• 18:48 – Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı 
  • 23:47 – Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan 
  • 23:07 – Qırğızıstandan sonra Qazaxıstanda da “TikTok” qadağan edilə bilər 
  • 22:54 – Rusiya sülhməramlıları Qarabağdan Ermənistana getdi 

Avropa Parlamenti insani dəyərlərə hörmət etməlidir - İlqar Orucov

Avropa Parlamenti insani dəyərlərə hörmət etməlidir - İlqar Orucov

Avropa parlamantinin növbəti ikili standartlardan yanaşmasının təzahürünü gördük. Azərbaycanını əraziləri 30 ilə yaxın müddət erməni işğalında olarkən orada nəinki tarixi abidələr, həmçinin ekologiya, həyat yerlə-yeksan edilib. Xalqımızn əsrlərdən bəri formalaşdırdığı bütün dəyərlər məhv edilib. Bu, Azərbaycan xalqına qarşı böyük bir humanitar terrodur.

Bunu suallara cavabında Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, fəlsəfə doktoru İlqar Orucov deyib.

O qeyd edib ki, ölkə başçısını çağırışlarına qeyri-hökümət təşkilatlarının dəfələrlə etdiyi müraciətlərə biganə yanaşılaraq və tamamilə həqiqəti özündə əks etdirməyən qərarlar qəbul edilir.

"Avropa parlamenti beynəlxalq qurumdur. Oraya üzv olan dövlətlər 30 il ərzində Azərbaycan xalqına qarşı olan bu vandallığa, tarixi-mədəni abidlərin məhv edilməsinə heç bir qiymət verməyiblər. Bunun müqabilində heç bir həqiqətə əsaslanmayan faktlarla qərarlar qəbul edirlər. Bütün bunlar növbəti siyasi riyakarlıqdır. Biz qətiyyətlə Avropa Parlamentinin bu qərarını pisləyirik.

Azərbaycan xalqının yaratdığı maddi-mədəni abidlər bəşəriyyətin sərvətidir. Bunlara qarşı vandallıq necə törədilə bilər? İnsan qəbir daşlarının belə dağıldığını görəndə dəhşətə gəlir. Bunları etməkdə ermənilərin məqsədi Azərbaycan xalqına olan nifrəti ifadə etmək idi. Birmənalı olaraq Avropa Parlementinin bu qərarını ədalətsiz, riyakar, çox çirkin məqsədlərə xidmət edən bir qərar olaraq qiymətləndirirəm. Düşünürəm ki, Avropa Parlamenti insani dəyərlərə hörmət etməlidir", - deyə İ.Orucov bildirib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →