Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Vanqadan Azərbaycan haqqında ŞOK PROQNOZ - "çoxlu qan, ağlayan uşaqlar görürəm" - VİDEO
  • Dünya mediası bu görüntülərdən danışır - VİDEO
  • Körfəz ərəb dövlətləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə olunub
  • "Samsung"un yeni qurğusu itən əşyaları axtaracaq
  • Türkiyəli deputat Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib
  • Bürclər: 18 Oktyabr
  • Evdə oturub günəş sisteminə baxa biləcəksiniz
  • Dünyada ən son kim öləcək?
  • İş adamının qətlinin görüntüləri yayıldı - VİDEO
  • Ana 14 yaşlı qızının seks videolarını çəkib... -AZƏRBAYCANDA İYRƏNC ƏMƏL
  • Sabah qar yağacaq - Proqnoz
  • Nostradamusun 2018-ci il üçün 10 dəhşətli proqnozu – Terror, fəlakət, zəlzələlər…
  • Daha bir orta məktəb dərsliyində ermənilərlə bağlı yanlış məlumat - Tarixçi alim nazirliyin səhvini üzə çıxardı - FOTOFAKT
  • CİNSEL GÜCÜ ARTIRAN BİTKİLER
  • Diktator Avstraliyanı yer üzündən siləcəyi ilə hədələdi – ƏGƏR...
  • 38 il sonra məzarından çıxdığı iddia edilir… – VİDEO
  • Gürcüstanın sosial və kommersiya bazarının təbii qaza olan tələbatını Azərbaycan ödəyir
  • Xərçənglə bağlı daha bir faktın üstü açıldı
  • Bəylərin cinsi aktını artırmaq,cinsi zəiflik və spermatozoid sayı (%-i) az olanl
  • Amerika səmasında uçan əjdahanın VİDEOSU - SENSASİON İDDİA
  • NATO Avropadakı qoşunları Rusiya sərhədinə yığır: MOSKVADAN BƏYANAT
  • 2017-ci ilin ən yaxşı smartfonları - SİYAHI
  • Bu məhsul kişilərdə sonsuzluğa səbəb olur
  • Sabah saat 9-da Azərbaycanda nə baş verəcək?
  • Yer kürəsinin nəhəng göy cismi ilə toqquşma təhlükəsi var.
  • “Mərkəzi Bank milli valyutanın möhkəmlənməsində maraqlı deyil”

    21 Eyl 2017, 04:12   
        90
    “Mərkəzi Bank milli valyutanın möhkəmlənməsində maraqlı deyil”

    “Mərkəzi Bankın uçot stavkasını dəyişməməsi onun mövcud status-kvotanı saxlamaq istəyi kimi də dəyərləndirilə bilər. Son aylar bankların milli valyuta üzrə depozit faiz dərəcələrini azaltması manatla əmanətlərin həcmininə təsir göstərə bilər”.

    XEBERTV.AZ Bizimyol.info -ya istinadən xəbər verir ki, bu sözləri iqtisadçı Vüqar Bayramov Mərkəzi Bankın son açıqlamasından sonra yaxın zamanlarda manatın daha da möhkəmlənməsinin mümkünlüyü ilə bağlı sualları şərh edərkən deyib.

    İqtisadçı bildirib ki, ilin əvvəlində manatla əmanətlərə 15-18 faiz divident təklif edən banklar artıq milli valyutanı 10-12 və hətta bəziləri bir rəqəmli faizlə cəlb edirlər: “Mərkəzi Bankın uçot stavkasının dərəcəsinə toxunmamasının səbəblərindən biri də depozitlərin strukturunda manatla yığımların artırımını davam etdirmək məqsədidir”.

    Manatın məzənnəsinin necə dəyişəcəyinə gəldikdə isə V.Bayramovun sözlərinə görə, son aylar təşkil edilən hərracların nəticələri göstərir ki, Mərkəzi Bank milli valyutanın daha da möhkəmlənməsində deyil, mövcud məzənnəsinin qorunub saxlanmasında maraqlıdır: “Bəzi hərraclarda satışa çıxarılan dolların yarıdan çoxunun satılmamamasına baxmayaraq Mərkəzi Bank rəsmi məzənnəni demək olar, dəyişməməsi də məhz bu istəkdən xəbər verir. Baş Bankın son açıqlamasında da manatın məzənnəsinin həmçinin ixrac imkanları və iqtisadiyyatın diversifikasiyası aspektindən qiymətləndirilməsi də ondan xəbər verir ki, Mərkəzi Bank bahalı manatda maraqlı deyil. Çünki möhkəm milli valyuta bahalı ixrac deməkdir. Bahalı ixrac məhsullarının isə rəqabət imkanları məhdud olur. Əslində, biz hələ 2015-ci ildə ərzaq idxalının birbaşa və ya dolayı subsidiyalaşması və eləcə də xarici valyutalardakı kreditlərə güzəştin tətbiq edilməsi yolu ilə manatın bazar məzənnəsinin müəyyənləşdirilməsini təklif edirdik. Bu ixrac imkanlarının artırılması baxımdan daha məqbul olardı”.

    İqtisadçı bildirib ki, bütövlükdə, Mərkəzi Bankın son açıqlaması ondan xəbər verir ki, manatın möhkəmlənməsi deyil, indiki məzənnənin qorunub saxlanması priortitetdir: “Buna görə də, hətta dollar tələb azalsa da belə Mərkəzi Bankın manatı daha da bahalaşdıracağı gözlənilən deyil”.

    “Kursa gəldikdə isə, prosesə təsir göstərmək imkanlarına malik əsas qurum yenə də Mərkəzi Bankdır. Dekabr ayında dollara tələbin artacağı gözlənilir. Həmin ay idxalın artması, dövlət və özəl müəssisələrin xarici borc öhdəliklərini yerinə yetirməsi və xarici səfərlərin sayının artması dollara tələbi artırır. Bunun manatın məzənnəsinə necə təsir göstərəcəyi birbaşa Mərkəzi Bankdan asılı olacaq. Mərkəzi Bank indidən dekabr ayında artan tələbə hazır olmalıdır. Daha çox valyutanın bazara çıxarılmasını təmin etməlidir. Öncədən proqnozlaşdırdığımız kimi, avqust ayında dollara tələb artdı. Bu özünü valyuta hərraclarının nəticələrində də göstərdi. Buna baxmayaraq manatın məzənnəsi dəyişmədi. Çünki Mərkəzi Bank bazara tələb olunan dolların çıxarılmasını təmin etməklə stabilliyi və intervalı qoruyub saxladı” – Vüqar Bayramov əlavə edib.
    loading...