökumətin verdiyi qərarları icra edirik. Ardınca da deyirlər ki, təklifləri özümüz veririk. Guya hökumətdə bu qərarları müzakirə edənlər alim, professordu? İnsanların xeyrinə təkliflər verilməsi daha doğru olar. Nəyə görə, hansısa gürcü balası 2000 manata aldığı avtomobili azərbaycanlıya 3000 manata satsın?! Elə şərait yaradılsın ki, azərbaycanlı özü gedib 2000 manata maşını xaricdən alıb gətirib sürsün. Başqa vaxt bəh-bəhlə deyirlər ki, Azərbaycan ticarət dəhlizinin üstündə oturub, Böyük İpək yolu belə gəldi və.s. Amma maşın bazarı baxımdan Gürcüstandan asılıyıq. Hamısının səbəbkarı Gömrük Komitəsidir. Xaricdən iki çanta ilə ölkəyə girəndə gömrükdə səni dünyaya gəldiyinə peşman edirlər”.lent.az
    loading...