Xəbər lenti
Axtar
Ən çox oxunan
  • ABŞ mediası Xocalıdan yazdı: “Boko Haram”ın vəhşilikləri...
  • "Erməni isə uşağın qışqıraraq ağlamasına məhəl qoymadan bıçaqla qulağını kəsib sırğanı götürdü" — Xocalı sakinləri danışır
  • “Bordo bereli”dən hücum: Hədəflər darmadağın edildi
  • Azərbaycanda prezidentliyə namizədlikləri təsdiq olunanların sayı 13-ə çatdı
  • Qadınları xoşbəxt etməyin YOLLARI
  • Afrində ən vacib döyüş: Ordu hazırdır...
  • Bəşəriyyətdən gizlədilən 5 gizli kəşf - Video
  • Qaradağ rayonuna ulu öndər Heydər Əliyevin adının verilməsi təklif edilir
  • Məktəbdə nələr baş verir: valideynlər danışdı - Video
  • Bayıldakı sürüşmə anının VİDEOSU
  • Şok tapıntı: Bu bakteriya qızıl istehsal edir
  • Xəzərdə qasırğa: NASA görüntüləri yaydı - Foto
  • Qarabağda azərbaycanlıların əsir düşərgələri - FOTO
  • Borçalını 2018-də nələr gəzləyir?
  • Türkiyə F-35 qırıcıları ilə Ermənistana zərbə endirəcək?
  • Alimlərdən bədbin proqnoz: 21-ci əsrin ortalarında...
  • Yeni müharibə başlayır? – Orduya əmr verildi
  • İsveçrə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
  • “Aprel seçkisindən sonra Əliyev Qarabağı azad edəcək” – Erməni ekspert
  • Qlobal faciə baş verə bilər
  • Növbədənkənar seçki qərarının - Əsas səbəbləri
  • Növbədənkənar seçki qərarının - Əsas səbəbləri
  • Azərbaycanlı polkovnik iranlı həmkarı ilə körpüdə - Foto
  • ABŞ-Rusiya savaşını yadplanetlilər dayandırıb - ŞOK
  • Dünyanın sonunu görən, gözləri isə görməyən Vanqa: “Müsəlman bir dövlət Avropanın yeganə hökmdarı olacaq”
  • 21 Şub 2015, 15:02   
        263
    Novruzovdan manat açıqlaması- “Xalqa izah olunmalıdır”

    “Azərbaycanın kifayət qədər valyuta və maliyyə ehtiyatları var. Narahatlığa və ajiotaj yaratmağa ehtiyac yoxdur”.


    Xebertv.az xəbər verir ki, bunu virtualaz.org saytına açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

    Onun sözlərinə görə, dolların qiymətinin qalxması xalqa düzgün və sadə şəkildə izah olunmalıdır: “Dolların qalxması xalqa izah olunmalıdır. Bəziləri başlayırlar ki, makroiqtisadi sistem, devalvasiya, nə bilim nə. İnsanları sadə xalq dilində başa salmaq lazımdır. Manat əvvəlcə dollara uyğunlaşırdı. İndi isə dollar da avro ilə uyğunlaşır. Yəni dollarla avro eyni həddə olmalıdır. Dolların avroya münasibəti necə olacaqsa, manatın da dollara və avroya münasibəti elə olacaq”.

    S.Novruzovun sözlərinə görə, bir neçə gündür ki, manatın dəyərinin aşağı düşməsindən və dolların qiymətinin qalxmasından yalnız dəllallar istifadə edib:

    “Bir sıra dəllallar bu prosesdən pul qazanmaq istədilər. Bəzi kəndlərdə insanlar dollarla manatı başabaş dəyişirdilər. Sadə xalq prosesdən xəbərsiz olduğu üçün onlardan sui-istifadə ediblər. Bunların heç biri dövlətin siyasətinin nəticəsi deyil. Bu, bəzi dəllalların fəaliyyətinin nəticəsidir”.
    YAP-çı deputat qeyd etdi ki, sadə xalq dolların qalxmasından heç nə itirməyəcək:

    “Xalq bunu düzgün formada başa düşməyib. Bunu ona sadə şəkildə izah etmək lazımdır. Narahat olmaq lazım deyil. Çünki manatın arxasında iqtisadiyyat durur. Azərbaycanın ehtiyat fondları var, ümumi daxili məhsulu var. Biz o zaman problem yaşaya bilərik ki, qeyd etdiklərimiz bizdə olmasın. Azərbaycanın kifayət qədər ehtiyatları var. Narahatlığa və ajiotaj yaratmağa ehtiyac yoxdur

    menbe
    “Qafqazinfo”
    loading...