• 23:52 – Tramp seçilsə, Avropanı İFLİC EDƏCƏK: "Qoca qitə" şoklara hazır olmalıdır 
  • 23:42 – Fransa universitetində Bakının siyasətindən danışıldı 
  • 19:48 – Ermənilər xəritə yaydı: Azərbaycan ordusu bu istiqamətlərdə irəliləyəcək - FOTO/VİDEO 
  • 19:43 – Rusiyadakı terror aktının bənzərini Türkiyədə törətmək istəyənlər var - Ərdoğan 

“Bununla da Əsgəran, Xanabad, Xocalı ovcumuzun içində olacaq”

“Bununla da Əsgəran, Xanabad, Xocalı ovcumuzun içində olacaq”

Fərrux kəndi Qarabağda hərbi-strateji baxımdan ən əhəmiyyətli ərazilərdən biridir. Hələlik rəsmi təsdiqlənməsə də, həmin ərazi Azərbaycan Ordusunun nəzarətindədir.

Bu ərazilərin strateji əhəmiyyəti ilə bağlı danışan Qarabağ qazisi Rey Kərimoğlu bildirib ki, əgər Fərrux dağına Azərbaycan Ordusu nəzarət edirsə, bu strateji baxımdan çox əhəmiyyətli bir işdir:

“Bütövlükdə Ağdam rayonunun təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir. Eyni zamanda Ağdamın Xaçın çayı yatağı boyunca olan kəndlərində düşmənin heç bir təhlükəsi olmayacaq deməkdir.

Fərrux ərazisi Azərbaycan ordusunun nəzarətindədirsə, deməli, Əsgəran, Xanabad, Xocalı tam bizim ovcumuzun içində olmuş kimi olacaq. Çox ciddi strateji bir məqamdır. Həm də oradan Xankəndini də müşahidə etmək olur.

Digər bir vacib məsələni qeyd edim ki, Fərrux yüksəkliyinə nəzarət ediriksə bu o deməkdir ki, Xankəndi, Ağdərə yolu da bizim nəzarətimizdə olacaq.

Xüsusi bir məlumat verim ki, 1992-ci ilin yanvar ayının 31-də Ağdam Polis Alayının komandiri mərhum Faiq Baxşəliyev və Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin rəhbərlik etdiyi Ağdam ərazi özünümüdafiə batalyonu əməliyyata başlayıb. Həmin gün Fərrux kəndi erməni işğalından tam azad edilib. Amma yüksəklik ermənilərdə olub.

Ermənilər Fərrux kəndindən Ağdam rayonunun Cinli və digər kəndlər üçün təhlükə törədirdi. O ərazi tam bizim nəzarətimizdə olacaqsa həmin kəndlərdə heç bir təhlükə, heç bir münaqişə ocağı olmayacaq.

1992-ci ildən Fərrux kəndi azad olunandan sonra kəndin üzündəki yüksəklik – Daşbaşı yüksəkliyini azad etmək üçün dəfələrlə hücum əməliyyatı olub. Alınsa da biz oranı saxlaya bilməmişik. O mənada bu yüksəkliyin azad olunması çox ciddi bir uğurdur”.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →