"Zirə" və "Neftçi" öz meydanında qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir matçı baş tutub.
XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, "Zirə" öz meydanında "Səbail"i qəbul edib. Matç meydan sahiblərinin 1-0 hesablı qələbəsi ilə yekunlaşıb.
Rəşad Sadıqovun baş məşqçi olduğu komanda bu nəticədən sonra xallarını 22-yə çatdıraraq, 4-cü pilləyə yüksəlib. 10 xalı olan "Səbail" isə 7-ci sırada qalıb.
Günün digər matçında "Neftçi" "Bakcell Arena"da "Qəbələ"ni qəbul edəcək.
Qeyd edək ki, turun açılış oyununda "Şamaxı" evdə "Sumqayıt"a 4:2 hesabı ilə qalib gəlib. Tura noyabrın 13-də keçiriləcək "Kəpəz” – “Turan Tovuz” və “Sabah” – “Qarabağ" görüşləri ilə yekun vurulacaq.
***
XIV turun daha bir görüşü keçirilib.
"Neftçi" "Qəbələ"ni qəbul edib və matç "ağ-qaralar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 24-cü dəqiqədə Kenni Sayef açıb. Rəhman Hacıyev isə 76-cı dəqiqədə son nöqtəni qoyub.
Bu qələbədən sonra xallarını 29-a çatdıran "Neftçi" 3-cü pillədəki mövqeyini qoruyub. 20 xalı olan "Qəbələ" isı 5-ci sırada qərarlaşıb.