Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Moskvada möhtəşəm Novruz tədbiri kecirilr
  • Azərbaycan XİN-dən Paşinyanın bəyanatına sərt reaksiya
  • Türkmənistan blokada elan etdi: Tacikistan Azərbaycana üz tutdu
  • Prezident yeni islahat anonsu verdi - Bu sahələrdə...
  • Şimali Koreya haqda “yaxşı” film çəkməyə gedən rus rejissor gördüklərindən dəhşətə gəldi
  • "Cahangir Hacıyev türmədə BİR DƏFƏ ÖLÜRDÜ..."-Təzyiqi aşağı düşmüşdü
  • Səmada yaranan qorxunc “dəlik” insanları həyəcanlandırdı – VİDEO
  • İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
  • Bu gün İlaxır çərşənbədir
  • Əli İnsanov dünən və bu gün: nələr deyir? - Video
  • 27 kilometrlik gizli tunel tapıldı - BÖYÜK TƏHLÜKƏ
  • Türk əsgərlər xüsusi təhlükəli terrorçunu məhv etdilər
  • Maykl Ceksonun qızı özünü öldürmək istəyir
  • Feysbuk və Yutub Yeni Zelandiya terrorunun videolarını silir
  • Azərbaycanda genişmiqyaslı təlim - Video
  • Bəs, Avropa ölkələrində edam qadağan idi? - Ərdoğan
  • NASA iki qalaktikanın toqquşmasını göstərdi - FOTO
  • Yəhudilərin varlanmaqla bağlı MÖHTƏŞƏM ÜSULLARI: əgər kasıbsınızsa...
  • SON DƏQİQƏ: Qaz və elektrik enerjisi ilə bağlı limitin ləğv olunması təklif edildi
  • Türkiyədə yayımlanan "Savaşçı" serialında Xocalı şəhidləri anılıb.
  • Rus alim xəritə yaydı - İrəvan Azərbaycan ərazisidir - VİDEO
  • Fəzail İbrahimli: “Televiziyanı neçə dəfə ərdə olub ana kimi əxlaq dərsi keçənlərdən təmizləmək lazımdır"
  • Ermənilər Kəlbəcərdən Cəbrayıladək avto-yürüş edəcək - “Bir qarış da torpaq verməyəcəyik!..”
  • Soyqırım qurbanları Ankara Qazi Universitetində də yad edildi!
  • “Facebook” onlayn ödənişlər sahəsində inqilaba hazırlaşır
  • 12 Mrt 2019, 07:49   
        91
    “Kəskin bahalaşma ilə bağlı proqnozlar...” - İqtisadçı-ekspertdən şərh
    BAKI-XEBERTV.AZ
    “Kəskin bahalaşma ilə bağlı proqnozlar...” - İqtisadçı-ekspertdən şərh
    “Kəskin bahalaşma ilə bağlı proqnozlar...”


    "Pensiya və sosial müavinətlərin artımından sonra qiymətlərin yenidən bahalaşacağı ilə bağlı xəbərlər yayılır. Sırf Novruz Bayramı ilə bağlı ənənəvi müvəqqəti bahalaşma təbii ki, gözləniləndir və bu hər bayramda istisnasız olaraq belə olur. Çünki bayram süfrəsinə daxil olan ərzaq məhsulların birdən birə kəskim təlabat yaranır və bu da bayram ərəfəsi sözügedən məhsulların bahalanmasına gətirib çıxarır. Bayramdan dərhal sonra isə qiymətlər yenidən əvvəlki məcrasına qayıdır".

    XEBERTV.AZ xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Qadir İbrahimli yazıb. O bildirib ki, hökumət bayram bahalaşmasının qarşısını almaq üçün şəhər yerlərində yarmarkalar təşkil edir, qiymətlərin süni artımına nəzarət güclənir və s. Ancaq buna baxmayaraq, bayram ərəfəsində qiymətlərə tam nəzarət mexanizmi yoxdur və bəzi ticarətçilər bayram ərəfəsi yaranan kəskin tələbatdan maksimum faydalanmağa çalışır. Bununla belə, qarşıdakı aylarda istehlak məhsulları bazarında kəskin bahalaşma ilə bağlı proqnozların ciddi əsası yoxdur və tənqidə dözmür:

    "Bəzi iqtisadçılar hətta uzaqgedən hesablamalar edərək indiki qiymətləri 7 il öncəki qiymətlərlə müqayisə edirlər. Ancaq indiki qiymətlərlə 6 il öncəki qiymətləri müqayisə etmək və buna istinad edərək qarşıdakı aylarda kəskin qiymət artımları ilə bağlı proqnozlar verməyin peşəkar yanaşmadan çox uzaqdır.

    Birincisi, 2012-ci ilin iqtisadi durumu indikindən bir çox gəstəricilərinə görə fərqlidir. Ən başlıcası isə 2012-ci ildə dolların kursu 78 qəpik idi, indi isə 1,7 manatdır. Yəni manat 122 faiz devalvasiyaya uğrayıb. Bu isə avtomatik olaraq idxal məhsullarının qiymətinin bahalaşmasına səbəb olub. Ancaq son 3 ildə manatın məzənnəsi sabitləşib və devalvasiya təhlükəsi yaxın illərdə gözlənilmir.

    İkincisi, 2012-ci ildən indiyə kimi yanacaq, işıq, qaz, nəqliyyat xərcləri artıb ki, bu da ən müxtəlif dövrlərdə məhsulların maya dəyərinin artımına və son nəticədə qiymət artımına səbəb olub. Ancaq indiki halda enerji daşıyıcılarının və nəqliyyat tariflərinin artımı gündəmdə deyil və buna zərurət də yoxdur.

    Düzdür, minimum əmək haqqı, pensiya və sosial müavinətlərin artımı müəyyən inflyasiya riskləri yaradır. Dövriyyədə pul kütləsinin həcminin artması inflyasiya riskləri yaradır. Ancaq burada cüzi qiymət artımlarından gedə bilər və kəskin bahalaşma heç bir halda gözlənilmir. Təbii ki, hökumət effektiv anti-inflyasiya tədbirləri görsə bu mərhələdən ən az itki ilə çıxmaq olar. Hökumətin davranışlarında görünür ki, qiymət artımlarında maraqlı deyillər.

    Belə xəbərlər sanki ictimai rəyi çaşdırmaq, süni gərginlik yaratmaq məqsədi ilə dövriyyəyə buraxılır. Təbii ki, ölkə iqtisadiyyatının problemləri çoxdur, biznes mühitinin yaxşılaşdırılması üçün və rəqabət mühitinin təmin edilməsi üçün hökumət yeni qərarlar qəbul etməlidir. Bu mübahisə predmeti deyil. Ancaq qarşıdakı aylarda qiymətlərin kəskin artımı ilə bağlı proqnozlar peşəkar yanaşma yox, siyasi konyukturaya hesablanmış, bəlkə də sifarişli bəyanatlardır".

    "Qafqazinfo"
    loading...