Xəbər lenti
Axtar
Ən çox oxunan
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • Fitrə zəkatı nə qədər verilməlidir? - Video
  • İlham Əliyev Emmanuel Makronu təbrik etdi
  • “WhatsApp”a yeni funksiya əlavə edilib - Gizli fotolara giriş...
  • Soyqırımdan danışanlar Xocalıya baxsınlar – Hulusi Kılıç
  • "Azərbaycan-Türk Xalqları Qardaşlığı" İctimai Birliyinin fəaliyyətindən bəhs edən jurnalın təqdimatı keçirildi
  • Dünya azərbaycanlılarının Şuşa Zirvəsi: Diasporumuzun tarixi inkişaf yolu
  • Qədr gecələri nə vaxtdır? - QMİ
  • Deputat: "Operativ Qərargahdan xoş xəbərlər veriləcək" - VİDEO
  • Azərbaycanla 10 mühüm saziş imzalandı - Japarov
  • Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad etdilər.
  • Özbəkistanda Azərbaycan şöləni - Foto
  • Ailəsindən gizli döyüşə gedən əsgərimiz ŞƏHİD OLDU-ŞƏHİDİM_01
  • Tanınmış qələm ustadı Nəcibə İlkinin "Şəhidliyin Əli və İslam zirvəsi" adlı kitabının təqdimatı keçirildi
  • Dünyada Ərdoğan kimi siyasətçi azdır - Peskov
  • Türkiyə Müdafiə Nazirliyindən 31 Mart Soyqırımı Günü ilə bağlı PAYLAŞIM
  • 31 mart Azərbaycanlıların Soyqırımı Günüdür
  • "Miqrasiya prosesləri" ictimai birliyinin sədri, Aparıcı elmi işçı, Dossent yazıçı, alim, Azərbaycan Milli Elmlər Akademiyasının üzvü Fəridə Hicran Vəliyeva, "44 günlük müharibədən sonra" lahiyəsi ilə Avropaya üz tutur.
  • Ukraynada azı 249 mülki şəxs həlak olub - BMT
  • Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adına yaradılan "POLAD TV" nin efirində Xocalı faciəsini əks etdirən qısametrajlı film hazırlanmışdır.
  • ŞOK İDDİA! Uşaq üçün dərman aldılar - GÖRÜN NƏ ÇIXDI VİDEO
  • Rusiya "İsgəndər”lərlə təlimlərə başladı
  • Məhbusun ŞOK iddiası
  • "Səni qəbul etməyəcəm, deyirlər sən yaman şeysən - atamansan"... - Başçının sakinə cavabı // VİDEO
  • 16 Nis 2022, 17:36   
        266

    "Qarabağ" - "Şamaxı" oyununda rekord və antirekordlar qeydə alınıb

    BAKI-XEBERTV.AZ
    Qarabağ - Şamaxı oyununda rekord və antirekordlar qeydə alınıb
    “Qarabağ” Azərbaycan çempionatları tarixində özünün ən böyükhesablı qələbəsini qazanıb.

    Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Premyer Liqanın XXIII turunda “Şamaxı”nı 8:0 hesabı ilə məğlub edib.

    1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısının bunadək ən böyük qələbəsi 7:0 hesabı ilə olub. “Qarabağ” 1995/96 mövsümündə “Pambıqçı” (Neftçala), 2003/04 mövsümündə “Ədliyyə”ni bu hesabla məğlubiyyətə uğradıb. "Köhlən atlar" həm də çempionatda ilk dəfə 7-dən çox qol vurub. Bölgə klubu bunadək 2 matçda 7 qol vurmağı bacarıb.

    “Şamaxı” isə təkcə çempionat deyil, ümumiyyətlə tarixində ilk dəfə 8 top buraxaraq, həm də ən ağır məğlubiyyətinə üzülüb. 1999-cu ildən müxtəlif adlar altında çıxış edən komanda bunadək ən böyük fərqlə iki dəfə uduzub. “Xəzər Universiteti” adlanan dövrdə komanda 1999/2000 mövsümündə “Şəmkir”ə 0:6, 2000/01 mövsümündə “Kəpəz”ə 1:7 məğlub olub.

    “Azersun Arena”dakı matç baş məşqçilər üçün də yaddaqalan olub. Qurban Qurbanov karyerasında ən böyükhesablı qələbəni qazanıb. “Neftçi”, “Qarabağ” və Azərbaycan millisində çalışan mütəxəssis bunadək belə fərqli qələbə qazanmayıb. “Qəbələ” və “Şamaxı”da baş məşqçi olan Sənan Qurbanov da karyerasının ən ağır yenilgisini alıb.

    Qeyd edək ki, Premyer Liqada 8 və ya daha çox top fərqi sonuncu dəfə 2016-cı il sentyabrın 10-da qeydə alınıb. “Qəbələ” səfərdə “Neftçi”ni səkkiz cavabsız qolla üstələyib."Report"
    loading...