Xəbər lenti
Axtar
04 Şub 2023, 18:42   
    62

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finalda!

Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqədə finala yüksəlib.

XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Matteus Takaki (Braziliya), Tsoqt-Oçir Byambajav (Monqolustan), Temur Nozadze (Gürcüstan) və Kamoliddin Baxtıyarovu (Özbəkistan) məğlub edib.

66 kq-dakı Yaşar Nəcəfov 1/16 finalda An Cehonqa (Cənubi Koreya), 73 kq-dakı Nurlan Osmanov eyni raundda Redouane Messaoud Drisə (Əlcəzair) uduzub.

Qeyd edək ki, Böyük Dəbilqəyə fevralın 5-də yekun vurulacaq.
loading...