• 22:33 – Vətən sevgisi 
  • 20:50 – Makronun Bakıdakı səfirini bu tərzdə çağırması… - Video 
  • 20:37 – Aprelin 23-dən 26-dək sərbəst və yunan-Roma güləşi üzrə U-17 Azərbaycan çempionatı keçiriləcək. 
  • 16:03 – Lunyev “Qarabağ”dakı maaşından danışdı 

Şamaxının Ovçulu kəndində səyyar qəbul keçirilib

Şamaxının Ovçulu kəndində səyyar qəbul keçirilib

Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Şamaxı Rayon İcra Hakimiyyəti rəhbərliyinin gündəlik fəaliyyətinin əsasını təşkil edir. Belə ki, vətəndaşların mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə səyyar qəbulların keçirilməsinə start verilib.

Pandemiyadan sonra belə bir səyyar qəbul Şamaxı rayonunun Ovçulu kəndində keçirilib.

Qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Şamaxı Rayon Polis Şöbəsinin rəisi Əliyəddin Səfərov, təhsil, səhiyyə, mədəniyyət idarələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak edib.

Qəbulda çıxış edən icra başçısı Tahir Məmmədov son illər ölkəmizdə, o cümlədən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Şamaxıda aparılan abadlıq və quruculuq işləri haqqında kənd sakinlərinə məlumat verib.

Qəbul zamanı kənd sakinlərinin arzu və təklifləri həssaslıqla dinlənilərək onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →