Xəbər lenti
Axtar
04 Ara 2020, 20:15   
    69


Burak Yılmaz ən yaxşı oyunçu seçildi

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

XEBERTV.AZ Qol.az-a istinadən xəbər verir ki, UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, "Lill"in hücumçusu Burak Yılmaz ən yaxşı oyunçu seçilib. Türk futbolçu səsvermədə "Molde"dən Maqnus Eykrem, "Braqa"dan Qaleno və "Milan"dan Yens Haugeni qabaqlayıb.

Qeyd edək ki, B.Yılmaz Avroliqanın qrup mərhələsinin 5-ci turunda "Sparta" ilə matçda (2:1) dubl edib.
loading...