
DÇ-2022-nin son iştirakçısı bu ölkə oldu
Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatına sonuncu vəsiqənin sahibi müəyyənləşib.
XEBERTV.AZ xəbər verir ki, 32-ci iştirakçı Kosta-Rika yığması olub. Belə ki, Kosta-Rika qitələrarası pley-off mərhələsinin final oyununda Yeni Zelandiyanı 1:0 hesabı ilə məğlub edib.
Kosta Rika millisi DÇ-2022-də İspaniya, Almaniya və Yaponiya ilə birlikdə E qrupuna düşüb.
Qeyd edək ki, DÇ-2022 21 noyabr - 18 dekabrda keçiriləcək.
Axar.az