İranın məşhur futbolçusu zaminə buraxıldı

İranın futbol üzrə milli yığmasının reputasiyasını təhqir etmək, dövlətə qarşı təbliğat ittihamları ilə həbs edilən futbolçu Voria Qafuri zaminə buraxılıb.
XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə “İran İnternəşnl” nəşri məlumat yayıb.
Qafuri ötən həftə məhkəmənin qərarı ilə həbs edilmişdi.
Xatırladaq ki, Qafuri 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında İran millisinin heyətində yer alıb. Lakin o, Qətərdəki mundialın yekun siyahısına daxil edilməmişdi. Bunun məhz siyasi səbəblərlə bağlı olduğu bildirilir.