• 22:48 – NATO Ukraynanın Rusiya ərazisinə zərbələrinə icazə verdi 
  • 22:39 – İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi 
  • 22:35 – Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi 
  • 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 

Tribunalarda tamaşaçıların dəstəyi mənə inam verir - bədii gimnastika üzrə çempionatın iştirakçısı

Tribunalarda tamaşaçıların dəstəyi mənə inam verir - bədii gimnastika üzrə çempionatın iştirakçısı

Yarışlarda çıxışım zamanı tribunadakı tamaşaçıların dəstəyi mənə inam verir.

Bu barədə cümə günü bədii gimnastika üzrə 27-ci Bakı çempionatının iştirakçısı Məryəm Baloğlanova deyib.

"Çempionatın ilk günündə mən alətsiz və halqa ilə məşqləri təqdim etdim, sabah isə topla kompozisiya nümayiş etdirəcəyəm. Bu gün, təəssüf ki, hər şey mükəmməl olmadı, yəqin ki, həyəcan öz təsirini göstərib. Tribunalardakı tamaşaçılara minnətdaram, məni dəstəklədilər, bu da mənə inam verdi", - deyə "Ocaq Sport" klubunun gənc yetirməsi bildirib.

10 yaşlı gimnast bir çox yarışlarda, o cümlədən Moskva, Budapeşt, Dubayda keçirilən xarici turnirlərdə iştirak etdiyini qeyd edib.

Qeyd edək ki, Bakı Olimpiya İdman Kompleksində Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş bədii gimnastika üzrə 27-ci, aerobika gimnastikası üzrə 6-cı birgə Bakı çempionatı start götürüb. Noyabrın 11-də bədii gimnastika, noyabrın 12-də isə həm bədii gimnastika, həm də aerobika gimnastikası üzrə yarışlar keçiriləcək.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →