Xəbər lenti
Axtar
10 Oca 2021, 18:04   
    59

"Real"dan mənfi göstərici

"Real" oktyabr ayından bəri ilk dəfə La Liqa matçında qol vura bilməyib.

XEBERTV.AZ qol.az-a istinadən xəbər verir ki, Madrid təmsilçisi ötən gecə 18-ci turda səfərdə "Osasuna" ilə üz-üzə gəlib və rəqibin müqavimətini qırmağı bacarmayıb- 0:0.

"Kral klubu" son dəfə oktyabr ayında belə göstəriciyə imza atıb.

Həmçinin Zinəddin Zidanın komandası sözügedən qarşılaşmada qapıya cəmi 1 zərbə vura bilib.

Qeyd edək ki, "Real" La Liqanın turnir cədvəlində 37 xalla 2-ci, "Osasuna" isə 15 xalla 19-cu yerdədir.
loading...