Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Azərbaycana 33 sm qar yağdı
  • Tıxaclardan necə xilas olmaq mümkündür?
  • Vəkillər Kollegiyasına yeni sədr seçilir
  • Diqqət: Bu yollarda sürət həddi endirildi
  • TƏHLÜKƏ: 50 gün ərzində övladınızı öldürə bilər... - "Mavi balina" bəlası...
  • QƏNIRƏ PAŞAYEVANIN TƏHSİL NAZİRİ OLACAGI XƏBƏRİ YAYILDI - Son Dəqiqə!!!
  • Mikayıl Cabbarov vergilər naziri təyin edilib
  • Mixail Saakaşvili belə həbs edildi — FOTO
  • Azərbaycan 2 gün sonraya hazırlaşır - QAR YAĞACAQ!
  • İran parlamentinin üzvü: “Biz Dağlıq Qarabağı Azərbaycan torpağı sayırıq”
  • Erməni əsirliyində olan bir qızımızın Azərbaycana məktubu
  • Bakıda neçə milyon adam yaşayır? (RƏSMİ)
  • Gözü beynindən böyük dəvəquşu, vurma cədvəlini bilən donuz... - QƏRİBƏ FAKTLAR - FOTO
  • Yuxu ilə bağlı inanılmaz həqiqətlər
  • Astroloji proqnoz - 4 dekabr
  • Erməni Rimma Sarkisova 30 ildən sonra Gəncəyə qayıtdı
  • Evinizdə bu gülü saxlayırsızsa, dərhal ondan qurtulun - FOTO
  • Qatarda oturmaq üçün görün NƏ OYUNDAN ÇIXDI - VİDEO
  • Pedofili yaxaladılar –Rüsvay olduğu üçün başını... (Video)
  • NASA yadplanetlilərə görə məhkəməyə verildi - Sirrin üstü açılır
  • İsrail İranın hərbi bazasını bombaladı — GƏRGİN ANLAR
  • Günün şoku: Səudiyyə kralı erməni imiş – Bakıdakı ən məşhur otel ermənilərə məxsusdur?
  • Turan Birliyi yaranarsa, nə baş verəcək? - Video
  • 2024-cü ildə Marsa ilk insan gedəcək
  • Kompüterinizi bu üsulla format edin - VİDEO
  • Azərbaycan bu ölkəyə meyvə ixrac edəcək

    06 Ara 2017, 17:26   
        99
    Azərbaycan bu ölkəyə meyvə ixrac edəcək



    Azərbaycan iş adamlarından ibarət ixrac missiyasının Dubaya səfəri davam edir.

    XEBERTV.AZ xəbər verir k, İqtisadiyyat Nazirliyinin, AZPROMO-nun və Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki Ticarət nümayəndəsinin birgə təşkilatçılığı ilə missiya iştirakçıları yerli məhsullarımızın Dubayın market və bazarlarında satışı imkanları və distributorluq məsələlərinin müzakirə olunduğu ikitərəfli görüşlərdə iştirak ediblər.

    Nazirlikdən verilən məlumata görə, missiya çərçivəsində meyvə-tərəvəz istehsalı və ixracı sahəsində fəaliyyət göstərən şirkətlərimiz Yaxın Şərq ölkələrində ən iri meyvə-tərəvəz sərgisi olan "WOP Dubai”da da iştirak ediblər.

    Sərgi çərçivəsində "Azərbaycanın meyvə-tərəvəz məhsularının ixrac potensialı” mövzusunda seminar keçirilib. Seminarda xarici sahibkarlara rəqabətqabiliyyətli və ixracyönümlü məhsullarımız, "Made in Azerbaijan” brendinin təşviqi məqsədi ilə həyata keçirilən tədbirlər barədə məlumat verilib, ixrac missiyasında iştirak edən şirkətlərin fəaliyyətlər barədə təqdimatlar keçirilib.

    Sərgi zamanı Azərbaycan məhsulları da nümayiş olunub. Meyvə-tərəvəz məhsullarımız tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və Azərbaycan meyvələrinin Hindistana ixracına dair razılıq əldə edilib.

    İxrac missiyası çərçivəsində keçirilən görüşlərdə də bir sıra uğurlu nəticələr əldə edilib. Görüşlər zamanı Azərbaycanın "Brightman BMC” şirkəti konservləşdirilmiş məhsulların BƏƏ ölkələrinə və Banqladeşə ixracına dair "Al-maya” və "Lulu” marketlər şəbəkələri və "Al-Ghamdi” trading şirkəti ilə ilkin razılıq əldə edib. "Sunfood” şirkəti nar şirəsinin və çayın, "Səba” ət məhsullarının, "Kerkom” və "Azəri-bal” şirkətləri isə balın BƏƏ-yə ixracına dair "Al-maya”, "Lulu”, "Al-Qudva” marketlər şəbəkələri ilə danışıqlara başlayıblar. "Az-Granata” şirkəti nar şirəsinin Dubaya ixracına dair "Vit” şirkəti ilə ilkin razılığa gəlib. "Azprotein” şirkəti "Al-Tayeb” pərakəndə və topdansatış distributor şirkəti ilə və "Choitrams” marketlər şəbəkəsi ilə ət məhsullarının BƏƏ və digər Körfəz ölkələrinə ixracına dair razılıq əldə edib.

    İxrac missiyası çərçivəsində missiya iştirakçıları həmçinin, bazar və iri marketlər şəbəkələrində olublar.

    Axar.az
    loading...