Fransa millisi Danimarkaya 2-1 qalib gələrək qrupdan çıxmağı qarantilədi.

Futbol üzrə DÇ-2022 çərçivəsində Fransa millisi Danimarka seçməsi ilə qarşılaşır.
XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxıblar:
Fransa: Uqo Loris (K), Jül Kunde, Dayo Upamekano, Rafael Varan, Teo Ernandes, Orelyen Tçuameni, Adrien Rabyo, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru
Danimarka: Kasper Şmeyxel, Yoaxim Andersen, Viktor Nelson, Yoakim Mehle, Andreas Kristensen, Yesper Lindström, Kristian Eriksen, Mikkel Damsqor, Andreas Kornelius, Rasmus Kristensen, Pye-Emil Hoybyerq.
***
Mbappe matçın 61-ci dəqiqəsində hesabı açdı: 1-0.
***
Kristensen 68-ci dəqiqədə hesaba tarazlıq gətirdi: 1-1.
***
Mbappe 86-cı dəqiqədə Fransanı hesabda yenidən irəli çıxardı: 2-1.
***
Fransa millisi Danimarkaya 2-1 qalib gələrək qrupdan çıxmağı qarantilədi.